“Men senin yerinde olsaydim” ..

"Men senin yerinde olsaydim" ..

Mən sənin yerində olsaydım………….Uzun zamandır ki, dərslərin əlindən Paulo Koelyonun (son zamanlar vurğununa çevrildiyim yazar) bir əsərini oxumağa vaxt tapmırdım. Nəhayət, bayram tətili bu arzumu reallaşdırmaq üçün ideal fürsət idi.Paulonu oxumağa “Kimyagər “ əsərindən başlamağı məsləhət görsələr də, mən həmişəki kimi yenə də öz bildiyimi etdim və “ On bir dəqiqə” əsərindən başladım. Əsər haqqında düzü , bir nəfərdən eşitmişdim və əsərin də qadın –kişi münasibətlərindən, intim məqamlardan bəhs etdiyini artıq bilirdim.Lakin məni bu əsəri oxumağa vadar edən məhz rəqəm idi. 11 rəqəmi-BU NƏYİ İFADƏ EDİRDİ? Koelyonun özünün dediyi kimi desəm, onu ən çox düşündürən, həyatda gördüklərinə bir daha nəzər salmağa məcbur edən, oxucuları daha çox adına görə cəlb edən bu əsər braziliyalı bir qızın həyatından bəhs edir.Amma əslində, Paulo bir qadının acı taleyini təsvir edərkən, bu çərçivəyə bu və ya digər məsələləri də daxil etmişdir.Tale ulduzunun üzünə güləcəyi ümidi və iddiası ilə Avropaya üz tutan Mariya məcburiyyət(mənimçün bu məcburiyyət deyil, İRADƏSİZLİK ucbatından baş verir) ucbatından əxlaqsız qadına çevrilmiş olur. Əslində mənim məqsədim əsəri təhlil etmək deyil, məqsədim bir məqama aydınlıq gətirməkdən ibarətdir. Əsər çox adi bir cümlə ilə başlayır. “Biri var idi, biri yox idi, Mariya adlı əxlaqsız bir qız var idi. O da hər bir qız kimi doğularkən təmiz, məsum və BAKİRƏ idi”.Əsərin belə adi cümlə ilə başlanması məni bir xeyli çaşdırdı, ancaq bir qədər dərindən düşündükdə cəmiyyətdə olan bu tendensiyanın Paulonu da uzaun zamandır narahat etdiyini anladım.Həqiqətən, kimse kimise mühakimə edə bilməz. Və heç kim də, əxlaqsız qadına qarşı kinayə və təhqiramiz ifadə işlətdiyindən zövq almamalıdır.( çox təəssüf ki, belələri cəmiyyətimizdə var.) Mariyanın hər dəfə tanımadığı bir kişi ilə eyni yatağı bölüşərkən keçirdiyi hisslər( təbii ki, bu hisslər xoşagələn deyildi) , daxilində özü ilə danışması və düzgün hərəkət etmediyini dərk etməsi məndə birmənalı münasibət yaratmırdı. Bir tərəfdən Mariyanın səhvini boynuna almasını qənaətbəxş hesab edirdimsə, digər bir tərəfdən durmadan “ Eh, Mariya, “Mən sənin yerində olsaydım, heç olmasa indi əl çəkərdim bu axmaq peşədən” deyirdim. “ Mən sənin yerində olsaydım”…………………………. Rəfiqələrimdən biri səhər mənə zəng etdi ,hal-əhvalımı soruşduqdan sonra nə etdiyimi soruşdu.( telefona gec gelmişdim və bu onu maraqlandırmışdı).Mən ona belə bir əsər oxuduğumu dedim, həm də bildirdim ki, telefona gec gəlməyimin səbəbi əsərin həddən artıq maraqlı olmasıdır ki, məni bu qədər asılı hala salıb özündən.Əsərlə maraqlandı və mən də bir qədər nəql etdikdən sonra mənə gülə-gülə : “Ay, Xəyiş, mən sənin yerində olsaydım, vaxtımı belə şeyə sərf etməzdim.Onu hamı bilir ki, əxlaqsız qadın ne edir, niyə edir və kim üçün edir.”dedi.O, danışığına davam edirdi, mənsə artıq rəfiqəmin söylədiyi “ Mən sənin yerində olsaydım”ifadəsini götur-qoy edirdim.Mən yazacağım məqalə haqqında düşündüm, beynimdə onu necə başlayacağımı düşünüb( mənimçün həmişə ən çətin iş başlamaqdır) rahatlaşdim və rəfiqəmin də “ Aygünü gördün, necə Namiqə baxdı? Röya da kənardan kinayə ilə baxıb əl çalırdı.Əri də yanında idi.Bəxtəvər başına, min oyundan çıx, sonda da get kiminse həyat yoldası, bir evin xanımı ol.Mən Röyanın ərinin yerinə olsaydım………………………. nə bilim daha neyləməzdim ee”.Mən güldüm və rəfiqəmə “ Düz deyirsən, mən də sənin yerinə olsaydım, daha xeyirli işlə məşğul olardım” deyib, anamın çağırdığını bəhanə edərək qaçdım əsərin davamını oxumağa. Artıq əsəri oxuya bilməyəcəyimi hiss edirdim, çünki məqalə haqqında düşünürdüm…..İnsanlarımız bir-birinə məsləhət verməyi çox sevirlər.Hətta cəmiyyətimizdə bu gün məsləhət verənlər o qədər çoxalıb ki, mən hər hansı bir problemlə üzləşəndə heç sıxıntı keçirmədən “məsləhət bürosu”( məsləhət verməyə hər zaman hazır olan bir sıra“müdrik )həll edəcək deyib, beləcə problemi yola vermiş oluram. Sokrat dünyada ən asan işin məsləhət vermək olduğunu deyib.Amma mən filosofun bu fikri ilə razılaşmıram.Mənim Sokratın fikri ilə razılaşmamağım anormallıq kimi qəbul edilməməlidir, çunki filosof olmaq hələ səhvsiz olmaq anlamına gəlmir. Məsləhət vermək heş də asan iş deyil.Əgər məsləhət verən insanın məqsədi həqiqətən də, qarşıdakı-məsləhətə ehtiyacı olan insana yardım etmək, onu düzgün yola qaytarmaqdırsa, həmin şəxs çox ciddi və məsuliyyətli bir vəzifəni üzərinə götürmüş olduğunu dərk edir.Baş verən hadisə və ya problemlə ilgili hər xirda detalı belə araşdırıb, sonda məsləhət verir. Sokratın bəhs etdiyi məsləhət isə, məni bu məqaləni yazmağa vadar edən “ MƏN SƏNİN YERİNDƏ OLSAYDIM……………..” ifadəsinin ekspressivliyinə arxalanaraq məsləhət verməyə çalışan şəxslərin məsləhətidir.Məhz bu tip insanlar üçün məsləhət çox adi və asan bir şeydir. Rəfiqəsinə “ Sən özünə qiymət vermirsen. Sən niyə yalvarmalısan ki? Bu kişi tayfasına üz vermək olmaz, verdinsə daha taleyindən şikayətlənmə.O üzr istəsin.Ne olsun ki,dünən ona xırdaca bir yalan demisen.məndən incimə, amma səni belə xırdaca yalana görə atan oglanla “mən senin yerində olsaydım, vapşe ayrılardım”deyib rəfiqəsinin sevdiyi oğlana ispansayağı “ AL FİN” deməsinə səbəbkar olan insan iki həftə sonra öz “ boyfriend”inə “Məni tərk etmə, qurban olum” deyə yalvaranda bir müddət əvvəl rəfiqəsinə “sənin yerində olsaydım, vapşe ayrılardım” deməsi yadına gəlirmi? Bəs nə oldu, kişiyə üz vermək olmazdı? Kişi deyilən varlığa yalvarmaq hətta səninçün təhqir demək idi? Sən deyildinmi “ bacı” kimi sevdiyin rəfiqənin yerinə tələm-tələ keçib “ ayrılardım “ deyə çox dəyərli bir məsləhət verən? Elə isə özün niyə yalvarırsan? Cavabı mən bilirəm,-çünki indi heç kimin yerinə keçib kiminse heyatını deyil, öz həyatını düşünürsən…. Psixioloqlar isə “Mən sənin yerində olsaydım…….” ifadəsini tez-tez istifadə edən insanları 3 qrupa bölür və müvafiq olaraq aşağıdakı kimi xarakterizə edirlər:

Bu ifadəni tez-tez işlədən insanlardan bir qrupu qarşı tərəfə, onun söhbətinə, probleminə nə dərəcədə əhəmiyyət verdiyini göstərməyə çalışan insanlardır.( yəni sən mənə o qədər yaxınsan ki, mən hətta düşünmədən sənin problemini qiyabi də olsa özümü sənin yerinə qoymaqla yaşayıram).

Bu tip insanlar özlərini daima hamıdan ağıllı, müdrik hesab edir.Onların qənaətinə görə insanların onların məsləhətinə ehtiyacı var.

Üçüncü tip insan qrupu isə qarşı tərəfdən zəif, iradəsiz, qətiyyətsiz olduğunu bildiyi halda, bu həqiqəti özü-özlüyündə inkar etmək, özünü aldatmaq və qarşı tərəfdən daha üstün olduğunu sübut etmək üçün bu ifadədən istifadə edir.
İstənilən halda hər birimiz elə öz yerimizdə olub, özümüzün həyata keçirməli olduğumuz missiyaların icraçısı qismində bulunsaq daha məqsədəuyğun olar.Kiminsə yerinə keçməyə, “MƏN “ ikən “SƏN” in, “SİZ”in, “O” nun şəxsində görünməyi arzulamağa ehtiyac ve səbəb yoxdur.Son olaraq fikilərimi düsturla izah etmək qərarına gəldim ki, bu düstur da özündə bu formulu ehtiva edir:“Mən sənin yerində olsaydım………..”= məsləhət vermək iqtidarında olan müdrik insan obrazı yaratmaq arzusu.

aznetin_gozeli

Şərhlər: