Nəyi nə vaxt etməli?

alt

“Yaradan bütün insanların saatını qurub. Elm adamları gün ərzində insanların hansı saatda hansı işi görməli olduqlarını müəyyən ediblər”.

Araşdırmalara görə, günün ən yaxşı iş vaxtı saat 09:00-11:00 arası, insanın ən xoşbəxt olduğu vaxt isə saat 15:00-dur.

Saat 01:00-02:00: İnsanın iş qabiliyyətinin ən aşağı olduğu saatdır. Bu zaman işləyənlər xətaya yol verirlər. Çünki bu saat insan bədəni ancaq yuxuya proqramlaşdırılıb. İnsanın refleksləri zəifləyir.

Saat 03:00: İnsan tamamilə halsız olur. Melatonin hormonu artdığı üçün insan tənbəl və qərarsız olur. Bu saatlarda isanın intihar etmək ehtimalı yüksəkdir.

Saat 04:00: Bədən yenidən enerji yığmağa və özünü günə hazırlamağa başlayır. Qan yüksəlməyə, damarlar genişlənməyə başlayır. Ürək xəstəliyi olanlar günün bu saatında daha diqqətli olmalıdırlar.

Saat 05:00-06:00: Stres hormonu 6 dəfə artır. Bədən yeni günə başlamağa hazırlaşır.

Saat 07:00: Orqanizm oyansa da, hələ ki zəifdir. Bu saatda idman etməkdən çəkinmək, əvəzində yaxşı səhər yeməyi etmək lazımdır.

Saat 08:00: Nəbz və təzyiq artmağa başlayıb. Yatanda 60 dəfə vuran ürək, bu saatlarda sağlam insanda 72-78 dəfə döyünür.

Saat 09:00-11:00: Ən yaxşı və effektiv iş saatıdır. Bütün diqqəti toplamaq və məntiqli düşünmək üçün də ideal vaxtdır.

Saat 12:00-14:00: Bədən yorğunluğun ilk əlamətlərini nümayiş etdirməyə başlayır. Diqqət dağılmağa və yuxu gəlməyə başlayır. Beyinə gedən qan miqdarı azalır. Nahardan sonra yuxu artır.

Saat 15:00: İnsanın özünü ən xoşbəxt hiss etdiyi saatdır. Bu saatda xoşbəxtlik hormonu ən yüksək həddə çatır. Yenidən insana enerji gəlir.

Saat 16:00-17:00: Adrenalin yüksəlir. Əzələlər qüvvətlənir. Aparılan araşdırmaların nəticələrinə görə, olimpiya rekordlarının əksəriyyəti məhz bu saatda qeydə alınıb.

Saat 18:00: Bədəndə yenidən yorğunluq başlayır və orqanizm özünü şam yeməyinə hazırlamağa başlayır. Əzələlər qüvvətdən düşməyə başlayır.

Saat 19:00-20:00: Orqanizm özünü yuxuya hazırlamağa başlayır. Nəbz yavaşlayır.

Saat 21:00: Bu saatda yemək yemək təhlükəlidir. Həzm prosesi zəifləyir. Belə ki, bu saatda yeyilən yemək mədədə səhərə qədər qalacaq. Həzm edilməyən qidalar mədədə çürüyərək zərərli çöplər olacaqlar.

Saat 22:00: Bu saatdan sonra siqaret çəkmək qadağandır. Çünki bədən saat 22:00-dan sonra nikotini ata bilmir. Səhərə qədər bu nikotin bədəni zəhərləyir.

Saat 23.00: Yuxu üçün ideal saatdır. İnsan rahatlaşır, sakitləşir. Uzanandan sonra 20-25 dəqiqə içərisində insan yuxuya gedir.

Saat 24:00: Yuxuda olarkən hüceyrələr yenilənir. Saçlar bu saatda daha tez uzanır. Fəaliyyətin ən aşağı olduğu saatdır. Bu zaman işləyənlər xətaya yol veririlər. Çünki bu saat insan bədəni ancaq yuxuya proqramlaşdırılıb. İnsanın refleksləri zəifləyir.

Leonel-207

Şərhlər:

  1. BalaM dedi ki:
    Leo xebere gore cox sagol give_rose
  2. RED DEVIL dedi ki:

    A BU XEBERI MEN BASQA TYERDE OXUMUSAM,COX SAGOL

  3. Leonel-207 dedi ki:
    rey yazan elleriniz var olsun!!!
  4. morgan dedi ki:
    SUUPPPER TAMM RAZIYAAAM
    BU GUN DE BRI SHEY OYRENIDIM KI DEMELI SACLAR HAAN DAHA TEZ UZANIIIIR
    AY DA NESE OYRENENDE LEZET EDIR DE BILIREM KI VAXTIM BOSH KECMEDI
  5. gulare zeynal dedi ki:

    tewekkur…maraqli idi… dance2

  6. New_Moon dedi ki:

    Sagol Xebere Gore Minnetdaram

  7. Ayselka dedi ki:

    cox sagol duz deyirsen ele iwde 12 14 arasi menide yuxu basir

  8. Fidaska dedi ki:

    xebere gore cox sagol

  9. Cristi dedi ki:

    cox sagol Ruslan maraqli xeber idi

  10. _Cinbala_ dedi ki:

    xebere gore cox sagol

  11. N_I_C_L_E dedi ki:

    offf menimcun vaxtin hec 1 onemi olmur cunki butun vaxt menim heyatim(((Saat 03:00: İnsan tamamilə halsız olur. Melatonin hormonu artdığı ьзьn insan tənbəl və qərarsız olur.))))bax bele olurr….ama bilmirem niye..Xebere gore cooox sag olun thank_you

  12. aznetin_gozeli dedi ki:

    tewekkurler maraqli ve deyerli melumatlarin ucun.bir ikisini bilirdim amma bilmediklerimi de yaddasa yazmiw oldum sayende.thanks Ruska

  13. BEAUTIFUL_LIFE dedi ki:

    hamisi duzdu birinden bawqa saat 15:00 menim ozume en pis hss etdiyim vaxtdi.xebere gore twk leonel-207