İnsanın ona aidiyyatı olmayan məsələlərlə maraqlanması

alt

Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Müsəlmanın ən gözəl xüsusiyyətlərindən biri də ona aid olmayan məsələlərlə maraqlanmamasıdır.”

Aidiyyatı olmayan işləri bilməyə olan həvəsin başlıca vasitələri şübhəsiz ki, insanın dili, gözləri, əl və ayaqlarıdır.

İbn Qeyyim (Allah ona rəhmət etsin) buyurmuşdur: “Qəlbi sevindirən məsələlərdən biri də insanın lazımsız söz danışmağı və dinləməyi,  lazımsız baxışları, insanlarla həddən çox ünsiyyəti tərk etməyidir. Bütün bu şeylər qəlbin ağrılar içində qovrulmağına, narahatlığına və onun darısqallaşmağına gətirirərək əziyyət verir. Əlavə olaraq, həmin kəsin Axirət aqibəti də yaxşılardan olmayacaqdır”.

Elə bu səbəbdən, müsəlman nəfsinə uyub bir söz söyləməmişdən, marağını susdurmaq üçün birinə sual verməmişdən əvvəl öz-özündən bunun Axirət Günü ona nə verəcəyini, həqiqətən zəruri olub-olmadığını soruşmalıdır. Unutmamalıdır ki, ağzından çıxan hər bir sözün hesabı Qiyamət Günü onu gözləyir. Axı uca Allah buyurmuşdur: “Dediyi elə bir söz yoxdur ki,  (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.” (Quran, Qaf, 18)

 Əbu Bəkr (Allah ondan razı olsun) dilini tutaraq deyərdi :”Məni bax, bu həlak etdi”.

Ömər əl-Xəttab (Allah ondan razı olsun) demişdir:”Çox danışanın səhvi də çoxalır. Səhvi çoxalanın günahı artır. Günahı artanın mükafatı isə yalnız oddur”.

Bəzən insanların həddi aşaraq, marağına uyub başqalarının şəxsi məsələlərinə dair suallar verdiyinin şahidi olmaq mümkündür. Bu, ədəbsizliyin zahiri təcəssümü olmaqla yanaşı,  qarşındakı insanı da pis vəziyyətdə qoyur, onu bəlkə də istəmədiyi məsələlər barədə danışmağa sövq edir. Beləliklə də yersiz sualları ilə qardaşına  əziyyət vermiş olur. Halbuki Allah Rəsulu(Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Əgər sizdən biriniz danışacaqsa, ya xeyir danışsın, ya da sussun”. Buxari, Müslim.

Həmçinin Ömər (Allah ondan razı olsun) demişdir:”Sənə aid olmayan mübahisədən uzaqlaş və sənə dəxli olmayan söz barədə soruşmağı tərk et.”

Leonel-207

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    Cox sagol Leo Allah razi olsun cox maraqli meslehetverici xeber idi elelrine saglik

  2. Leonel-207 dedi ki:

    OXUYUB rey yazan elleriniz agrimasin.

  3. morgan dedi ki:

    ADMIRAL-711,
    duzdur

  4. ADMIRAL-711 dedi ki:

    xebere gore cox sag ol.caliwaq hec kimin wexsi iwine qariwmayaq ve hec kimin fikrine mudaxile etmeyek eyni zamanda cox daniwib bezdirmeyek insanlari cunki bunlarin hamisinin cavabini vermeli olacayiq.

  5. N_I_C_L_E dedi ki:

    Зox danışanın səhvi də зoxalır. Səhvi зoxalanın gьnahı artır. Gьnahı artanın mьkafatı isə yalnız oddur”.
    Menim de xoshum gelmir kiminse shexsi heyatina mudaxile edende maraqlananda…her kesin oz shexsi heyati var…hec kime bashqa bir insanin heyati maraqli olmamalidir.yeni hec kime dexli yoxduu..
    Xebere gore coox sag ol

  6. MiKoLaDka dedi ki:

    bilirdim bunu yenede twk

  7. gulshan dedi ki:

    охудум эла . чох саг ол

  8. New_Moon dedi ki:

    Allah Razi Olsun Minnetdaram

  9. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIQ

  10. morgan dedi ki:
    suppa …
    zehlem o insandsan gedir ki adama yari yoldan saxlayib deyir ee bala gedirdin bele
    en cox da qocalar maraqdan olur eee
    tanish bilish balam hardan gelirsen bele
    eshshi sene ne var men hardan gelirem hara gedirem
  11. DaRk_AnGeL dedi ki:

    Allah razi olsun

  12. _Cinbala_ dedi ki:

    Allah razi olsun

  13. Cristi dedi ki:
    Allah razi olsun
  14. МиниК_Сердце dedi ki:

    Allah razi olsun applause