Sağlam yuxu

SAĞLAM YUXU-SAĞLAM ÜZ DƏRİSİ.

Hər bir xanım bilir ki, əgər doyunca yatmasa bütün günü yorğun,əsəbi olacaq və özünü pis hiss edəcək.Üstəlik yuxusuzluq qadının dərisində də mənfi izlər buraxır.Ona görə səkkiz saatlıq yuxu rejimi hər bir sağlam həyat tərzi keçirtmək istəyən üçün başlıca meyar olmalıdır.Məhz gecə yuxu zamanı bədən istirahət edir,dəri təzələnir.Yuxusuzluq zamanı isə dəri qocalır,tez qırışlanır.Göz ətrafında bunu daha tez sezmək mümkündür.Kosmetik vasitələr isə bunun qarşısını müəyyən müddət alacaq.

Bəs yaxşı.,rahat yuxu üçün nə etmək lazımdır?


-Yataq otağınız səs-küydən uzaq olmalıdır.
-Yuxunuzu alacağınız otaqda rahatlıq yaradın.
-Böyük çarpayı və döşək sizin rahat yatmanıza kömək edəcək.
-Yatmazdan öncə siqaret çəkməyin.
-Yuxudan əvvəl içilən çay,qəhvə,şokolad insanı gümrah saxlayır və ehtiraslandırır.
-Yastığınız yundan və ya yumşaq tükdən olsa rahat yuxuya gedəcəksizniz.

YATANLARA 22 İL HƏSƏD APARAN KİMDİR ?

Ukraynada yaşayan Fyodor Nesterçukun yuxusu uzun illərdir ki, ərşə çəkilib.1986-cı ildən yuxu ondan uzaq gəzir.Bədbəxt hadisə zamanı beli qırılan Nesterçuk bir müddət sonra daha bir xəstəliyə tutulur.Bu dəfə ayaqları sözünə baxmır.Elə həmin ərəfədən də yuxuya həsrət qalıb.Həkimlərin davamlı müalicəsi heç bir fayda vermir.Yuxu Fyodora yaxın gəlmir ki, gəlmir.Yuxusuz gecələrində ən yaxın silahdaşı isə kitablar olub əvvəl oxuyub, sonra da əzbərləməyə başlayıb.
Həkimlərin fikrincə, o, yatır, sadəcə özü bunu hiss etmir.
Yaponiya alimlərindən biri isə onun yuxusunu ölçən cihaz kəşf edib.İndi məlum olub ki, Fyodor Nesterçuk iki günə cəmi 15 dəqiqə yuxu yatır.

YUXUSU MARAQLI OLAN MƏŞHURLAR:

1. Exnaton (Misir fironu)-16 saat fasiləsiz yatırmış.
2. Kleopatra- dörd gün dalbadal yuxusuz qala bilirmiş.
3. Napoleon-10 dəqiqə yuxu ona güc toplamağa yetirmiş.
4. Stalin- yalnız səhərə yaxın yuxuya gedərmiş.

Sizdə də yuxusuzluq problemi varmı?
Bunun səbəbini nədə görürsünüz?
Bu problemlə necə mübarizə aparırsınız?

HosT (aLLiAnCe)

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    sonram mutlek oxuyacam

  2. HosT (aLLiAnCe) dedi ki:

    Sitat: vefasiz_giz
    sonram mutlek oxuyacam


    he oxuyarsan

  3. meymunka dedi ki:

    thankssssss goodgood

  4. VeFaSiz_Giz dedi ki:

    Sitat: HosT (aLLiAnCe)
    he oxuyarsan

    oxudum, amma meni artiq yuxusuzdux oldurub cray

  5. IzYuMinKa dedi ki:

    thankss xebere gore

  6. BLACK STAR dedi ki:

    cox maraqlidi.twk

  7. fanya_ya dedi ki:

    Chooox saq ol xabara gora