Hər qadın bir nağıldır..


H601;r qad305;n bir na287;305;ld305;r..


Həyatınız boyunca neçə qadın tanıdınız? Ya da sualı belə ünvanlayaq,neçə qadını həqiqətən tanıdınız? Bir qadına baxarkən ağılınızdan keçənlər nələrdir? Hər qadın öz içində bir həyatdır.. Həyatın eniş yoxuşları onların içindədir..

Əgər bir qadına baxdığınızda ağılınızdan sinələri, xarici görnüşü keçirsə əsla bir qadını tanıya bilməyəcəksiniz deməkdir.. Bir qadın hissləriylə vardır.. Gözəllik gəlib keçici olsa da içindəkilər qalıcıdır.. Qadın hər kəsə göstərməz əsl üzünü..

Hər qadın bir nağıldır.. Qadının mənası içindəki nağıllardır.. Hər şeyi tapa bilərsiniz orada.. Eşqləri.. Xəyalları.. Səhvləri.. Əzabı.. Sevməyi.. Uşaqlıqları.. Zəkanı.. Yalanları.. Hər şeyi.. Nağılların sonu xöşbəxt ya da bədbəxt olsun neçə illər keçir keçsin bunlar orada qalacaq..


H601;r qad305;n bir na287;305;ld305;r..

Kişinin həyatı qadınları tanıdıqca yüksələr.. Qadınları tanıdıqca həyata baxışı dəyişər kişinin.. Komplekslərindəna azad olar kişi, qadınlara dəyər verməyi öyrənər.. Dəyər verdikcə öz dəyərinin yüksəldiyini hiss edər.. Dəyər verilən kişi sürprizlərə hazırlıqlı olmalıdır.. Hər şey vardır bir qadının ürəyində.. Kişi, düşüncələrinin tək mənalı olar. Onlar üçün həyat təkcə içində yaşananlardır.. Qadınların həyatı uzun bir müddətdir.. Buna görə fərqlidirlər.. Qadınlar oyun oynamağı da sevərlər.. Üşüdüm deyən qadın həqiqətən üşümüşdür bəlkə.. Amma istədiyi bir palto ya da isti bir şey deyil, kişinin sevgisiylə istiləşmək istəyərlər..

Nağıllar davam edər.. Həyatdakı ən gözəl səfərlərsə bir qadını tanıma mərhələsindəkilərdir.. Həyatın sirri bir qadının kiçik ürəyində saxlıdır.. Həyatın hər mərhələsi qadının iç dünyasında gizlidir.. Qadın, uşaqdır. Qadın, anadır, Qadın, sevgilidir, Qadın, sirrdir.. Qadın, həyatdır.. Qadın hər şeydir..

İndi sizə bu sualı unvanlamaq istəyirəm həyatınız boyunca neçə qadını həqiqətən tanıdınız?

Bu sualım isə qızlara unvanlanır.Sizcə hər qadın öz nağılının baş qəhrəmanıdir yoxsa hər qadının nağıl olduğu fikri ilə razı deyilsiniz?

HosT (aLLiAnCe)

Şərhlər:

  1. esmeralda dedi ki:

    Thankssssss

  2. HosT (aLLiAnCe) dedi ki:

    esmeralda,
    sen saq ol reyin ucun

  3. VeFaSiz_Giz dedi ki:

    HosT (aLLiAnCe),

    cox saq ol

  4. meymunka dedi ki:

    HosT (aLLiAnCe),

    cox saq ol maraqlidir

  5. IzYuMinKa dedi ki:

    cooooooox sag ol maraqli xebere gore