ƏLİ (ə) haqqında bir neçə söz

 

ƏLİ (ə) haqqında bir neçə söz 1. Səhl bin Sə‘d (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.a.s.) demişdir: «Bayrağı sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəxş edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr səhər peyğəmbərin (s.a.s.) yanına gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (s.a.s.) Əli bin Əbu Talibin harada olduğunu soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (s.a.s.) xəbər verdilər. O, Əlini çağırtdırdı və onun üçün dua etdikdən sonra onun gözlərinin ağrısı keçdi. Peyğəmbər (s.a.s.) bayrağı ona verdi» . («Səhihu-l-Buxari», 7/87, 3701-ci hədis) Başqa bir rəvayətdə Peyğəmbər (s.a.s.) demişdir: «Bu bayrağı Allahın və Onun elçisinin sevdiyi bir insana verəcəyəm («Səhihu-l-Buxari, «7/87, 3702-ci hədis )

2 . Sə‘d bin Əbi Vəqqas (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: “Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxınsan” («Səhih Muslim», 15/169, 6167-ci hədis )

3. Peyğəmbər (s.a.s.) demişdir: «Əliyə əziyyət verən, mənə əziyyət vermiş kimidir» ( «Səhih hədislər silsiləsi», 5/373, 2295-ci hədis ) 4 . Peyğəmbər (s.a.s.) demişdir: «Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir» («Səhih hədislər silsiləsi», 5/263 )

5. Əbu Səid əl-Xudri

 

(r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: “Nəfsim əlində olan Allaha and olsun ki, əhli beytimi qəzəbləndirən cəhənnəmə vasil olar”» (« Səhih hədislər silsiləsi», 5/643, 2488-ci hədis )

6. Ummu Sələmə (r.a.) demişdir: «Mən peyğəmbərdən (s.a.s.) belə eşitdim: “Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur”» («Səhih hədislər silsiləsi», 3/287, 1299-cu hədis )

7. Peyğəmbər (s.a.s.) demişdir: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər» («Səhih hədislər silsiləsi», 4/298, 1720-ci hədis )

8. İbn Abbas (r.a.) rəvayət edir ki, «Ömər (r.a.) demişdir: “Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubeyy və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir” («Səhihu-l-Buxari», 3/99)

9. Cabir bin Abdullahdan (r.a.) Əli (r.a.) haqqında soruşduqda o demişdir: «O, bəşərin (insanların) xeyirlisindən idi» (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82)

10. Əbu Harun deyir ki, İbn Ömərlə (r.a.) oturmuşdum, birdən Nafi ibnu-l-Əzraq gəldi və onun başının üzərində dayanıb dedi: «Allaha and olsun, Əliyə nifrət edirəm». İbn Ömər (r.a.) başını ona tərəf döndərib dedi: «Allah sənə nifrət etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?! (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82)

11. Əhməd bin Hənbəl demişdir: «Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir («Müstədrək», 3/107)

Yuxarıda yazdıqlarım, Əli ibn əbu Talibin (Allah ondan razı olsun) fəzilətləri barəsində hədislərinin çox az bir hissəsidir.


aznetin_gozeli

Şərhlər:

  1. love_krasotka dedi ki:

    саол

  2. VeFaSiz_Giz dedi ki:

    Allah razi olsun thank_you

  3. UMNAYA dedi ki:

    indi oxumadim,ama ozume urdum,oxuyacam.cooooooox sagol

  4. IzYuMinKa dedi ki:

    spasibkiiii

  5. Devil_666 dedi ki:

    allah razi olsun twkler

  6. BLACK STAR dedi ki:

    xeyiw cox saol….

  7. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…