Tarixde bu gun…2 avqust…

1898. Azərbaycanın ilk qısametrajlı bədii filmi “İlişdin” nümayiş etdirilib. Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli fərmanı ilə bu tarix “Milli kino günü” elan edilib
1909. İlk dəfə təyyarələr ABŞ-da silahlanmaya qəbul edilib
1916. Moskvada AMO avtomobil zavodu (indiki ZİL) fəaliyyətə başlayıb
1922. Telefonun ixtiraçısı Aleksandr Qraham Bell vəfat edib
1934. Adolf Hitler fürer elan edilib
1945. Potsdam konfransı başa çatıb
1946. Vətənə xəyanətdə ittiham edilən “Rusiya azadlıq ordusu”nun komandanı general Vlasov edam edilib. Maraqlıdır ki, hökm o zaman sovet rejiminə xas olmayan yolla – asılmaqla icra edilib
1955. Aktyor Fəxrəddin Manafov anadan olub
1967. Trabzonspor klubu təsis edilib
1980. Bolonya vağzalına qoyulan bombanın partlaması nəticəsində 85 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb
1990. İraq qoşunu Küveytə hücum edib
1993. İngiltərə Maastrixt sazişini ratifikasiya edib
1997. Seyid Məhəmməd Xatəmi İran prezidenti seçilib
2000. Azərbaycan və ABŞ arasında minadan təmizləmə təliminə dair Memorandum imzalanıb
2007. Azərbaycan və Yunanıstan arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb
Günün aforizmi:
“Heç kim əbədi qalib ola bilməz. Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”.
Heydər Əliyev
Yenilənib:
super twkler her gun erinmeden tapib qoyursan bu xeberi ellerine saglik
cox sag ol bu gunde neler baw verdiyini sayende oyrendik=)).
COX SAGOL,MARAQLI IDI
2000. Azərbaycan və ABŞ arasında minadan təmizləmə təliminə dair Memorandum imzalanıb
tewekkurler maraqli idi
TESEKKUR
cox sagol ki helede tarixi bize xatirladirsan.
super