Dünyanın lüks həbsxanaları

alt

Həbsaxana deyərkən ilk olaraq bir çoxlarının ağlına dörd divar arasında, pis qoxulu və qaranlıq bir gəlir. Amma bunu bütün həbsxalara aid etmək olmaz.

Lüks həbsxanalar sırasında beşinci yeri Kaliforniyanın Santa Ana həbsxanası tutur. Bu həbsxanaya düşə bilmək üçün isə müəyyən tələblər qoyulub. Birinci şərt odur ki, törədilən cinayət hücum xarakterli olmamalıdır. İkinci şərt isə sırf maddi imkanla bağlıdır, çünki bu həbsxanada qalmaq üçün bir gecəlik 75-127 dollar ödəmək lazımdı. Bu pulun müqabilində kameranız təmizlənir və yaşamaq üçün sizə mümkün qədər ən yaxşı şərtlər təmin edilir. Bu həbsxanada notbuk və iPod kimi şəxsi əşyalarınızı da kameranıza apara bilərsiz.

4-cü yerdə isə Otaqo İslah Müəssisəsi dayanır. 218 milyon dollara inşa olunan həbsxanada istilik sistemi, kitabxana, LCD televizorlar, idman zalı da var. Həbsxana ümumilikdə 335 məhbus üçün nəzərdə tutulub.

Norveçin Halden Həbsxanası isə kabusa bənzəməli olan həbs həyatınızı əsl yuxuya çevirə bilər. Burada səs studiyası, idman zalları, iki otaqlı kameralar mövcuddur. Hətta kameralarda qonaqlar üçün də bütün rahatlıqlar nəzərə alınıb. Televizor. Kiçik soyuducular, yüksək səviyyədə işıqlandırılma, ən yeni kitablardan ibarət kitabxana, rahat oturacaqlarla təmin edilən bu həbsxanada 252 məhkum saxlanıla bilər.

İkinci yerdə isə Avstriyanın Leoben şəhərində inşa olunan beş ulduzlu Leoben Ədalət Mərkəzi qərarlaşıb. Gimnastika salonu, möhtəşəm mebellər, şəxsi televizor və bir çox V.I.P xidmətlərlə təchiz olunan həbsxana daha çox oteli xatırladır.

İndiyə qədər ən lüks kamera nüfuzlu mafia lideri El Kaponenin saxlanıldığı həbsxananın kamerası hesab olunur. Vizit kartında “İkinci əl mebel satıcısı” kimi göstərilən Kapone rəqabətdə olduğu mafioz qruplaşmanın yeddi üzvünü öldürdüyü “Sevgililər günü qətliyamı” ilə yaddaşlarda qalıb. Bir çox cinayətlərdə adının hallanmasına baxmayaraq onu yalnız 1931-ci ildə “vergidən yayınma” cinayətində təqsirli bilərək həbs etmək mümkün olmuşdu. Alkatraz həbsxanasında saxlanılan məşhur mafiozun həbsxana həyatı cəhənnəmə çevirilmişdi. Onun daha öncə, 1929-cu ildə “qanunsuz silah saxlama” cinayətinə görə həbsdə saxlanıldığı “Eastern State Penitentiary” həbsxanasındakı kamerası isə hələ də ən lüks kamera hesab olunur. Divarları uçulub-dağılan kamera o qədər zövqlə dekorasiya edilib ki, yoxsulluq və zənginlik arasında müdhiş bir görüntü ortaya çıxıb.

Leonel-207

Şərhlər:

  1. morgan dedi ki:
    bura hebsxanadir yaa oteeel
    ozude fikir verirsiniz deyir ki mehbuslar ucun filan sheyler nezerde tutulub
    lap otel reklamina benzedi
  2. BMW_001 dedi ki:

    MARAQLIDI

    BU DAHA HEPISXANA OLMADIKI

  3. Cristi dedi ki:

    tewekkurler qaqaw

  4. N_I_C_L_E dedi ki:

    ALLAH hec kimin yerini hebsxanalardan salmasin ama men qinayir ele yerlerin olmasini..onlar axi cinayet toredibler niye rahat yashamalidirlar…ne sie…xebere gore coox sag olun

  5. Administrator dedi ki:

    ♥♥(Ї`ґ•.ё _______ღ♥♥ღ________ ё.•ґґЇ)♥♥
    ♥♥—==-♥♥°° ——ForGenc.Net —— °°♥♥
    ♥♥(_ё.•ґґЇЇЇЇЇЇЇღ♥♥ღЇЇЇЇЇЇЇЇ `ґ•.ё_)♥♥
    ———————-
    Eziyyete hormet TWK

    ♥♥(Ї`ґ•.ё _______ღ♥♥ღ________ ё.•ґґЇ)♥♥
    ♥♥—==-♥♥°° ——ForGenc.Net —— °°♥♥
    ♥♥(_ё.•ґґЇЇЇЇЇЇЇღ♥♥ღЇЇЇЇЇЇЇЇ `ґ•.ё_)♥♥
    ———————-
    Eziyyete hormet TWK

  6. Leonel-207 dedi ki:
    rey yazan her kese tewekkurler…
  7. New_Moon dedi ki:

    Hepisxana Hepisxanadi Isdeyirsense Lukc Hotel Olsun Inwallah Heckimin Yolu Ora Duwmez Sagol

  8. ...::EMERALD::... dedi ki:

    ORDA OLMAQ ISTEMEZDIM

  9. Ayselka dedi ki:

    day o ne hebsxana olduki hami ora qacarki

  10. DaRk_AnGeL dedi ki:

    hebsxana ki bele oldu onda gerek istirahet yerleri deyiwilsin

  11. ADMIRAL-711 dedi ki:

    cox sag ol xebere gore.maraqlidir.bele hebsxanada hansi cinayetkar qalmaq istemez ki.

  12. BEAUTIFUL_LIFE dedi ki:

    eh ne qeder gozel olur olsun hebsxanada olmaqdan pis wey ola bilmez lap isteyir 5 ulduzlu otel olsun.ama bu duz deyil.adami hebsxanaya salirlar ki ,agili bawina gelsin bu cur yerde qalan oz pis emelinden geri doner hec? nono

  13. RED DEVIL dedi ki:

    COX SAGOL,MARAQLIYDI