Səninlə olmağın ən gözəl anı….


Səninlə olmağın ən gözəl anı….

 Səninlə olmanın ən xoşbəxt anı nə bilirsənmi?

 Əlin əlimə dəymədən ovuclarımı tərlədən istiliyini taa içimdə hiss etmək.

 Səninlə olmanın ən pis anı nə bilirsənmi?
”Səni sevirəm” sözcüyü dilimin ucunu dişləyərkən hər danışmamızda boş yerə saatlarla havadan sudan danışmaq.

 Səninlə olmanın ən həyəcanlı anı nə bilirsənmi?
Eyni şeyləri səninlə eyni anda düşünmək birlikdə ağlamaq gülmək. Burdaykən belə sənin üçün dəlicə darıxmaq…

 Səninlə olmanın ən acı,ən ağrılı anı nə bilirsənmi?

Səni heç tanımadığım bir çox insanlarla paylaşmaq. Sənin yanında olan, səninlə danışan hər kəsi uşaq kimi qısqanmaq.

 Səninlə olmanın ən xoşbəxt anı nə bilirsənmi?
Tanış bəziləriylə qarşılaşma narahatlığı ilə yollarda getmək yan-yana… Əlimdəki çətirə baxmayaraq yağışda dəlicəsinə islanmaq. Əlimdə çiçəklə səni gözləmək… Eyni məkanlarda eyni yeməkləri yemək.

 Səninlə olmanın ən romantik anı nə bilirsənmi?
Sənsiz gecələrdə sənə söyləyə bilmədiklərimi ulduzlara aya izah etmək… Oxuduğum kitabın səhifələrində dinlədiyim mahnıların , şeirlərin hər misrasında səni tapmaq.

 Səninlə olmanın ən çətin anı nə bilirsənmi?
Səni itirmə qorxusuyla həyatda ilk dəfə daddığım o tərifsiz duyğularımı ümid dənizinin ortasında kürəksiz bir qayığa həbs etmək. Sevimli yerinə illərcə dost qalmağı bacarmaq. Ayaqyalın getmək bıçaqın ən iti yerində. Qanadıqca duz yerinə gözyaşlarımı basmaq ürəyimə.

 SəninSiz olmaq nə bilirsənmi?
Haradan biləcəksən?((((

 Sən mənimlə heç olmadın ki. Olsaydın ovuclarım tərləməzdi… Dişləməzdim dilimin ucunu… Darıxmazdım səni yanımdaykən. Qısqanmazdım.

 Qorxmazdım yollarda getməkdən. İslanmazdım yağışlarda… Ulduzlara aya dərd yanmaz, belə hər mahnıda belə üzgün olmazdım.

 Qorxmazdım səni itirməkdən ayaqlarım qan rəvan atlardım qayıqdan dənizə… Və seni nə qədər çox SEVDİYİMİ qışqırardım……. Ex Həyat…

 Amma sən heç mənimlə olmadın ki…
YA AĞLIN BAŞQA YERLƏRDƏ İDİ YA ÜRƏYİN…

Həyatımdan ötüb keçən bir nəfərə….

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. meymunka dedi ki:

    Amma sən heз mənimlə olmadın ki…
    YA AĞLIN BAŞQA YERLƏRDƏ İDİ YA ЬRƏYİN…cox sag olun cox tesir edici ve insan heyatinda ola bilecek acinacaqli heqiqetdir!muelife teshekkurler!

  2. IzYuMinKa dedi ki:

    Amma sən heз mənimlə olmadın ki…
    YA AĞLIN BAŞQA YERLƏRDƏ İDİ YA ЬRƏYİN…

    dostik spasibki ocen troqatelnie slova..INSHALLAH NAYDESH SVOYU POLOVINKU DOSTOYNOY TVOEY LYUBKII.

  3. Maripoza dedi ki:

    Allah komeyin olsun,sevgini qiymetlendirmeyi bacarmayan biri uchun chalish bu qeder ozune ezab verme,chetindir bilirem,sevmisen,amma chalish!Ugurlar sene.Xebere gore de teshekkurler

  4. VeFaSiz_Giz dedi ki:

    Admin,


    spasibki po4itayu obyazatelno smile

  5. meymunka dedi ki:

    Admin,
    Я такая, как есть, я не буду другой,
    Я такая, как есть, и останусь такой.
    Я наивна бываю, бываю – вредна,
    Но, такая, как есть, я на свете одна.

  6. Best my life dedi ki:

    NECE TESİRLİ SOZLERDİ COX SAGOL ADMİN TESEKKURLER

  7. BLACK STAR dedi ki:

    cox saol….exx.)))