HAQQ YOLU


Həzrəti Mühəmməd Peyğəmbərimiz “Hər zaman olduğu kimi Səmi’allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayil Əleyhissəlam peyda olub qanadı ilə kürəyimdən basıb, başı ilə başınmı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm” – buyurdu

Bir gün sübh namazı vaxtı Həzrət Əli məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbər Həzrətlərini rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli camaata qoşulub namaz qılır.
Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar: “Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?”
Həzrəti Mühəmməd Peyğəmbərimiz “Hər zaman olduğu kimi Səmi’allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayil Əleyhissəlam peyda olub qanadı ilə kürəyimdən basıb, başı ilə başınmı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm” – buyurdu.
O an Allah Təala Cəbrayıl Əleyhissəlama əmr edir ki, “Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın.”
O saat Hz.Cəbrayıl Həbibullahın hüzuruna gəlib, xəbər verdi ki, “Ya Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rukudan qalxsın. Mənim qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə çatsın. Mən də gəldim, Sultanımı rukuda tutdum, Əli gəldi. Allah Təala məni sizi rukuda tutmağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət.”

aznetin_gozeli

Şərhlər:

  1. meymunka dedi ki:

    mne ocen ponravilos cesno!otlicno :aznetin_gozeli clapping

  2. Admin dedi ki:

    aznetin_gozeli ,
    Coxxx sag olun bele xeberiniz uzun guman edirik axirinci yox axarinci olar

  3. aznetin_gozeli dedi ki:

    munasibet bildiren her bir kese tesekkurler!

  4. MILAQROS dedi ki:

    aznetin_gozeli,
    twkler

  5. Бакинка dedi ki:

    coox saq ol elaaaaaaa!

  6. fanya_ya dedi ki:

    Superdi chox saq ol

  7. ASKO dedi ki:

    twk coxx gozldi ALLAH razi olun

  8. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…