Cavabsiz Suallar


Bir insanı unutmaq, bir insandan imtina etmək,bir insanı həyatından sonsuza qədər çıxartmaq məcburiyyətində qaldınmı..?Ölmüş kimi,əlini uzatdığında əlini tuta bilməyəcəyini bilmək kimi…Hər an qapından içəri gülümsəyərək girəcəyini gözləyib amma əslində, heç gəlməyəcəyini bilməyin kimi…Çətin deyilmi ölmədiyini bilmək, amma ölmüş kimi sənin olmayacağını bilmək.
Darıxmaq, bu qədər darıxmaq!!!Çox pis deyilmi? Bu qədər darıxıb onu görə bilməmək, ona toxuna bilməmək onu eşidə bilməmək.Nə qədər ümidsiz bir
axtarışdır “O” keçən minlərlə insana baxaraq.Hər baxdığın yerdə sanki yenidən itirər kimi…Bəlkə bir dəfə daha görə bilmək üçün o üzü,bəlkə bir az əvvəl keçdi bu yoldan deyə düşünmək. Bəlkə bu an arxamda gedən insanların içində bir yerdə deyərək çarəsiz düşünmək.Bəlkə bu an üzərimdədir gözləri deyə həyacan keçirmək.Nə qədər əridər şam tək insanı hiss etmədən.Heç iki şəxsiyyət beyninlə yarım insan ola bildinmi? Baxdığında aynada özünü deyil məhz onun cismini gördüyün oldumu?Sənə həyatındakı ən böyük məhrumluğu yaşadandan,nifrət edə bilmədiyin…Oldumu?Telefonun zəng çalmasa belə zəng çalar kimi səs duyub telefona qaçdınmı?Hər gecə yuxuda görüm deyə tez gözlərini yumdunmu?Hər sabah onu görməyəcəyini bildiyin halda sabahların tez açılmasını istədinmi?Onu qarşılıqsız sevmək üçün sadəcə doyasına görmək üçün Tanrıdan ömür istədinmi?Həyatın bütün gözəlliklərini onsuz yaşayacağını düşünərək bütün gözəllikləri onun üçün dilədinmi?Tək bir arzu üçün yaşayıb, hətda arzuna çatmayacağını bildiyin halda arzunda “O”-da yer alsın deyə arzuladınmı?Bir ömür ona həsrət yaşayacağını bildiyin halda bir ömür də yaşamağa can atdınmı?Onu üzməkdən qorxdunmu,göz bəbəyindən belə qısqandığın halda başqa gözlərə rəva gördünmü?
Bu qədər suallar varkən,cavabsız qaldınmı?

Sən bir ömür üçün bir ömrə dəyər bir insanı sevdinmi?

esmeralda

Şərhlər:

  1. SuZaN dedi ki:
    SEN HEC XOSBEXT OLDUNMU SEVMEDEN??????
  2. azeri_gizem dedi ki:

    Последний раз ты прикоснись к моей руке,
    последний раз слеза скатилась по щеке.

    Последний раз – мне это трудно говорить,
    но без тебя уж мне не жить. Последний раз…