Tarixde bu gun…26 iyul…

alt

1789. Sərkərdə Abbas Mirzə Qacar anadan olub

1847. Afrika koloniyaları arasında ilk dəfə Liberiya müstəqilliyini elan edib

1891. Fransa Haitini işğal edib

1938. “Şərq qadını” jurnalının redaktoru, Azərbaycan Xalq Maarif Komissarlığı kütləvi mədəni – maarif işlər şöbəsinin rəhbəri Gülarə Qədirbəyova antisovet təbliğatda ittiham olunaraq həbs edilib. Gülarə xanımın sonrakı taleyi məlum deyil

1951. Türkiyədə neft tapılıb

1952. Misir kralı Faruk taxtdan salınır və yerinə onun 7 aylıq oğlu Fuad keçir

1953. Kubada inqilabi hərəkat başlayıb. İnqilab lideri Fidel Kastro həbs edilib

1956. Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalının milliləşdirilməsi haqqında qərar verib

1957. SSRİ ilk dəfə qitələrarası ballistik raketi sınaqdan çıxarıb

1963. Yuqoslaviyada zəlzələ nəticəsində 1100 nəfər həlak olub, 100 000 insan evsiz eşiksiz qalıb

1994. Boris Yeltsin rus qoşununun Estoniyadan çıxarılması haqqında qərarı ratifikasiya edib. Digər bir qərarla hər iki ölkənin sərhədləri qarşılıqlı olaraq tanınıb

1994. Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş imzalanıb

1994. Ermənistan və Azərbaycanın müdafiə nazirləri atəşkəs rejiminə əməl etmək barədə öhdəlik imzalayıblar

1995. Yazıçı İsmayıl Şıxlı vəfat edib

Günün aforizmi:

“Hökmünüzü verin. Bu hökmün heç bir əhəmiyyəti yoxdur. Tarix mənim haqlı olduğumu sübut edəcək”.

Kastronun məhkəmədə son sözü

Leonel-207

Şərhlər:

  1. Cristi dedi ki:

    cox sagol qaqaw. davamini gozleyirik

  2. ADMIRAL-711 dedi ki:

    cox sag ol xalaoglu=)).

  3. BEAUTIFUL_LIFE dedi ki:

    Yuqoslaviyada zəlzələ nəticəsində 1100 nəfər həlak olub, 100 000 insan evsiz eşiksiz qalıb

    vah,vah lumped

  4. BMW_001 dedi ki:

    XEBERE GORE TWK MUELLIFE TESEKKUR yerivar

  5. morgan dedi ki:
    gunun aforzmi supppper
    yadimda bir iki shey qaldi her gun neqeder shey oyrenirem eee
  6. Leonel-207 dedi ki:
    rey yazan elleriniz var olsun…