Maldiv adalarinda yay gəzintisi


alt

Ümumi məlumat-Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır. Görməli yerləri Tropik iqlimi olan adada hava musson yağışlarının təsiri ilə noyabrdan martadək quru, iyundan avqustadək isə yağışlı keçir. İlboyu isti hava hökm sürür. Havanın temperaturu +25-30, suyun temperaturu isə +25-33 dərəcə arasında dəyişir. Maldiv Respublikası əsrarəngiz sualtı dünyası ilə məşhurdur. Sualtı gözəllikləri buradan başqa heç bir yerdə görə bilməzsiniz. Maldiv akvalanqçılar üçün əsl “Məkkə” adlandırılır. Üzməyi bacaran turistlər ekzotik dəniz cəngəlliyinə səyahət edib, müxtəlif növ ekvatorial canlı heyvanları, rif köpək balığı, ilanbalığı, durnabalığı, nəhəng su tısbağası, səkkizayaqlı ilbizi yaxından görə bilərlər. Ən əsası canlı sualtı dünyanı görmək üçün heç yerə getmək lazım deyil. Qaldığınız otellərin ətrafında hər cür şərait var. Balıq tutmağı sevənlər üçün Maldiv əsl cənnətməkandır. Maldiv adalarının hər birində İslam incəsənətinin nümunələrini görmək mümkündür. Asiyada ən məşhur və böyük məscidlərdən biri paytaxt Maledə yerləşir. Sultan sarayına, Mərkəzi məscidə, balıq və suvenir bazarlarına tez-tez səyahətlər təşkil edilir. Mətbəx Maldiv xörəkləri ərəb və hind mətbəxinin qarışığından ibarətdir. Milli mətbəxdə dəniz məhsulları, düyü, ədvalar və acı souslardan geniş istifadə olunur. Ən sevimli yeməkləri tunes (iri yırtıcı balıq) və düyüdən hazırlanır. Maldivlər tunes balığı ilə olan yeməkləri kokos və istiotdan hazırlanmış sousla süfrəyə verməyi çox sevirlər. Hisə verilmiş balıq “xikimas”, balıqdan hazırlanmış piroq “kuli borkiba”, kokos və soğan “badciya”, milli balıq şorbası düyü ilə “qarudiya”, tunes balığı və kokosdan hazırlanmış kotlet “qulu”, balıq paşteti “rihaukuru”, istiot və sarımsaqlı qızartma balıq “teluli mae” və s. kimi milli xörəklərin də dadına baxa bilərsiniz. Toyuq və mal ətindən bayramlarda xüsusi yeməkləri hazırlamaq üçün istifadə edirlər. Maldivlər düyünü kokos və süddə, müxtəlif tərəvəzlərlə, dəniz və çörək ağacının məhsulları, banan, manqo, qabaq və şirin kartofla hazırlayırlar. Ən məşhur içkiləri südlü çay və ərəb üsulu ilə hazırlanmış qəhvədir. Qara çaydan çox az istifadə edirlər. Günəşin isti şüaları altında sərinləmək üçün müxtəlif meyvələrdən, şirin palma və palma südündən hazırlanmış şirə və yerli şirin süd “kiru sarbat” içə bilərsiniz.

Azeri_Boy

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    redakte ederken oxudum…bilmediklerimi oyrendim…cox sag ol eziyyete gore…ilk xeberinde axarinci olsun… welcome
  2. _Cinbala_ dedi ki:

    applause cox sagol xebere gore………

  3. Administrator dedi ki:

    Men Burani Lap Yaxindan Gormusem Men Bura Kecen Il Getmishdim!!!
    ——————————
    eziyyet hormet TWK

  4. ADMIRAL-711 dedi ki:

    imkanin ola gedib 10-15 gun dincelesen=)).cox sag ol melumat ucun.

  5. ...::EMERALD::... dedi ki:

    ALLAH HAMİYA BURDA DİNCƏLMƏYİ QİSMET ELESİN

  6. BEAUTIFUL_LIFE dedi ki:

    …::EMERALD::…,
    amin super yerdi twkler

  7. baby_xranitel dedi ki:

    aparan olsaydi gederdim laugh1

  8. New_Moon dedi ki:

    Sagolun Ela Yerdi Pul Olsaydi Gederdik

  9. N_I_C_L_E dedi ki:

    ehhhhh ele getmek isterdim ki ora.arzularimnan biridi…Allah her kese orada istirahet etmeyi nesib etsin..INSHALLAh

  10. Cristi dedi ki:

    cox sagol dostik

  11. BMW_001 dedi ki:

    COX SAOL CANIM

  12. RED DEVIL dedi ki:

    COX SAGOL,MARAQLI MELUMAT IDI