Sevgi bu olsa gərək……..

Yadıma gəlmir ki, səninlə nə vaxtsa küsüşmüşdük.. Heç vaxt! Bizim aramızda inciklik, küsülülük olmamışdı.. Çünki mən həmişə dediyini edirdim.. Heç kimin sözünü dinləmədiyim halda səni dinləyirdim.. Sən çoox anlayışlı, mehriban, səmimi bir insan idin.. Mən səndən ayrılandan sonra anladım ki, hələ sənin kimi heç kəsi sevməmişəm..

Sən mənim idealım idin.. Səndən başqa hər şey yalan idi mənim üçün.. Ailəmdə hər kəs bilirdi səni necə sevdiyimi.. Sən uzaqda olsan belə həmişə qəlbimdə idin. Gecəm gündüzüm idin.. Yuxularım, aydın səhərlərim idin.. Sən mənə həm sevgili, həm yaxın dost olmuşdun.. Mən səni belə sevirdim..

Ayrılmağı heç birimiz istəməzdik, amma ayrıldıq.. İnan ki, həmin gündən sonra həyat daha da zorlaşdı, ağırlaşdı, depressiyaya düşdüm, ağlamadan günüm keçmədi.. O zaman anladımki, sevgi nə imiş.. O zaman anladım ki, sevgi gözəlliklə olmurmuş. Unut deyiləndə unudulmurmuş.. Səndən sonra elə sevgi yaşamadım ki, səni unutdursun.. Mehriban olmağa çalışdım.. Kimə “sevirəm” dedimsə, ayrılandan 2 gün sonra unutdum..
Anladım ki, onlar sevgi deyil..

Bircə sənin eşqinlə tutundum hər gün. Bəzən otağıma çəkilib hönkür-hönkür ağladım hardasan deyə. Bəzən yadıma düşəndə sən yastığımı ağzıma sıxıb ağladım səsim çıxmasın deyə.. Xatirə şəkillərini tapanda cırdım, atdım, çünki kiminsə sevdiyi idim, sevgilisi idim.. Lakin onun peşmançılığını çox çəkdim..

Hər gecə 3-4ə kimi yatmayanda “Görəsən o indi haralardadır” sualını düşündüm.. Səni Düşündüm.. Bu sözü sənə bir dəfə də demişdim.. Üzünə deməsəm də hiss etmişdin.. Əgər dönsən, bağışlayaram.. Qəbul edərəm.. Necə varsan, eləcə. Mən-Heç kimə qürur sındırmayan qız sənə görə qürurumu sındırmışam.. Hər ideal oğlanı bəyənməyən mən təkcə səni bəyənmişəm.. recourse Görəsən niyə?

Şeirlər yazdım sənə hər gecə.. Bütün sevgimi, hisslərimi, dərdimi şeirlərimdə əks etdirdim.. Görəsən niyə bu qədər məni çox sevən var ikən indi məni heç ağlına belə gətirməyən birini hələ də düşünürəm? Bəlkə də yenə sevirəm.. Bilmirəm.. Heç nə bilmirəm.. Sadəcə onu bilirəm ki, nə vaxt dönsən, necə dönsən səni qəbul edərəm..

Sevgi bu olsa gərək……..

meymunka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    SHIRINIM CHOX SAGOL OTLICHNAYA NOVOST

  2. meymunka dedi ki:

    IzYuMinKa,
    MILAQROS,
    esmeralda,sposibo i vam

  3. VeFaSiz_Giz dedi ki:

    meymunka,

    spasibo cana

  4. meymunka dedi ki:

    da nezashto!

  5. SuZaN dedi ki:
    Senincun Gulusem, Arzuyam, Gulem…
    Dadli Bir Royayam, Seadetem Men…
    Senincun Xeyalam, Serem, Negmeyem…
    Senincun Vefayam, Sedaqetem Men…
  6. emrah dedi ki:

    meni kovreltdi coooooooooooooox pis oldum goresen men istediyimden ayrilsam ne olacaq bu suali hemise ozume verirem onnan ayrilsam bunu ozume bagislamaram ne ise xebere gore tessekkurler

    butun sevib sevilenlere salamlar

    sadece onu bilirem ki ne vaxt donsen nece donsen seni yene qebul ederem mence bu sozlerden heqiqten sevgi qoxusu gelir esl seven oz istediyini her cur seraitde bagislamalidir

  7. emrah dedi ki:

    TSK XEBERE GORE