Tarixde bu gun…31 iyul…

alt

1914. Fransız aktyor Lui dö Fünes anadan olub

1918. Bakı Soveti öz səlahiyyətlərindən imtina edib. Bu fakt həmən dövrdə bolşevik-daşnak hakimiyyətinin Azərbaycanda heç bir dayağa malik olmadığını göstərir

1919. Almaniyada “Veymar Konstitusiyası” qəbul edilib

1944. Fransız yazıçı, pilot Antuan de Sənt Ekzüperi döyüş uçuşunu keçirərkən itkin düşüb. Onun “Balaca şahzadə” əsəri Azərbaycan dilinə tərcümə olunub (Əziz Gözəlov və Yaqut Qurbanova)

1953. Sovet kimyaçısı Nikolay Zelinski vəfat edib. Zelinski neft kimyası sahəsində tədqiqatları və əleyhiqazın ixtiraçısı kimi tarixə düşüb. Onun tələbələri arasında akademik Yusif Məmmədəliyev də var.

1965. İngiltərədə televiziyada siqaret reklamı qadağan edilib

1987. İranlı zəvvarlarla yerli Polisin toqquşması Həcc ziyarəti zamanı 400-dən çox insanın ölümünə səbəb olub

1991. Erməni terrorçular Moskva-Bakı qatarını Mahaçqala yaxınlığında partladıb. Çox sayda insan həlak olub və xəsarət alıb

1992. Azərbaycan ESCAP-a (BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası) üzv qəbul edilib

1991. SSRİ və ABŞ arasında strateji silahların ləğvinə dair saziş imzalanıb

1996. Ziya Məmmədov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib

1997. Azərbaycan və ABŞ arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında Bəyanat imzalanıb.

Günün aforizmi:

“Eh! Balaca Şahzadə! Sənin həyatının necə kədərli keçməsini yavaş-yavaş başa düşdüm. Uzun vaxtdan bəri sənin yeganə əyləncən günəşin qürubundan aldığın şirinlik olub”.

“Balaca Şahzadə”-nin proloqu

Leonel-207

Şərhlər:

  1. RED DEVIL dedi ki:

    HEMISEKI MARAQLIM MELUMATLARDI,COX SAGOL

  2. МиниК_Сердце dedi ki:

    cox sag ol

  3. TORANLIQ dedi ki:
    hmm maraqlidir coox sag ol
  4. Angelocka dedi ki:
    heart Leonel-207, heart
    Rusim tewekkurler..Cox sag ol..Ellerine sagliq..Lazimli melumatlardir..Sayende tekrarlayiram her defe:)
  5. Leonel-207 dedi ki:

    rey yazan elleriniz var olsun…

  6. KIVANC dedi ki:

    maraqlidi tşk

  7. DaRk_AnGeL dedi ki:

    maraqli idi tewekkurler

  8. ADMIRAL-711 dedi ki:

    iyulun son gunu ucunde tarixde neler baw verdiyini oyrendik.cox sagol.

  9. Melekcik dedi ki:

    cox sagol maraqli melumatlardi