Kim ne deyer bizde olan qeyrete

Artıq bir esre yaxındır ki, Azerbaycan xalqının böyük şairi Mirze Elekber Sabirin (1862—1911) heyatı ıle yaradıcılığı geniş ictimaiyyetin ve tedqiqatçıların diqqet merkezindedir. Bu müddet erzinde, misilsiz istedad sahibi olan senetkarın heyat ve fealiyyetinin, yaradıcılıq irsinin öyrenilmesi ve böyük oxucu kütlesine çatdırılması sahesinde olduqca geniş miqyasılı ve sanballı işler görülmüşdür. Bura birinci növbede Mirze Elekber Sabirin eserlerinin şairin meslekdaşı ve yaxın dostu Abbas Sehhet terefinden hele 1912-ci ilde esası qoyulmuş neşriyyat işi daxildir. Şairin “Hop-hop” texellüsü ile elaqedar “Hophopname” adı altında eserlerinin defelerle çap olunması xalqımızın ve dövletimizin ona çox böyük maraq ve diqqetinin, regbet ve mehebbetinin ifadesidir. Bundan başqa, MirzE Elekber Sabirin müasirleri terefinden temel daşları qoyulmuş ve sonrakı dövrde bir çox tedqiqatçılar terefinden tedqiq ve tehlil dairesi olduqca genişlenmiş olan sabirşünaslıq emele gəlmişdir.

Kim nə deyər bizdə olan qeyrətə?!

Qeyrətimiz bəlli bütün millətə!..

Biz qoca qafqazlı qoca ərlərik

Cümlə hünərməndlərik, nərlərik,

İş görəcək yerdə söz əzbərlərik

Aşiqlik ancaq quru, boş söhbətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

Çırmanırıq keçməyə çay gəlməmiş,

Başlayırıq qızmağa yay gəlməmiş,

Söz verərik indi – bir ay gəlməmiş,

Asta qaçıb dürtülərik xəlvətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

Cümlə cahan yatsa da biz yatmarıq,

Qeyrəti-milliyəmizi atmarıq,

Əhlimizi başqalara satmarıq,

Bir quruşa, bir pula, ya bir çetə,

Kim nə deyər bizdə olan qeyrətə?!

Bizdə görünməz nə fəsadü nifaq,

İşləmədə bir-birimizdən qoçaq

Bax, budur islamı gətirrik qabaq;

Böyləcə xidmət olunur millətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

Bir işə min hümmətimiz var bizim!

Bax, necə cəmiyyətimiz var bizim!

Bundan gözəl niyyətimiz var bizim;

Ay bərəkallah bu gözəl niyyətə!

Kim nə deyər bizdə olan qeyrətə?!

Hansı məkatib ki, onu açmadıq?

Hansı sənaye ki, para saçmadıq?

Verdiyimiz sözdən uzaq qaçmadıq;

İşlərimiz mindi bütün surətə!..

Kim nə deyər bizdə olan qeyrətə?!

Bax, necə darüləcəzə, dari-elm!

Bir-neçə məktəb, neçə asari-elm!

Bizlərik, əlbətdə, xərdari-elm!

Çatmışıq ondansı belə hörmətə!…

Kim nə deyər bizdə olan qeyrətə?!

Bizdə nə fələ tapılar, nə gəda,

Bizdə nə sail və nə bir binava,

Bəxtəvər övladımıza mərhaba!

Baş aparıb hər biri bir sənətə!..

Kim nə deyər bizdə olan qeyrətə?!

Etmişik ifa atalıq mehrini,

Çəkmişik övladımızın fikrini,

Ömrümüzün olsa, görərik bəhrini,

Fəxr edərik biz də bütün millətə!

Kim nə deyər bizdə olan qeyrətə?!

Firuze

Şərhlər:

  1. meymunka dedi ki:

    ya obajayu kak on pishet v yeqo proizvedeniyax i smex i v to je vremya qorkiye pravdi jizni!thaks za novost