YAYIN ƏSAS DƏBLƏRİ

alt

Yayın gəlişi hər dəfə özü ilə yeni yay dəblərini gətirir. Şübhəsiz ki, bu rənglərin içərisində dəniz rəngi-mavi, göy, firuzəyi və ağ köpüklü brendlər xüsusi yer tutur. Bir şox dizaynerlər geyim kolleksiyalarında əsasən dəniz rəngli geyimlərə yer ayırır. Çünki dəniz rəngli geyimlər gün şüalarını yaxşı dəf edir, bədəni istidən qoruyur və daima sərin saxlayır.

Əsas yay mövsümünün brendi göz oxşayan dəb rəngi mavi-dəniz boyalı parçalar sayılır. Bu sırada ipək, şifon parçalar xüsusi yer tutur. Mavi rəng təkcə çimərlik rəngi deyil, eyni zamanda ofisdə, şəhərdə, müxtəlif ziyafətlərdə də əsas yay geyimi hesab olunur.

Mavi, göy və firuzəyi rənglər dəniz qədər sakit, sərin və göz oxşayandır. Belə geyimlərin də xüsusi aksesuarları var. Ən tanınmış dizaynerlər belə geyimlərə hər dəfə öz naxışlarını, professional dəsti-xəttini, imzasını atmaqla özlərini dəb tarixinə salıb, yazmış olurlar.

Məsələn, mavi-dəniz rəngli geyimlərə xırda ləpəli, dalğavari, ağ köpükləri xatırladan naxışları, oborkaları, tikmələri vurmaqla, bu brendi xüsusi qiymətə mindirirlər. Başqa dizayner-modelyerlər isə belə geyimlərlə dar koftaları geyinməyi məsləhət görür. Donları beldən aşağı enli, şox uzun və ya çox qısa olmasını vurğulayır. Bütün bunlar bədənin sərin saxlanmasına kömək edir.

Aksesuarlara gəlincə isə, bu trendlərə gündən qorunmaq üşün beysbolkalar, ipək şərflər, balıq pulcuqlarını xatırladan qayışlar, kəmərlər məsləhət görülür.

Baş və ayaq geyimlərində isə əsas yeri yüngül şlyapa və basanojkalara verilir. Beləcə yay mövsümü gəldikdə, əsas yeri dəniz rənginə- mavi geyimlərə üstünlük verməyiniz məsləhətdir.

Ömrünüz, yayınız sərin keçsin!

...::EMERALD::...

Şərhlər:

  1. BMW_001 dedi ki:

    SUPER BEYENDIM XEBERE GORE TWK EDIREM SEKILLERIDE YUKLEDIM

  2. DaRk_AnGeL dedi ki:

    tewekkurler xebere gore

  3. gulshan dedi ki:

    чох саг ол. applause

  4. _Cinbala_ dedi ki:

    melumatlara gore twk

  5. MiKoLaDka dedi ki:

    men hec vaxt debnen geyinmemiwem gor men debnen geyinsem ne gunde olaram twk xebere gore

  6. N_I_C_L_E dedi ki:

    men hec vaxt deble geyinmirem..mene eger bu il debde olan reng yarashmirsa niye o rengden istifade etmeliyem..esas odu yarashsin.debin ve ya rengin hec bir dexli yoxdu…Xebere gore coox sag ol