Sənin həsrətinlə


Həsrətindən gözlərim yollarında qaldı Ana! Bəs söz vermişdin bir gün gələcəksən deyə? O gün nə oldu? Çox keçdi o günlərdən, 5 illik ömür ağacımda çox çiçəklər açdı, amma həsrətin keçib getmədi ,qəlbimdəki sevgi alovun sönmədi ,gözüm yollarında qaldı Ana! Beləmi vəfasız çıxdın? Məni bu dünyada kimə əmanət qoyub getdin? Məgər bilmirdin ki əmanətinə sadiq çıxmayacaqlar ? Bilmirdin!Bilsəydin heç bir şeyi dərk etmədiyim vaxtimda məni bu çirkab içində qoyub getməzdin. Hər “ana “ deyib ağladığımda aldadardılar məni -“baxxxx balaca anan göylərdədi”- deyərdilər . Məndə tənhalığa çəkilərək göylərə baxardım, səni çağırardım:
-Aanaaaaaa ,anaaaaaaaaa
Sənin hay verəcəyini gözlərdim başım yuxarı gözlərim göyə dikilərdi. Niyə mənə vəfasızlıq etdin ana? Sənin yerini tutacaq qadın belə əmanətinə yiyə dura bilmədi .Qoydun məni yad əllərdə. O uşaq evinin pəncərələrindən qarşımızdakı sökülən , köhnə binaya baxardım. Qəribsəyərdim , kövrələrdim .Oranı sökən əmilərə nifrətlə baxardım elə bilərdim evimizi sökürlər ,elə bilirdim səni məndən alan onlardı. Nifrət edərdim onlara içimdən bir hayqırtı qopardı -“əmilər anamı qaytarın!”
Yeni gəldiyimdə bütün uşaqlardan qaçardım ,uzaq gəzərdim. Elə bilirdim onlar səhər gəlib axşam harasa gedirlər -analarının yanına .Amma sonradan onların da gözlərində bir qəriblik,həsrət gördüm.Uşaq evi bizi öz ağuşuna aldı, mərhəmlik göstərdi ,mərhəmət öyrətdi, sevgi bəxş etdi, qayğı verdi . Mənə həyatı, insanları sevməyi öyrətdi ,amma səni vermədi . Heç kim vermədi mənə səni.Sənsiz yaşadım sənin həsrətinlə, sənsiz böyüdüm sənin sevginlə . Sən mənim xəyal dostum oldun .Necə unudum səni? Hər dəfə kimsələr bizlərə gələr, hədiyyələr gətireərdilər mən də yüyürə- yüyürə qaçıb hədiyyəmi alar, sonra isə səni onların arasında axtararaq hədiyyəmi göstərmək istərdim, lakin durardım tapmazdım, kövrələrdim. Sən mənim körpə vücüdumdan uzaq olduğun halda mənim tənha üreyimdə mənimlə idin .Sənlə danışardım .
Ana indi mənim də övladlarım var .Onlara həsəd aparıram ,hərdən qısqanıramda. Hətta özmün belə onların anası olduğunu unuduram. Axı niyə onlar analı mən anasız oldum?
Bəzən narın yağış yağdığında pəncərədən uzaqlara baxar, qaranlıqda ikimizin bir yerdə qoşa addımlarla parkda addımladığını düşünürəm. Uca çinarlarıp qorxunc adamlar təsəvvür edib sənə sığınardım. Sən məni qucağına alaraq bağrına basardın.Qəribədir o hissləri yaşamadığım halda hiss edirəm.Özümü həqiqətən sənin qoynunda görürəm,sənin hənirtini duyuram. O qədər aludə olardımkı əllərimi o qaranlığa uzatdığımda əllərim boşluqda qalardı. Onları sənin incə barmaqların əvəzinə soyuq havada əsən külək tutardı .
Mən səni qınamıram ki, mənimlə yoxsan . Mən sənsizliyi qınayıram , niyə mənlə yoxsan?Qəlbimə yaman dolmusan ana, bilmirəm niyə? Ürəyım titreyir , uz-gozunden , gozlerinden opmek ucun , amma elim catmir sene .Vaxt kecir sen menden uzaqlasdiqca men sene yaxinlasiram.

esmeralda

Şərhlər:

  1. Admin dedi ki:

    Superr cox sag ol cox xoshuma geldi

  2. esmeralda dedi ki:

    Admin,
    Deymez dostik

  3. VeFaSiz_Giz dedi ki:

    spasibo za novost

  4. MILAQROS dedi ki:

    pasibo esmirka

  5. esmeralda dedi ki:

    MILAQROS,
    vseqda pajalusta maya sladkaya

  6. IzYuMinKa dedi ki:

    Mən səni qınamıram ki, mənimlə yoxsan . Mən sənsizliyi qınayıram , niyə mənlə yoxsan?Qəlbimə yaman dolmusan ana, bilmirəm niyə? Ьrəyım titreyir , uz-gozunden , gozlerinden opmek ucun , amma elim catmir sene .Vaxt kecir sen menden uzaqlasdiqca men sene yaxinlasiram.

    spasibki radost klevie slova oc troqatelniee

  7. esmeralda dedi ki:

    IzYuMinKa,
    nezawto maya milinkaya

  8. SuZaN dedi ki:

    uyda… mamam ucun darixdim eee… indi qaciram mamami gormeye… gedim onu 1 at dusi maaac eliyim… :))