Klavdiy Ptolemey

alt

Klavdiy Ptolemey – (yunancaΚλαύδιοςΠ&t au;ολεμαῖο&s igmaf;, Klaúdios Ptolemaíos, latınca Claudius Ptolomaeus) antik yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu.Ptolemey təxminən 100-cü ildə Misirin Ptolemey Hermi şəhərində anadan olmuş, 175-ci ildə İsgəndəriyyədə vəfat etmişdir. Ptolemey ellinizm dövrünün ən görkəmli şəxslərindən olmuşdur. Astronomiyanın tarixində uzun illər Hipparxdan Biruniyə qədər olan bir dövrdə onun tayı-bərabəri olmamışdır. O fərziyyələrə görə 127-151-ci illər arasında İsgəndəriyyədə çalışmış, orada astronomik müşahidələr aparmışdır. Kladius Ptolemeyin adı öz dövründə yaşamış tarixçilərin əsərlərində çəkilmir. Onu çox vaxt Ptolemey şahlarının sülaləsinə aid edirlər. Bu isə müasir tarixçilər tərəfindən səhv hesab edilir. Ptolemey dünyanın modelini yaratmağa cəhd etmişdir. Onun təsəvvürünə əsasən yer kürəsi dünyanın mərkəzində durur və bütün başqa göy cisimləri (ay, ulduzlar, planetlər) onun ətrafında fırlanırlar. Bunu astronomik cəhətdən təsdiq etmək üçün o bir çox göy cisminin trayektoriyasını hesablayaraq onları çevrə şəklində yerin ətrafında təsvir etmişdir. Ptolemeyin dünya modeli öz dəqiqliyinə görə Kopernikinkindən üstün idi. Kopernik də yer və göy cisimlərinin çevrə üzrə hərəkət etməsini qəbul edirdi. Yalnız Keplerin yerin ellips üzrə hərkət etməsini sübut edəndən sonra dünya haqqında düzgün təsəvvür yaranmağa başlamışdır. Riyaziyyatda Ptolemey elə də məşhur olmayan “Ptolemey teoremi” ilə tanınır. Onun bu teoreminə əsasən təpə nöqtələri çevrə üzərində yerləşən dördbucaqlının qarşı tərəflərinin cəmi onun diaqonallarının cəminə bərabərdir. Bu həm də tərsinə düzgündür. Bundan əlavə Ptolemey yerin xəritəsinin işlənməsi ilə məşğul olmuşdur. Ptolemey bilirdi ki, yer kürə şəklindədir. Ona gərə də, o yer kürəsini açaraq müstəviyə proyeksiya etmişdir. Başlanğıc meridian üçün o XIX əsrə qədər tətbiq olunan Ferro meredianından faydalanmışdır. Eninə uzunluğu isə bizə bu gün məlum olan ekvatordan hesablamışdır. Cənubda bir naməlum kontinentin olmasından da ilk dəfə Ptolemey bəhs etmişdir. Yer kürəsində yaşayan əhali haqqında onun verilənləri isə qeyri-dəqiq olmuşdur. Cünki, burada o informasiyanı başqalarından götürmüşdür. Yerin əhatə uzunluğunun hesablanmasında da Ptolemey səhvə yol vermişdir. Belə ki, bu qiyməti o 30000 km həddində olduğunu bildirir və bu rəqəm səhv olaraq bütün ədəbiyyatlara daxil olur.

Azeri_Boy

Şərhlər:

  1. Cristi dedi ki:

    maraqli xeber idi cox sagol dostik

  2. _Cinbala_ dedi ki:

    maraqli xebere gore twk

  3. BLACK STAR dedi ki:

    ehh men ondan cox billem ki..)))loooooooool…..xebere gore saol

  4. Leonel-207 dedi ki:

    cox sag ol oxumuwam…

  5. ADMIRAL-711 dedi ki:

    melumata gore cox sag ol.

  6. ...::EMERALD::... dedi ki:

    MARAQLIDI.SAG OL

  7. New_Moon dedi ki:

    Xebere Gore Sagol

  8. DaRk_AnGeL dedi ki:

    tewekkurler maraqli idi

  9. BEAUTIFUL_LIFE dedi ki:

    bele dahi de sehv edenden sonra………… xebere gore twk applause

  10. N_I_C_L_E dedi ki:

    Allah rehmet elesin cry cry daha bir shexsiyyet haqqinda bilmish olduq…xebere gore cooox sag ol..ama onunda coox sehvleri olub…bu zemanede yashasaydi eeehhhhhh dahilerin dahisi olardi…

  11. Angelocka dedi ki:
    Tewekkurler..Klavdiy Ptolmey haqqinda meulumatim variyid oxumuwudm..Minnetdram tekrar oxumuw oldumm