İradə İbrahimova Toyu
Bakıda müğənni İradə İbrahimovanın toy mərasimi keçirilib. istinadən xəbər verir ki, müğənni İradə İbrahimova Ceyhun İzzət adlı Azərbaycan əsilli türk biznesmenlə ailə qurur. Toydan əvvəl Mirmöhsün Ağanın məzarını ziyarət edən bəylə gəlin saat 20.00-da mərasimin keçirildiyi şadlıq evinə gəlib. Toyun keçirildiyi sarayın ətrafı mühafizəçilər tərəfindən nəzarətə götürülüb. Qonaqlar adları siyahıda yoxlanıldıqdan sonra içəriyə buraxılıb. Televiziyalar və fotoqraflar zalda yoxdur. Toyu əməkdar artist Ənvər Sadıqovun rəhbərliyi altında müğənni Abbas Bağırov idarə edir. Tamadalıq isə Nəsib Nura həvalə olunub. Zal və masalar qırmızı gül və şamlarla bəzədilib. Bəylə gəlin zala gəlməzdən əvvəl masaların üzərinə yeməklər düzülməyib. Sadəcə, hər qonaq üçün bir qızılgül və şirinlik olaraq konfet qoyulub. Bəylə gəlin məclisə daxil olduqdan sonra təamların paylanmasına başlanıb.
Səbəbkarlar üzüklərini dəyişdikdən sonra qonaqları salamlayıb. İradə İbrahimova toy üçün yaranmış xüsusi ssenaridən kənara çıxaraq, xalq artisti Brilliant Dadaşovanın repertuarından “Səninəm” mahnısını bəy üçün oxuyub və onlar birgə rəqs edib. Toyda millət vəkilləri Səməd Seyidov və Anar Məmmədxanlı, bəstəkarlar Faiq Sücəddinov, Vüqar Camalzadə, Nailə Mirməmmədli, şair Baba Vəziroğlu, xalq artistləri Arif Babayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva və digər şəxslər iştirak edib.
Bəzi qonaqlar məclisə gül çələngləri ilə gəlib. Ümumilikdə mərasimə 600 nəfərin dəvət edildiyi bildirilir. Qonaqların bəziləri restoranın şəhərdən bir qədər kənarda olması səbəbindən məclisə gecikib. Toyda İradə İbrahimovanın atası və anası iştirak edib. Bəyin atası isə səhhətində problemlər olması səbəbindən toyda olmasa da, mərasimdə iştirak edən anası Zafer xanım qonaqları salamlayıb, yeni evlənənlərə xeyir-dua verərək, onlara xoşbəxtlik arzulayıb. Toyda Türkiyədən də qonaqlar var. “Azəri qızı” Günel də qardaşı Tünarla birgə qonaqlar arasındadır.
Bəylə gəlin bütün qonaqlarla ayrı-ayılıqda görüşüb, onları rəqsə dəvət edib. Faiq Sücəddinov pianoda musiqi ifa edib. Gəlini mələyə bənzədən Tünzalə Ağayeva onun şərəfinə “Sarı gəlin” mahnısını ifa edib. Bunun ardınca isə o, Türkiyədən gəlmiş qonaqların şərəfinə türk mahnısı oxuyub. Həm oğlan evi, həm qız evi, həm də bəylə gəlin Tünzalə Ağayeva ilə birlikdə həmin mahnısı ifa ediblər.
Aşıq Zülfiyyə toyda İradənin arzusu ilə aşıq havaları çalıb. “Natiq” Ritm Qrupu “Sarı gəlin” kompozisiyasını ifa edib. Toydan çox konsert proqramını xatırladan mərasimdə gəlinin çox şən olduğu diqqət çəkib. “Azəri qızı” Günelin “Adı yok”, “Azərbaycan-Türkiyə” və “Qaragöz” mahnılarını ifa etməsi ilə məclis daha da qızışıb. Gəlin həyat yoldaşı ilə birgə “Cütçü” rəqsini oynayıb. Bəy Azərbaycan rəqslərini oynaya bilməsə də, buna cəhd edib.
Yenilənib:
Tebrik edirem, Allah ssubaylara gismet elesin
xebere gore cox sag ol,
inaniramki maraqli xeberdi
PRistupnIK,
prisuitknik gozel gunu olsun
bu da hemcinin.
ххххххххххм сагол HosT (aLLiAnCe),
Thanksss maraqli xeberlere gore
sag eli menim bashima!
sag eli menim bashima! utancaq
Amin cana
Thankssss Iradenin toyunun wekillerinide yeqinki tapsam men gondererem