Imam elinin kelamlar

İmam Əlinin kəlamlarından

1.Ədəb bu qədər kifayətdir ki sevmədiyin şeyi başqası üçün də isdəməyəsən.

2.Bilmədiyin şeyi danışma,hər bildiyini də demə.Ona görə Allah təala bədəninin hər üzvünə

bir hökmü vacib edib ki,qiyamət günü onlar ilə sənə dəlil gətirəcək.

3.Qiybəti dinləyən elə qiybət edən kimidir.

4.Çətinlikdə də asanlıqda da Allahdan razı ol.

5.Qəribədir:başqalarının dövlətinə,vəzifəsiə həsəd çəkirlər.Lakin onların sağlamlıqlarına isə həsəd çəkmirlər.

6.Dostuna bütün sirlərini açma,bir gün
həyat onu sənə düşmən edər,peşman olarsan.Düşmənçilikdə pərdəni
yırtma,bir gün gələr dostlaşarsan,xəcalət çəkərsən.

7.Yeməkdən əvvəl və sonra əlləri yumaq bərəkəti artırar.

8.Sübh tezdən oyanmaq bədənin möhkəmliyi və Allahın razılığına səbəbdir.

9.Pis xəbəri heç kimə çatdırma.

10.Xeyir işini təxirə salma.

11.Öz qədrini bilən adama ölüm qorxulu deyil.

12.Əmanəti sahibinə qaytar əgər o iynə və sap da olsa.

13.Sənin yaxşı qardaşın o adamdır ki,haqq naminə sənə çox acıqlana,pis işlərdən də səni çəkindirə.

14.O qədər olub ki 1-saatın xoşluğu illər uzunu dərdi qəmə səbəb olub.

15.Az danışanın xətası da az olar.

16.Pislik edənə yaxşılıq etməklə əziyyət ver.

17.Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis fikirləşərlər.

18.Haqdan uzaqlaşanın ömrü qısalar.

19.Bir suala bir neçə cavab vermək həqiqəti itirər.

20.Allaha görə görülən əməllərin gözəlliyi,onun gizli olmasındadır.

21.Hər kəs “Bilmirəm”sözünü tərk etsə rüsva və həlak olar.

22.Haqqında yaxşı gümanda olanın zənini doğrult.

23.İnsanlar övladın öldürülməsinə səbr edirlər,malın-dövlətin əldən çıxmasına dözmürlər.

24.Hər kəsin yeməyi az olsa,xəstəliyi də az olar.

25.Aramlıqla ruzi tapmayan ,əsəbliklə heç tapmaz.

26.İnsanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülər.

Ayselka

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    4.Зətinlikdə də asanlıqda da Allahdan razı ol.
    16.Pislik edənə yaxşılıq etməklə əziyyət ver.
    20.Allaha gцrə gцrьlən əməllərin gцzəlliyi,onun gizli olmasındadır.

    COOOOOX SAG OL AYSELKA ALLAH RAZI OLSUN!!!! thank_you

  2. VeFaSiz_Giz dedi ki:

    Sitat: IzYuMinKa
    COOOOOX SAG OL AYSELKA ALLAH RAZI OLSUN!!!!

    ya_za

  3. meymunka dedi ki:

    Hər kim başqası ьзьn pis fikirləşsə onun ьзьn də pis fikirləşərlər.
    Зətinlikdə də asanlıqda da Allahdan razı ol.
    16.Pislik edənə yaxşılıq etməklə əziyyət ver.
    Ayselka super teshekkurler clapping

  4. Devil_666 dedi ki:

    ayselka twler allah komeyin olsun