Gün Yüzlüm
Nə gözəl şeydir səni xatırlamaq,
Qulaq as mənə gün yüzlüm
Gözlərimə bax…
Bəzən düşünərəm də nələr nələr çəkdik.
Dəryaları yuxuda,
Ulduzları suda itirdik.
Alınlarımızda tər
Gözlərimizdə ümid
Ömürümüzün yarısını xəyal qurmaqla keçirdik
Olmasaydı kaş ki bu sinəmizdəki darlıq
Önümüzdə qaranlıq, ardımızda qaranlıq
Ağlama gün yüzlüm, ağlama
Biz ağlamaya alışmadıq.
Necə qanlı güllər açdı bir səhərə qarşı
Necə hər şey birdən dəyişdi,
Ayrılıq nitqləri atıldı hər addım başı
Halbuki biz,
Xoşbəxtlik üçün tutmuşduq əllərimizi,
Sonuna qədər deyə etmişdik andlarımızı
Hamı/həmişə gözəl günlər düşündük.
Kimlər boğdu ki bizim gəncliyimizi,
Güllə səpdilər sanki göylərə
Yağış olub yağdı bənövşələrimizin üstünə
Azmı cəfa çəkdik azmı döyüşdük
Niyə belə oldu, hansı küləyə qarışdıq.
Ürəyimizdə bir ovuc su bir dilim çörək
Uzaq bir xatirə oldu artıq gülmək
Kədərlənmə gün yüzlüm, kədərlənmə,
Yolçu yolunda gərək.
İliklərimizə qədər palçıq ilə suvandıq.
Aydın olmaz səbəblərlə kəsildi daim yolumuz
Harada o qış gecələri, harada o xoşbəxt, yoxsulluğumuz.
Mahnıları harada, eşqi harada yaşadıq.
Harada söndü işığımız
Hanı harada o təvazökar süfrəmiz.
Ananızın bizə verdiyi,
Uşaq şəkilli təmiz süfrələr
Limonlu bol bibərli şorbamız.
Yeməyimizi belə yarım buraxdıq
Yaxşı indi harada evimiz,
Harada səadətimiz.
Harada hər axşamkı öskürəyi qonşumuzun,
O riyakar o çirkli üzü müştərək dostumuzun
Sən hardasan gün yüzlüm.
Hardasan.
Hansı işıqlığın içindəsən
Üstündə yenə o ağ paltarın
Eynilə xəyalimdə buraxdığım kimisən
Qulağında köhnə bir mahnı səsi,
Sanki məni eşitmək üçün yüngülcə əyilmisən
Mən kimi hüznlü, mən kimi düşüncəlisən.
O qısa saçların,
Laksız barmaqlarınla
Məktəbli bir qıza bənzəmisən.
Doğrusu həm çox sevmiş, həm də çox sevilmisən.
Mənə yaxın dayan gün yüzlüm, mənə yaxın dayan.
Gözlərindən bəlli
Səndə mənim ücün darıxmısan.
Yenilənib:
THANKSS DOSTIKKKK SUPERRR…KLEVIE SLOVAAA
IzYuMinKa,
not at all
4e ti segodnya takoy to ………wu4u bud vsegda takim
Da net ya vseqda takoy ti ewo menya ne znaew .Prosto mne ocen nravitsya novosti po teme lyubov.Vit ni kto bez lyubvi ne mojet jit.Ya druqix ne znayu a ya bes lyubvi ne moqu jit
naverno ne znayu
I mne nravyatsya novosti po teme lyubov
A ya jivu
Lyubi i bud lyubimim vsegda
vefasiz_giz,
pasibki ti toje jelayu tebe more lyubvi .But wastlivaya.
spasibo
sposiboki dostik!!!
oooooooo,meni romantik dostikim,weirini oxudum,darixdim senincun.super weir idi.twk
Admin,
pasibo SLADENKIY
СУПЕР))) СПАСИБО ДРУГ)))
twkler ustunde eziyyet cekenlere
twk