Tərbiyəvi Və Müxtəlif Mövzularda Hədislər

* Valideynlərinə yaxşılıq et,onlara məhəbbətlə baxan hər bir övlada ALLAH əvəzində qəbul olunmuş bir ziyarətin mükafatını verəcəkdir.

* Hər kim ki, sənin əlindən 3 dəfə qəzəbləndi və sənə heç bir pis söz demədi, onunla dost ol!

* Qəlbdə peşmanlıq olmadığı halda yalnız dildə edilən tövbə – yalançıların tövbəsidir.

* Hər kim mömin qardaşının ehtiyacını qarşılarsa, Allah da onun ehtiyacını qarşılayar.

* Əsl zənginlik nal çoxluğu deyil,könül toxluğudur.

* Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən.

* Hər cür yaxşılıq ibadətin yarısıdır.

* İnsanların ən acizi dua etməyə də aciz olan, ən xəsisi salam verməyi də qısqanan adamlardır.

* Yer üzündə təkəbbürlə gəzib dolanma.Çünki nə sən yeri yara bilər, nə də boyca ucalıb dağlara çata bilərsən, bunlar Rəbbinin qatında bəyənilməyən işlərdir.

* Peyğəmber (s.ə.s) buyurmuşdur: “Elm öyrənmək, hər müsəlmana fərzdir.”

* Allah-Təala(t.t) övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etmeyinizi sevir.

* İslam gözəl əxlaqdır. (Kenzül-Ummal)

* Asanlaşdırın, gücləşdirməyin, müjdələyin, nifrət etdirməyin.(Buxari, Müslim)

* İnsanların Peyğəmbərlərdən öyrəndikləri sözlərdən biri də: “Utanmadıqdan sonra istədiyini et”-sözüdür. (Buxari, Əbu Davud)

* Xeyrə vəsilə olan, xeyri edən kimidir. (Tirmizi)

* Mömin bir dəlikdən iki dəfə sancılmaz. (Mömin bir səhvə iki dəfə düşməz) (Buxari, Müslim)

* Harda olursan ol, Allaha qarşı gəlməkdən çəkin; etdiyin pisliyin ardından bir yaxşılıq et ki, bu onu yox etsin. İnsanlara qarşı gözəl əxlaqa görə davran. (Tirmizi)

* Allah, sizdən birinizin işi, əməli və vəzifəni sağlam və yaxşı (gözəl) etməsini xoşlayar. (Təbərani, Beyhaki)

* İman yetmiş iki dərəcədir, ən üstünü “Lə iləhə illəllah” (“Allahdan başqa ilah yoxdur.”) sözüdür, ən aşağı dərəcəsi də rahatsız edici bir şeyi yoldan Tərbiyəsiz sözürməkdir (təmizləməkdir). Həya da imandandır. (Buxarı, Müslim)

* Kim pis və çirkin bir iş görsə onu əliylə düzəltsin; əgər buna gücü çatmırsa diliylə düzəltsin; buna da gücü çatmazsa, qəlbən qarşı qoysun (qəlbində o işə nifrət etsin). Bu da imanın ən zəyif dərəcəsidir. (Müslim, Əbu Davud)

* İki göz vardır ki, cəhənnəm atəşi onlara toxunmaz: Allah qorxusundan ağlayan göz, bir də gecə Allah yolunda keşik çəkən göz. (Tirmizi)

* Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur. (İbn Macə, Muvatta)

* Heç biriniz özü üçün istədiyini (mömin) qardaşı üçün istəmədikcə (gərçək) iman etmiş olmaz. (Buxari, Müslim)

* Müsəlman müsəlmanın qardaşıdır: Ona zülm etməz, onu (düşmənə) təslim etməz. Kim (mömin) qardaşının bir ehtiyacın həll etsə Allah da onun bir ehtiyacın həll edər. Kim müsəlmanı bir sıxıntıdan xilas etsə, bu səbəblə Allah da onu qiyamət günü bir sıxıntıdan xilas edər. Kim bir müsəlmanı(n qüsurun(eybin)) örtsə, Allah da qiyamət günü onu(n qüsurun) örtər. (Buxari, Müslim)

* İman etmədikcə cənnətə girməzsiniz, bir-birnizi sevmədikcə də (gerçək mənada) iman etmiş olmazsınız. (Müslim, Tirmizi)

* Müsəlman insanların əlindən və dilindən əmin olduğu kimsədir. (Tirmizi, Nesai)

* Bir-birinizə üsyan etməyin, bir-birinizə həsəd etməyin, bir-birinizə arxa çevirməyin; ey Allahın qulları, qardaş olun. Bir müsəlmana, üç gündən artıq (din) qardaşı ilə küsülü olması halal olmaz. (Buxari)

*Heç şübhə yoxdur ki, doğruluq yaxşılığa aparar, yaxşılıq da cənnətə. Adam doğru söyləyə-söyləyə Allah qatında sıddik (doğru sözlü) deyə yazılar. Yalançılıq pisliyə aparar, pislik də cəhənnəmə. Adam yalan danışa-danışa Allah qatında kəzzab (çox yalançı) deyə yazılar. (Buxari, Müslim)

*(Mömin) qardaşınla münaqişə etmə, onun xoşuna gəlməyəcək zarafatlar etmə və ona yerinə yetirə bilməyəcəyin söz vermə. (Tirmizi)

*(Mömin) qardaşına təbəssüm etmən sədəqədir. Yaxşılığı əmr edib pislikdən çəkindirmən sədəqədir. Yolunu azan adama yol göstərmən sədəqədir. Yoldan daş, tikan, sümük kimi şeyləri Tərbiyəsiz sözürüb atmağın da sənin üçün sədəqədir. (Tirmizi)

*Allah nə sizin xarici görünüşünüzə, nə də malınıza baxar, amma o sizin qəlblərinizə və işləriizə baxar. (Müslim, İbn Macə, Əhməd b. Hənbəl)

* Allahın rizası, ana və atanın rizzasındandır. Allahın hirsi də ana-atanın hirsindəndir. (Tirmizi)

* Üç dua vardır ki, bunlar heç şübhəsiz qəbul olunar: Məzlumun duası, qonağın duası, atanın övladına duası. (İbn Macə)

* Heç bir ata övladına gözəl tərbiyədən daha üstün bir hədiyə verə bilməz. (Tirmizi)

* Sizin ən xeyirliniz, xanımlarına qarşı ən yaxşı davrananınızdır. (Tirmizi, İbn Macə)

* Kiçiklərimizə mərhəmət etməyən, böyüklərimizə hörmət etməyən bzdən deyildir. (Tirmizi, Əbu Davud)

* Peyğəmbərimiz işarə barmağı və orta barmağıyla işarə edərək: “Gərək özünə gərəksə də başqasına aid hər hansı bir yetimi himayə etməyi öz üzərinə alan şəxslə Mən, cənnətdə bax belə yanaşıyıq.”-buyurmuşdir. (Buxari, Müslim)

* (İnsanı) həlak edən bu yeddi şeydən çəkinin. Onlar nədi ya Rəsulullah dedilər. Buna: – Allaha şərik qoşmaq, sehir, Allahın haram qıldığı cana qıymaq, faiz yemək, yetim malı yemək, döyüşdən (müharibədən) qaçmaq, günahsız və namuslu mömin qadınlara iftira atmaq – deyə buyurdu. (Buxari, Müslim)

* Allaha və axirət gününə iman edən kimsə, qonşusuna əziyyət etməsin. Allaha və axirət gününə iman edən qonağına ikram etsin. Allaha və axirət gününə iman edən kimsə, ya xeyir (söz) söyləsin, ya da sussun. (Buxari, Müslim)

* Cəbrail Mənə qonşu haqqında o qədər çox tövsiyə etdi ki, mən (Allah Təala) qonşunu qonşuya varis (mirasçı) edəcəyini zənn etdim. (Buxari, Müslim)

* Dul və kasıblara kömək edən kimsə, Allah yolunda cihad edən və ya gündüzləri (nafilə) oruc tutub, gecələri (nafilə) ibadətlə keçirən kimsə kimidir. (Buxari, Müslim, Tirmizi, Nesai)

* Hər insan xəta edər. Xəta edənlərin ən xeyirliləri tövbə edənlərdir. (Tirmizi, İbn Macə)

* Möminin başqa heç kimdə olmayan qəribə halı var; onun hər işi xeyirdir. Əgər genişliyə (nemətə) qovuşsa şükredər və bu onun üçün xeyir olar. Əgər bir darlığa (müsibətə) düşsə səbr edər və bu da onun üçün xeyir olar. (Müslim, Darim)

* Bizi aldadan bizdən deyildir. (Müslim)

* Söz daşıyanlar (cəzalarını çəkmədən və ya bağışlanılmadan) cənnətə girməzlər. (Müslim, Tirmizi)

* İşçiyə haqqını, (alnının) təri qurumadan verin. (İbn Macə)

* Bir müsəlmanın ıkdiyi ağac və ya əkindən insan, heyvan və quşların yedikləri şeylər, o müsəlman üçün bir sədəqədir. (Buxari, Müslim)

*İnsanda bir orqan var. Əgər o sağlamdırsa, bütün vücud sağlam alar; əgər o, xəstələnsə bütün vücud xəstələnər. Diqqət edin! O, ürəkdir. (Buxari, Müslim)

* Rəbbinizə qarşı gəlməkdən çəkinin, beş vaxt namaz qılın, Ramazan orucunuzu tutun, mallarınızın zəkatın verin, idarəcilərinizə itaət edin. (Beləliklə) Rəbbinizin cənnətinə girərsiniz. (Tirmizi

esmeralda

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    cox saq ol

  2. Rena_786 dedi ki:

    ok ok СПАСИБО, СПАСИБО))

  3. Devil_666 dedi ki:

    allah haminizdan razi olsun

  4. merry-girl dedi ki:

    Allah haminizdan razi olsun

  5. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…