Azərbaycanın ilk təyyarəçisi

alt

Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov Azərbaycanın ilk təyyarəçisi kim olub? «Azadlıq» radiosunun «İz» proqramında bu dəfə «Düşmənin öydüyü qəhrəman» adlandırdığımız radio dastanın qəhrəmanı elə əsl qəhrəmandır. Söhbət Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovdan gedir.

Siz onu tanıyırsınızmı? Azərbaycan Ordusunun 91 illiyini qeyd etdiyimiz günlərdə Fərrux ağanı yaxından tanımağa dəyər. FƏRRUX AĞA DA ŞÖHRƏTLİ QAYIBOVLAR NƏSLİNDƏN İDİ Araşdırıcı jurnalist Şəmistan Nəzirlinin sözlərinə görə, Qayıbovların şəcərəsi XV əsrə gedib çıxır. Şair Molla Vəli Vidadi də Qayıbovlardandır. Çar ordusunda «Artilerya allahı» sayılan Əliağa Şıxlinskinin də onlara qohumluğu çatır. Onun sevimli həyat yoldaşı ilk hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskayanın qızlıq soyadı da Qayıbova idi. Daha bir Qayıbov – İsmət Qayıbov da, nə yazıq ki, 1991-ci ildə göylərdə qeyb oldu. Dediyim odur ki, Fərrux ağa adını çəkdiyim və çəkmədiyim adamları yetirən hörmətli bir nəslinin davamçısıydı… ATA DA OĞLU KİMİ BU DÜNYADAN TEZ KÖÇÜR… Fərrux ağa 1891-ci il oktyabrın 2-də, elə soyadı qədər şöhrətli bir kənddə doğulmuşdu – Qazax qəzasının Qıraq Salahlı kəndində. Atası Məmmədkərim ağa da hərbçi idi, praporşikdi, əla xidmətə görə «Müqəddəs Stanislav» ordeni də almışdı. Atanın taleyi də oğluna bənzəyir. Cavankən dünyadan köçür. Fərrux ağaya əmisi, dövrünün maarifpərvər şəxsiyyətlərindən olan Səməd ağa baxası olur. Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır. Birinci Dünya Müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir… Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur… ALMANLAR İLK ŞAHİNİMİZİ ŞƏRƏFLƏ DƏFN EDİRLƏRDüşmən olanda nə olar? Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar…

Azeri_Boy

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    redakte edende oxudum…cox sag ol bele wexsiyyetleri xatirlatdigin ucun…oz kecmiwimizi bilmeyimiz vacibdir…cox efsus ki,bu cur qehramanimiz gor ne ugrunda helak olubdur Car Rusiyasi ugrunda…buda bir terefden faciemizdir(((…
  2. N_I_C_L_E dedi ki:

    bele qehramanimiz oldugu ucn fexr etmeliyik….bele qehramanlarimiz o qederdiki….onlar bizim kecmishimiz ve geleceyimizdir…..xebere gore cox sagol

  3. BEAUTIFUL_LIFE dedi ki:

    indiki dovurde ble qehremanlari hec xatirlayan da yoxdu.yaxwiki sen bize xatirlatdin twkler

  4. BMW_001 dedi ki:

    COX TESEKKUR EDIREM BUNU BILMIRDIM MUELLIFE TESEKKUR

  5. RED DEVIL dedi ki:

    COX SAGOL,MARAQLIYDI

  6. TORANLIQ dedi ki:

    tesekkurr

    tesekkurr