Ərin xanımına kömək etməsi Allah dərgahında ibadət sayılır

Ərin xanımına kömək etməsi Allah dərgahında ibadət sayılır

Qadın və kişinin xoşbəxt bir həyat sürməsi üçün ev içində və evdən kənar bütün işlər bölüşdürülməlidir. Həm kişi, həm qadın öz vəzifəsinə əməl etməlidir.bununla bərabər, kişinin boş vaxtlarında xanımına kömək etməsi çox gözəl bir əməldir.Məhəmməd Peyğəmbər(s) buyurur:”Sizin ən xeyirliniz arvad-uşağına yaxşılıq edəndir”. (Biharul-Ənvar, c.79, s. 268)İslam dini ailə həyatına nizam-intizam gətirmiş, qadın və kişi arasında iş bölgüsü təyin etmişdir. Belə ki.əsas etibarilə ev işləri qadının, məişət və evdən kənar işlər isə kişinin öhdəsinə buraxılmışdır.
Ləyaqətli ərin xüsusiyyətlərindən biri də xanımına hər cəhətdən yardımçı olmasıdır. Qadının kişiyə, kişinin isə qadına etmiş olduğu xidmət Allah dərgahında çox böyük ibadətlərdən sayılır.
İmam Əlidən belə bir rəvayət nəql olunub: Mən Fatiməyə kömək edərkən Allahın Rəsulu Məhəmməd Peyğəmbər (s) içəri daxil olub belə buyurdu: “Ey Əli, sözlərimə diqqətlə qulaq as, Rəbbimin buyurduğundan başqa bir şey demərəm mən! Evdə xanımına kömək edən hər bir kişiyə vücudundakı bütün tüklərin sayında, gecələr ibadət, gündüzləri isə oruc tutaraq edilən bir illik ibadət qədər savab verilir”. Allah-Təala ona Həzrət İsa, Həzrət Yaqub və Həzrət Davud kimi səbirli Peyğəmbərlərə verdiyi savab qədər savab verər……….
Ey Əli! Hər kəs evdə xanımına kömək etməyi əhəmiyyətsiz saymayıb çalışmaqdan çəkinməzsə, Uca Allah onun adına şəhidlərin divanında yer verər…Hər gecə və gündüzünün qarşılığında min şəhidin savabını yazar. Atdığı hər addıma bir həcc və ümrə savabı yazar….
Ey Əli! Evdə bir saat xidmət etmək min il ibadətdən, min həcdən, min ümrədən, min köləni azad etməkdən, min savaşa qatılmaqdan, min xəstənin ziyarətinə getməkdən, min cümməyə qatılmaqdan, min fəqiri doyuzdurmaqdan, min libassızı geyindirməkdən daha xeyirlidir…..
Ey Əli! Hər kəs xanımına kömək etməyi əhəmiyyətsiz saymayıb ondan çəkinməzsə, o xidmət böyük günahların kəffarəsi olar və Rəbbinin qəzəbinin söndürər……..

esmeralda

Şərhlər: