“Kurtlar vadisi”nin “Çakır”ı Samir Piriyevin pərəstişkarı imiş!

 

Türkiyənin məşhur “Kurtlar vadisi” serialından “Çakır” obrazı ilə tanınan Oktay Kaynarca Samir Piriyevin pərəstişkarı imiş. Bu barədə yenicə Türkiyə səfərindən qayıdan Samir Piriyev Lent.az-a eksklüziv açıqlamasında bildirib: “Bu günlərdə “Sən türkünü söylə” müsabiqəsinin finalında çıxış etdim. Münsiflər heyətinin tərkibində Çakır obrazı ilə tanınan Oktay Kaynarca da iştirak edirdi. Proqramda da birinci o məni təqdim etdi. Finaldan sonra yaxınlaşıb məni qucaqladı və yarışmanın ilk günündən məni izlədiyini, “sənə çox baxırdım, çox da dəstək olurdum”, dedi”. Samir Piriyev Türkiyə mediasından böyük maraq gördüyünü qeyd edib: “Oranın mediası konsertdən sonra mənə yaxınlaşdı, yaradıcılıq planlarımı soruşdu”. Müğənni may ayında Türkiyənin məşhur müğənnisi Zərrin Özərlə Azərbaycan səhnəsində konsert verəciyini də deyib: “May ayına konsert planlaşdırıram. Hələ ki konsertin məkanı məlum deyil. İki orkestrlə çıxış edəcəm. Bunlardan biri türklərin ansamblı, o biri də öz ansamblım olacaq. Repertuarımda həm türk, həm də Azərbaycan mahnıları olacaq. Qeyd edim ki, bu konsertdə Zərrin Özər də olacaq. Bir yerdə çıxış etməyi planlaşdırırıq”. Müğənni möhtəşəm və fərqli konsert verəcəyini əlavə edib. Lalə Yusifqızı

HosT (aLLiAnCe)

Şərhlər:

  1. HosT (aLLiAnCe) dedi ki:

    bu xebere gore4de Lale xanima oz minetdarligimi bildirirem.men inaniramki samir priyev bizi layiqincesine turkiyede temsil eledi.

  2. Admin dedi ki:

    HosT (aLLiAnCe),
    Heqiqetendfe xeber cox maraqli idi Meni mcox xoshua geldi.Sag ol Cakir buna baxda Cakir sen deme Samir Piriyevin fanati imiw :))))) xaxa

  3. HosT (aLLiAnCe) dedi ki:

    Admin,
    niye gulursen burda gulmeli ne varki

  4. UMNAYA dedi ki:

    qardaw,wekil poladindi eyyyyy,zehmet olmasa cakirin weklini qoy,poladin yox

  5. VeFaSiz_Giz dedi ki:

    HosT (aLLiAnCe),

    saq ol

  6. HosT (aLLiAnCe) dedi ki:

    Sitat: UMNAYA
    qardaw,wekil poladindi eyyyyy,zehmet olmasa cakirin weklini qoy,poladin yox


    o sekli men qoymamisam

  7. IzYuMinKa dedi ki:

    HosT (aLLiAnCe),
    thanksss

  8. MILAQROS dedi ki:

    spasiboooooooo

  9. FeGo dedi ki:

    Eziyyete hormet,yaxshidi ya_za