Gothic

Qotları
bəzən ciddi-qara geyimlərinə və ya o dəqiqə diqqəti cəlb edən qara rəng
əsasında effektiv vamp-imiclərinə görə izdiham içində seçmək olur.
Qotlar hər şeydən öncə müəyyən həyatı prinsiplərə (tam individualizm və
romantika) əsaslanan dünyagörüşüdür və əsas açar elementləri var –
gündəlik gözəllik axtarışı, konsentrasiya olunmuş emosiyaların
enerjisi. Həyat fəlsəfələrinin, dünyagörüşlərinin və həyat tərzlərinin
əsasını çox vaxt çoxjanrlı və çoxşaxəli qotik musiqinin mətnləri təşkil
edir (“klas” qotika – The Sisters of Mercy, Diary of Dreams, Deine
Lakaien və meynstrim-qotikadan – HIM, Rammstein və s. Öz vaxtında qəbul
olunmamış Виктор Цой və Кому Вниз-ə qədər).
Qotik musiqi və ya
“qotik-səhnə” çoxjanrlıdır.Qotik-səhnə bir çox musiqi istiqamətlərini
birləşdirən anlayışdır: hic rock, hic metal, qotik-elektronika
(dark electro, synth pop, etc.), qotik elementli musiqi və s.

alt


Qotikanın inkişafının əsas və eyni zamanda ən
mübahisəli elementi hər bir qotun öz qotika anlayışıdır. Romantika və
individualizmin nəticəsi aşağıdakı aksiomlardır: Hər qotun öz qot və
qotika anlayışı var və hər kəs özüməxsus şəkildə qotdur. Məhz bu
yanaşma qotik-səhnəyə öz sadiq tərəfdaşlarını tapmaqda və daima
ruhi-mənəvi axtarrışlarda olan, yüksək yaradıcılıq və həssaslığa malik
insanlar arasında mövqeyinin möhkəmlənməsində kömək etdi. Özlərini
şüurlu olaraq qot adlandıran insanlar arsında

bele fikir movcuddur: Qot olmaq üçün birlikdə olmamız mütləq deyil.
Amma biz birlikdə yığışanda özümüz üçün ayrı dünya yaradırıq.

Qotlar o insanlardır ki, özlərini qotik submədəniyyətə aid edir və
müəyyən mənada qotik həyat tərzini təqib edir, ətraf dünyaya və həyata
spesifik “qara”, ironik-fəlsəfi münasibət besleyir, qotik musiqi və ya
ədəbiyyat, art və s.-yə sevgisi olur, total qara geyim+gümüşün
geyinilməsi və qadın, bəzən də kişilərdə özünəməxsus “qotik” və “vamp”
imicinin yaradılmasıni ozlerine lazim sayirlar.

alt

Qotlar – emosional ağrı keçirmiş və ağrının güc verə biləcəyini dərk edənlərdir.

Qotlar öz enerjilərini və yaşam ilhamlarını digərlərini ağırlaşdıran,
depressiyaya salan, onlar üçün həddindən çox qaranlıq, mürəkkəb və
“anlaşılmaz” olan musiqi, art, ədəbiyyat və fəlsəfədən alır. Qotlar
həmişə emosiyalandıran şeylərlə (musiqi, kitab və s.) ilə yaşayır.
Adətən, qotik musiqi emosionaldır və çox adama bu hisslərin bütün
spektri lazim olmur(onlar yalnız biri ilə, məsələn, pozitivlə
kifayətlənir). Onlara 4 rəng bəs edir. Digərləri – ağrı, kədər,
emosional aqressiya onlar üçün ağırdır. Qota isə emosiyanın bütün
çalarları və koloriti lazımdır – tam ağrı və gündəlik boz həyat
sərhədlərinin aşılması sevinci, hədsiz qəm və hissləri anlamağa kömək
edən kədər. Sevinc və kədər-qotlar onların ortasındadır. Qotlar emosiya
soyuqluqlarını saxlayır. Qotlar kədər və depressiyadan zəifləmir, öz
sevincini, qüvvəsini və enerjisini burda tapir. Qotlar üçün sevincli
musiqidə güc yoxdur, belə ki, daxili konsentrasiya, soyuq kədər və
ironiya yüzlərlə çalara malik olduğu halda sevinc çox bəsitdir. Qotlar
daima hisslərini stimullaşdıran və öz dünyalarına qərq olmağa vadar
edən amillər axtarışındadır.

Qotika necə inkişaf etsə də, imicdə dəyişməz olan 2 element var: total
qara rəngli geyim (bəzən qırmızı elementlərlə) və yalnız gümüş
gəzdirmək (standart, çeynənmiş dəyərlərə, nahaq insan qanı axıdılmış
rəngə, qızıla nifrət əlaməti olaraq). Qızlarda parlaq-ifadəli geyim
üslubu var. Vamp – ağır qara kosmetika, al-qırmızıdan qaraya qədər
müxtəlif çalarlarda dırnaq və dodaq boyası. Hər şey nəzərçarpan,
seksual və ciddi. Qız-qot hər gün tovlayan rahibə və ya orta əsr
kraliçası kimi görünürNiyə məhz qara rəng? Çoxları üçün qara baryer,
gündəlik bayağı psevdo-rəngli, eyni zamanda total-boz həyatdan
müdafiədir. Kimsə üçün isə qara rəng bir rəngdə digərlərinin bşaqa
rənglərlə ifadə etdiyindən daha çox nəsə əks etdirmək imkanıdır. Qara
rəng və gümüş – özünü qot adlandırna insanlar üçün yeganə ortaq
elemntdir. Yeganə iki elementdir ki, qotlar özlərinin digərlərinə
oxşamasına yol verir və bu yolla da öz individuallığını qurban verməklə
qot submədəniyyətinin möhkəmlənməsinə kömək edir.

 

Ayselka

Şərhlər:

  1. e_s_k_a dedi ki:

    не люблю готов……….

  2. meymunka dedi ki:

    ya toj ix ne lyublyu!!! nea

  3. BLACK STAR dedi ki:

    cox saol…maraqlidi…….