Ölü dəniz yox ola bilər

 

Ölü dəniz yox ola bilər. Bu iddia ilə Almaniyanın Darmştadte Texnoli Universitetinin (University of Technoloji in Darmstadt) alimləri çıxış edirlər. Universitetin alimləri apardıqları araşdırmalar sayəsində bu nəticəyə gəlmişlər ki, Ölü dənizin suyunun səviyyəsi getdikcə azalmaqdadır və proses bu templə davam edərsə yaxın bir vaxtda Yer kürəsinin ən duzlu su ehtiyatı yığını olan Ölü dəniz yox olma təhlükəsi ilə üz-üzə qala bilər. Bu barədə – regionun ekoloji problemi haqqında məlumat “Springer” nəşriyyatının “Naturwissenchaften” jurnalında dərc edilmişdir. Mütəxəssislər yaxınlaşan ekoloji qəzanın səbəbini qlobal istiləşmədə deyil, Ölü dənizin resurslarının qeyri-düzgün istifadə edilməsində görürlər. Alimlərin iddialarına əsasən Ölü dəniz, Qırmızı dəniz və Aralıq dənizləri arasındakı kanallar kifayət dərəcədə deyil ki, Ölü dəniz lazımi miqdarda su ilə təchiz olunsun. Bu kanallar ilk olaraq dəniz suyunun şirinləşdirilməsi və elektrik enerjisinin hasilatı, daha sonra isə kənd təsərrüfatının ehtiyaclarının ödənilməsi istiqamətində istifadə edilir. Son 30 il müddətində isə Ölü dənizin payına düşməli olan suyu aktiv olaraq sionist rejimi və İordaniya istifadə edir, bu da Ölü dənizin sahəsinin 4 kv.km, suyunun səviyyəsinin isə 0.7 m azalmasına səbəb olmuşdur. Ölü dəniz haqqında danışarkən qeyd etmək lazımdır ki, dənizin məhz “Ölü” adlandırılması səbəbsiz deyil. Belə ki, adi gözlərlə bu dənizdə həyat izlərini sezmək qeyri-mümkündür. Bu isə dəniz suyunun özünə-məxsus duzlu tərkibi ilə əlaqədardır. Yəni, dənizin 1lt suyunda 340 qr duz həll olunmuş haldadır ki, bu da okean suyunun eyni litri ilə müqaisədə 10 dəfə çoxdur. Heç bir dəniz və okeanın suyunun mineral tərkibi Ölü dənizin mineral tərkibi ilə muqaisə oluna bilməz – 50 mlrd ton 21 növ mineral. Maraqlısı budur ki, bu dənizdə rast gəlinən 12 maddə Yer kürəsinin heç bir təbii su hövzəsində rast gəlinmir. Ölü dənizin suyu tək tərkibindəki mineralların sayı ilə deyil, həm də keyfiyyəti ilə fərqlənir. Yəni digər təbii su hövzələrinin 77%-ni Natrium xlorid (Adi xörək duzu) təşkil etdiyi halda, Ölü dənizdə ümumi duz ehtiyyatının yarıdan çoxunu insan orqanizmi üçün daha xeyirli olan maqnezium xlorid və maqnezium bromid təşkil edir, natrium xlorid isə 33%-ə qədərdir

HosT (aLLiAnCe)

Şərhlər:

  1. MILAQROS dedi ki:

    cox twkleeeer ela xeberdi

  2. IzYuMinKa dedi ki:

    thanksss za novostttt

  3. fanya_ya dedi ki:

    suuuuuuuuuuuuuuupeeeeeeeeeeeeer xabardi