Qeribe toy adetleri

alt

Yer kürəsində minlərlə xalq yaşayır və hər birinin öz dili, mədəniyyəti və əlbəttə ki, toy adətləri var.

Nigaha girməyin ən sadə yolu Mesopotamiyada idi desək, yəqin ki, yanılmarıq. Orada kişi şahidlərin iştirakı ilə qadının üzünü duvaqla örtərək deyirdi: “O mənim həyat yoldaşım oldu”.

Bəzi xalqlarda qız insana yox, cansız əşyaya da gedə bilər. Belə nigahlar əsasən yetkinlik yaşına çatmayan qızlara şamil edilir. Ölü ilə nigah qeyri-mümkün sayılsa da, hələ də Çində belə nigahlar bağlanmaqdadır və onlar “ruhlarla toy” və ya “cəhənnəm toyu” adlandırılır.

Ruandada nigah bağlamaq üçün qızla oğlanın bir-birinə nifrət etməsi mütləqdir. Toy mərasimindən sonra qadın kişinin evinə gedir və qırğın-qiyamət qoparır. Qadın ərini döyür, cırmaqlayır və bu, səhərədək davam edir, sonra qadın öz evinə yatmağa gedir, axşam isə dava-dalaş yenidən başlayır. Davalar bir neçə gün, hətta bir aya qədər sürə bilər. Qadının nifrəti keçəndən sonra ərinin evinə köçür. Ailənin dinc həyatı bir daha heç bir dava ilə pozulmur və qarşılıqlı sevgi hökm sürür.

Hamıya məlumdur ki, bəzi ölkələrdə çoxarvadlılıq mövcuddur. Braziliyanın bəzi regionlarında isə qadının bir neçə əri olur. Bu halda nigah qadın tərəfindən yox, əri tərəfindən qurulur. Bu belə baş verir: yoldaşının sevgilisi olduğunu öyrənən kişi məşuqu ova dəvət edir. Ovdan sonra sevgili onların evinə köçür.

Sakit okeanda minlərlə ada var ki, hər birinin yerli sakinləri tərəfindən qorunan toy adət-ənənələri var. Məsələn, adətlərdən biri yeni evlənənlərin kostyumlarının böyüyüb boya-başa çatdıqları torpağın məhsulundan hazırlanmasıdır. Samoa adasında gəlinin paltarı ağac qabığı və tut ağacı yarpağından, tər güllərdən hazırlanır, başa isə mirvari tac qoyulur.

Asiyada gənclər ipək və qırmızı rəngə bürünür. Çində qızılı və qırmızı rəng xoşbəxtlik və var-dövləti simvolizə edir, ona görə bu rənglərə hədiyyə qutularında, şamlarda da rast gəlmək mümkündür. Yaponiyada milli gəlin paltarı ipəkdən ağ kimono, ağ çiyinlik, bəzək əşyaları və gümüşü sancaqlarla bəzədilmiş xüsusi parikdən ibarətdir. Bənövşəyidən başqa (bu rəng ayrılıq rəmzidir) paltarda ağ, qırmızı və bütün rənglər ola bilər.

Avropada klas gəlinlik ağ paltardır. İnanclara görə, toy günündə gəlin bir köhnə, bir təzə, bir borca götürdüyü, bir də mavi nə isə geyinməlidir, o zaman nigah möhkəm olacaq. İngiltərədə gəlin əlinə krujeva ilə bəzənmiş nal taxır. Köhnə ayaqqabıda ərə gedir ki, bu uğur simvolu sayılır. Almaniyada belə bir adət var idi: toy zamanı gəlin bolluq rəmzi olan çörək və duz tuturdu. Buna görə gəlinliklər cibli tikilirdi. Qərbi Avropa ölkələrində gəlinlik tikdirmək və onu miras kimi saxlamaq adətdir. İspan gəlininin paltarında mütləq portağal ağacının gülləri olmalıdır – gəlin buketində və saç bəzəyində. Bu, portağal ağacının cavanlıq rəmzi sayılması ilə əlaqədardır.

Toy adətləri və paltarları müxtəlifdir, amma onlar bir məqsədə xidmət edir – iki sevən insanı birləşdirmək.

Leonel-207

Şərhlər:

  1. ADMIRAL-711 dedi ki:

    Ruandada nigah bağlamaq ьзьn qızla oğlanın bir-birinə nifrət etməsi mьtləqdir. Toy mərasimindən sonra qadın kişinin evinə gedir və qırğın-qiyamət qoparır. Qadın ərini dцyьr, cırmaqlayır və bu, səhərədək davam edir, sonra qadın цz evinə yatmağa gedir, axşam isə dava-dalaş yenidən başlayır. Davalar bir neзə gьn, hətta bir aya qədər sьrə bilər. Qadının nifrəti keзəndən sonra ərinin evinə kцзьr. Ailənin dinc həyatı bir daha heз bir dava ilə pozulmur və qarşılıqlı sevgi hцkm sьrьr.

    Allah kessin bele adeti.kimse isteyer bu cur toyu olsun. roll
  2. Бакинка dedi ki:

    saol xebere gore=)

  3. RED DEVIL dedi ki:

    COX SAGOL,MARAQLI MELUMATLARA GORE

  4. N_I_C_L_E dedi ki:

    Ruandada nigah bağlamaq ьзьn qızla oğlanın bir-birinə nifrət etməsi mьtləqdir. Toy mərasimindən sonra qadın kişinin evinə gedir və qırğın-qiyamət qoparır. Qadın ərini dцyьr, cırmaqlayır və bu, səhərədək davam edir, sonra qadın цz evinə yatmağa gedir, axşam isə dava-dalaş yenidən başlayır. Davalar bir neзə gьn, hətta bir aya qədər sьrə bilər. Qadının nifrəti keзəndən sonra ərinin evinə kцзьr. Ailənin dinc həyatı bir daha heз bir dava ilə pozulmur və qarşılıqlı sevgi hцkm sьrьr.

    ha ha ha happy heart roll menim xoshuma geldi…cox arjinal ve qeyri adi bir toydu..cooox xoshuma geldi..xebere gore coox sag olun..xeber cooox xoshuma geldi

  5. Leonel-207 dedi ki:
    rey yzan elleriniz agrimasin…
  6. ...::EMERALD::... dedi ki:

    HMM MARAQLIDIR SAG OL

  7. Ayselka dedi ki:

    [b]

    EN MARAQLISI BUDU MENDE BELE XEBERLER QOYMUWAM EVVEL COX SAGOL

    Ruandada nigah bağlamaq üçün qızla oğlanın bir-birinə nifrət etməsi mütləqdir. Toy mərasimindən sonra qadın kişinin evinə gedir və qırğın-qiyamət qoparır. Qadın ərini döyür, cırmaqlayır və bu, səhərədək davam edir, sonra qadın öz evinə yatmağa gedir, axşam isə dava-dalaş yenidən başlayır. Davalar bir neçə gün, hətta bir aya qədər sürə bilər. Qadının nifrəti keçəndən sonra ərinin evinə köçür. Ailənin dinc həyatı bir daha heç bir dava ilə pozulmur və qarşılıqlı sevgi hökm sürür.

  8. DaRk_AnGeL dedi ki:

    cooox maraqli idi

  9. New_Moon dedi ki:

    Xebere Gore Minnetdaram

  10. aznetin_gozeli dedi ki:

    Toy adətləri və paltarları mьxtəlifdir, amma onlar bir məqsədə xidmət edir – iki sevən insanı birləşdirmək.

    en esas mesele de ele mehz budur:)



    Menim xeberim de var idi, dunyanin xalqlarinin toy adetleri idi sehv etmiremse..amma burada bir qeder qeribe adetler verilib.cox maraqli geldi mene. sevirem bu tip xeberleri

  11. morgan dedi ki:
    en gozeli ele Azerbaycandadir
    duzdur aciq saciq geyinirler onu beyenmirem
    bir de kishinin 4 qadinla evlenmesine pis baxirlar amma Islam icaze verir bunu hec fikirlemishler ebii ki sertleri va onun daa
  12. _Cinbala_ dedi ki:

    cox sagol xebere gore yaxsi weydi doy………

  13. BEAUTIFUL_LIFE dedi ki:

    Bəzi xalqlarda qız insana yox, cansız əşyaya da gedə bilər. Belə nigahlar əsasən yetkinlik yaşına зatmayan qızlara şamil edilir. Цlь ilə nigah qeyri-mьmkьn sayılsa da, hələ də Зində belə nigahlar bağlanmaqdadır və onlar \"ruhlarla toy\" və ya \"cəhənnəm toyu\" adlandırılır.

    ay yok daha neler shock

    qurban olaram oz adetlerimize bu nedi bele?

  14. Cristi dedi ki:

    Hamiya qismet olsun. AMIN

  15. Бакинка dedi ki:

    saol xebere gore=)