Dünyanın yox olacağı tarix açıqlandı
“Icarus” jurnalınin verdiyi məlumata görə, alimlərin “1999 RQ36” adı verdikləri nəhəng asteroid 2182-ci il sentyabrın 24-də Yer kürəsinin atmosferinə daxil olacaq və 1/1000 ehtimalla Yer kürəsinə çarpıla bilər.
1999-cu ildə kəşf edilən nəhəng asteroidin diametri 550 metrdir. Alimlər bildiriblər ki, bu böyüklükdə asteroid dünyamızla toqquşarsa, bütün canlılar yox olma təhlükəsi ilə üzləşəcəklər. Bu nəhəng asteroidi müxtəlif yollarla Yer kürəsindən yan keçirmək üçün ən azı 100 il əvvəl hərəkətə keçmək lazımdır. Gecikmə olarsa, bu təhlükəni sovuşdurmaq üçün daha böyük layihə və maliyyə lazımdır.
Astronomlar “1999 RQ36” Yer kürəsinə 2036-cı ildə çarpma ehtimalı olan “Apophis”’ asteroidi ilə müqayisədə dünyanı yox etməsi ehtimalının daha yüksək olduğunu vurğulayıblar. 20 milyon ton ağırlıqda və diametri 300 metr olan “Apophis” 2029-cu ildə Yer kürəsindən 32 min kilometr uzaqlıqdan keçəcək. Orbitinə uyğun olaraq yenidən Yer kürəsinə istiqamətlənəcək asteroid 13 aprel 2036-cı ildə planetimizlə toqquşacaq. Ancaq “Apophis”in həmin gün Yer kürəsi ilə toqquşma ehtimalı 250 mində birdir. Yəni “Apophis”un planetimizi yox etmə ehtimalı “1999 RQ36” ilə müqayisədə daha azdır.
Alimlər bildiriblər ki, “1999 RQ36” kimi nəhəng asteroidi dayandırmaq üçün nüvə partlayışı, nəhəng güzgülərlə günəş şüalarını əks etdirərək asteroidin orbitini dəyişdirmək, yaxud onunla bir kosmik gəmini toqquşdurmaq kimi layihələri həyata keçirməyə imkan verən texnologiya hələ yoxdur. ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyasında işləyən fizik David Dearborn isə hesab edir ki, böyük asteroidləri dayandırmaq üçün nüvə partlayışları yaxşı seçim deyil. Onun sözlərinə görə, Yer kürəsinə yaxın məsafədə olan asteroidi nüvə partlayışı ilə parçalara ayırmaq məntiqli çözüm olmaya bilər.
Yenilənib:
@ cox sag ol
ALLAH ne yazib oda olacaqda bu alimlerinde isi gucu yoxduye
мянлик дейил
Her Wey ALLAHIN isteyine ve iradesine baglidir.men bunlara inanmiram ne qeder elmle bagli olsa da.Indiye kimi nece defe olub ki dunyanin sonunu getiribler amma hec biri de ozunu dogrultmayib
Bunlar xamisi bow bow daniwirlar her wey ALLAHin elindedi ondan bawqasi yalandi durub bunlarla inanmagda gunahdi tewekkurler
Xebere Gore Sagolun
hmmm maraqli idi xebere gore tewekkurler
Leonel-207,
Leo duz deyir bow bow daniwirlarda
rey yazib fikrini bildiren herkese tewekkur.
men hec birine inanmiram,her sey ALLAHIN elindedi,alimlerde deyirlerde ozderiycun,hamisi bos-bos seylerdi,xebere gore sagol
bes deyirdiler 2012 de dagilir dunya?hele bir bir ara dediler ki 2010 avqustun 13-u dagilir?noldu?indi 2182 oldu?bow bow sohbetlerdi de bir de gorersen ele mocuze baw vererki,,,,,,,