Mənalı Sözlər




Mənalı Sözlər




1. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək – yarımçıq qələbədir!

2. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!

3. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!

4. Bəladan qaçmağa gecikənde onu qarşılamağa tələsməliyik!

5. İgid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır!

6. Sevgi gözləmədiyin anda yaranan hisslerdəndir…

7. Gecə ulduzlara ve qadınlara parıltı verir.

8. Qadın su kimidir, şəffafdır amma axdığı yerin formasını alır.

9. Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.

10. Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır.

11. Başqalarının xasiyyətini öz xasiyyətinə görə müqayisə etmə, o zaman həmin insanlara qarşı nifrətdən başqa heç nə tapmayacaqsan.

12. Əsəbləşdiyiniz zaman su için, sakit olmasanız, oturun, yenə kömək etməsə, uzanın.

13. Dünyanı gəzmək və kamilləşməmək, hamamdan yuyunmadan çıxmaq ilə eynidir.

14. Qəlbdən gələn sözlər qəlbə çatar, dildən gələnlər isə qulaqdan o tərəfə kecməz.

15.Əgər bu gün özünə lazımsız bir əşya alırsansa, sabah özünə lazımlı bir əşyanı satmalı olacaqsan.

16.Qadın pişik kimidi, kişi isə it kimi. İt hürməyinə baxmayaraq əmrə tabe olur, pişik xumarlansa da heç bir əmrə tabe olmur.

17.Səbri olan yarpaqdan ipək düzəltməyi və çiçəkdən bal çıxarmağı bacarar.

18. Əgər istedad illər keçdikcə təkmilləşirsş, deməli o əsl sınaqdan çıxmışdır, o həqii və böyükdür; əgər ehtiras və həyat eşqinin çoxluğundan parlayırsa, onda əhəmiyyətsiz və aldadıcıdır.

19. Daxilən biz hamıdan seçilməli, zahirən isə adamlarla eyni olmalıyıq.

20. İnsan öz hüququndan çox öz marağı üçün savaşır.

esmeralda

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    17.Səbri olan yarpaqdan ipək dьzəltməyi və зiзəkdən bal зıxarmağı bacarar.
    19. Daxilən biz hamıdan seзilməli, zahirən isə adamlarla eyni olmalıyıq.

    THANKSSS KLEVIE SLOVAA thank_you

  2. VeFaSiz_Giz dedi ki:

    super spasibo