Sənə qayıt deməyi unutdum!

alt

Həyat adlı ömür yolunda hərəmizin qismətinə düşən bir tale var. Elə buna görə də həyat hər birimizi eyni dərəcədə münasibət bəsləyə bilməz. Bəziləri bəxtəvərliyindən şükür edə bilər, bəziləridə bu dünyanın faniliyindən, vəfasızlığından şikayətlənə bilər. Bəli, mən də həyatda sənə rast gəldiyimə görə, səni sevdiyimə görə bunu bəxtəvərlik sayıram və Allaha şükr edirəm. Ancaq eyni zamanda bu dünyanın vefasızlığından şikayət edirəm.

Niyə? Ona görə ki, sənsiz yaşaya bilmirəm….

Səni ömür yollarıma, ömür qismətimə insafsız təsadüf gətirdi. Mənə əzab, ömürlük kədər vermək üçün sakit təbiətimə, rahat həyatıma narahatlıq toxumu səpdin. Təkliyə, tənhalığa, yuxusuzluğa bələnmiş günlərim, anlarım, qəm-qüssəyə yükləndi. Tək idim, gizli məhəbbətimlə, fikirlərimlə, xəyallarımla. Sirrim ancaq özümə bəyan idi. Səni sevdiyim üçün xoşbəxt idim. Ancaq səndən ayrı yaşadığım üçün bunu tam xoşbəxtlik saymıram. Eşidəndə ki, sən də öz səadətini, öz xoşbəxtliyini tapa bilməmisən, səssiz göz yaşları sıçradı gözümdən. Ağlayırdımmı? Xeyr… Gülürdümmü???? Sevinirdimmi??? Bilmirəm. Amma səni çox sevirəm. Eşqin cəhənnəmində yandıqca yanıram. Göyə baxdıqca sənə yetişməyəcəyimi, günəş batınca doymayacağımı, anlayıram. Yağış yağınca sənin üçün ağladığımı, səni xatırlayınca unutmayacağımı anlayıram. Niyə beləyəm??? Bilmirəm… ancaq bircə onu bilirəm ki, mənim dincliyimdə, narahatlığım da sənsən….

Bağışla sevgilim,sənə qayıt deməyi unutdum!!!

Hər zaman səninlə olan, amma heç zaman sənin olmayan sevgilin…

Cristi

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    cox sag ol yaman tesirli sozleri var…
  2. МиниК_Сердце dedi ki:

    angel

  3. Cristi dedi ki:

    Angelocka, opucuk
    TORANLIQ, opucuk

  4. Angelocka dedi ki:
    Mmmmmm sevgii…Kimi zaman gulduren kimi zaman agladan..Ama her hali ile insanin canina can qatan mefhum bir hiss..Tewekkurler pessimist ruhlu bir yazi idi:( Ama yenede tewekkurler…
  5. Cristi dedi ki:

    Ehhhh sevgi………….. her kese tewekkurler

  6. BEAUTIFUL_LIFE dedi ki:

    Hər zaman səninlə olan, amma heз zaman sənin olmayan sevgilin… sob

  7. RED DEVIL dedi ki:

    Bağışla sevgilim,sənə qayıt deməyi unutdum!!!
    BAGISLA SADECE CESARET EDIB SENE GETME DEYE BILMEDIM!!!!!

  8. DaRk_AnGeL dedi ki:

    oyyyy cooox maraqli idi tewekkurler

  9. ADMIRAL-711 dedi ki:

    cox sag ol derin menali sevgi xeberine gore.

  10. Melekcik dedi ki:

    Bağışla sevgilim,sənə qayıt deməyi unutdum!!!
    Hər zaman səninlə olan, amma heз zaman sənin olmayan sevgilin…

    tewekkurler ela sozleri var

  11. _Cinbala_ dedi ki:

    vay sevgi……cox sagol