MAKIYAJ

MAKIYAJ

Piqment ləkələrini gizlətmək istəyirsiz?

Cild tonunuza çox yaxın bir rəngdə korrektoru ləkələrin üzərinə yüngülcə vurun və biraz ətrafına yayın ki,

Makiyaj Sirrləri.

Piqment ləkələrini gizlətmək istəyirsiz? Cild tonunuza çox yaxın bir rəngdə korrektoru ləkələrin üzərinə yüngülcə vurun və biraz ətrafına yayın ki, çox bilinməsin.Tonal kreminizi çəkib, pudralanın.

Qırışıqlarınızı gizləmək… Cild tonunuzdan 1-1,5 ton açıq rəng bir korrektoru qırışıq boyunca çəkin.Korrektoru barmağınızla və ya bir fırçayla yayıb cildinizə hopdurun. Tonal kreminizi və pudranızı çəkin.

Burnunuz uzundursa… Burun ucunuza tünd rəngdə tonal krem çəkin. Yaxşıca hopdurduqdan sonra barmaq uclarınızla kiçik toxunuşlarla pudralayın.

Burnunuz genişdirsə… Kölgə və işıqdan istifadə edin. Burnunuzun üzərinə (burun sümüyünüz boyunca) daha açıq tonda, burun qanadlarınıza isə daha tünd rəngdə tonal krem çəkin.Barmağınızla tonal kremi yaxşıca yayın və 2 ton arasındakı sərhədləri hopdurub yox edin,mat bir pudrayla pudralanın.

Çənəniz çox balaca və içəri doğrudursa… Çənənizə (dodaq altına qədər) açıq rəng bir tonal krem çəkin.Bu çənənizin həcmini artıracaq.Tünd və parlaq rəngdə pomadalardan istifadə etməyin.Göz Makiyajınıza daha çox fikir verin.

Çənəniz biraz önə tərəf çıxırsa… Çənənizin ucuna tünd rəng bir tonal krem çəkib pudralayın.Dodaqlarınıza önə çıxaracaq canlı rəngdə pomadalara üstünlük verin, beləcə çənənizin nəzərə çarpmasını azaldacaqsınız.

Bir-birinə yaxın gözlər… Açıq tonda bir kölgəni gözün iç küncündən ortasınadək çəkin. Ortadan kənar çöl küncünədək isə tünd rəngdə bir kölgə çəkin. Kölgələrin sərhədlərini yox etmək üçün iki rəngi bir-birinə yaxşıca hopdurun.

Bir-birindən uzaq gözlər… Tünd tonda bir kölgəni gözün iç küncündən ortasınadək çəkin. Ortadan kənar çöl küncünədək isə açıq tonda bir kölgə çəkin və 2 kölgənin sərhədlərini yox etmək üçün yaxşıca hopdurun.

Gözlərinizi eye-liner ilə böyütmək… Gözün iç küncündən incə olaraq başlayın, göz ortasından çöl küncünədək cizgini qalınlaşdırın. Gözləriniz daha böyük görünəcək.

Qalıcı kölgə…Göz qapağınıza çəkdiyiniz kölgənin qalıcı olmasını istəyirsizsə, kölgəni çəkməmişdən əvvəl göz qapağınıza korrektor (concealer) çəkin. Bunun üstünə çəkilmiş kölgənin 24 saat dayanabiləcəyinin şahidi olacaqsız.

Kölgənizin tozcuqları üzünüzə yapışdı?? Böyük və təmiz bir fırçayla tozcuqları üzünüzün kənarlarına doğru yüngülcə fırçalayın. Gələn dəfə bu problemlə üzləşməmək üçün kölgədən istifadə etməzdən əvvəl göz qapaqlarınızı pudralayın.

Tuşun qalıcı olması üçün… Tuş çəkməzdən əvvəl kipriklırinizi fırçalayıb pambıqlı çubuq vasitəsilə yüngülcə pudralayın.Çox gözəl nəticə əldə edəcəksiniz.

Tuşunuz göz qapağıza yayıldı?? Quru bir pambıqlı çubuq ilə ləkəni çıxarmağa çalışın. Keçməsə pambıqlı çubuğun ucuna yüngülcə tonal krem çəkib ləkənin üzərini örtün.

Tuşunuzu artıqlamasıyla çəkdiz?? Kirpik fırçanız varsa kirpiklərinizi diqqətlicə fırçalayıb tuşun artığını azaldın.Ya da, bir kağız salfeti alt və üst kirpiklərinizin arasına qoyub gözlərinizi bağlayın.

Tuşunuzun fırçasını təmizləmək üçün…Tuşunuz çox vaxt kirpiklərinizdə artıq topcuqlar buraxırsa, tuşunuzun fırçasını isti suya tutub qurudun. Təkrar istifadə etməzdən əvvəl quruduğundan əmin olun.

Kirpiklərinizə effekt vermək üçün…Kirpiklərinizə əvvəlcə mavi sonra isə qara tuş çəkin. Kirpiklərinizə super effekt verəcək.

Fərqli kirpiklər… Kirpiklərinizi fərqli etmək istəyirsinizsə, 1 qat qara tuşdan sonra kirpik uclarınıza mavi və ya bordo tuş çəkin.

Pomadanızın qalıcı olmasını istəyirsiz?? Pomadanızı çəkməzdən əvvəl dodaqlarınıza biraz tonal krem çəkib pudralayın. Bir qat pomada çəkin, artığını azaltmaq üçün dodaqlarınızın arasına bir kağız salfet qoyub dodaqlarınızı sıxın. 2-ci qat pomada çəkin.

Pomadanız dişlərinizə boyanır?? Pomadanızı çəkdikdən sonra baş barmağınızı ağzınıza qoyun və dodaqlarınızı sıx qapayın. Pomadanızın artığı barmaqlarınıza çıxacaq.


aznetin_gozeli

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    mmm cox saq ol canik,,, thank_you

  2. UMNAYA dedi ki:

    cox sagol,cox beyendimmmmmmmmmm

  3. love_krasotka dedi ki:

    aznetin_gozeli

    сагол мась ok ok

  4. meymunka dedi ki:

    thankssss za novost!!!! clapping

  5. IzYuMinKa dedi ki:

    spasibki canulkaaaa oc interesnoo ok

  6. Admin dedi ki:

    AA hamsi qizlar yazibki bu xebere rey mende yazimda cox sag ol xebere gore amma mene lazim deyil )))