Niyə çata bilmirsən itirdiklərinə?

Niyə çata bilmirsən itirdiklərinə?


Ümidin bitdiyi yerdə verirsən son nəfəsini…
Güzgüdə üzünə baxanda deyil, gözlərinin içinə baxanda, görürsən içini…
Yazmağa çalışarkən, əllərin titrəyəndə, anlayırsan tükənmək üzrə olduğunu və gülümsəyəndə acıların axar göz bəbəklərindən damla-damla…
Hər yeni başlanğıcda bir az daha sona yaxınlaşdığını bilmək, dadsızlaşdırar damağını və susarsan…
Nə son dedikdə son olar hər şey, nə də yeni bir başlanğıc diləyəndə yenidən başlaya bilərsən…
Özünə dediyin yalanları hiss edərsən çiyinlərində… ağırlığı səndən çox olar…
Ürəyin qorxudan titrəyər, ancaq sən cəsurca üstünə gedərsən həyatın…
Səni bir az daha sona yaxınlaşdırdığını bildikcə, yandırarsan bir siqaret, daha nə qədər yaşamaq istəsən də… Nəfəs almaq hər dəfə bir az daha çətinləşir duman dolu ruhunda… Nəfəs almadan, yaşamağa çalışarsan…
Vücudundan əvvəlcə beynin yox olmağa başlayar, sovrular ruhun boşluğunda…
Sevdiklərinə baxarsan, əvvəllər heç baxmadığın kimi… Ən çox sevdiklərin səni heç sevməmiş kimi dayanar qarşında…
Hirslənərsən bəzən sevgilərini sənə göstərmədikləri üçün, ancaq çarəsiz anlayarsan…
“Kaş ki” lərin həqiqi mənasını kəşf edərsən çarəsiz halda…Heç qurtula bilmərsən “kaş ki”lərin üstünə damğalanmış izlərdən…
Artıq səndən heç bir şey olmadığını gördükdə, xatrlayarsan əslində nə olmaq istədiyini…
Bircə vermədiyin gözəlliklər qalar ovcunda… Artıq itirdiyin zamanda vermədiklərini verə bilmərsən…
Zəhər dolaşar damarlarının qəlbinə uzanan qıvrımlı dar yollarında… Eləcə qalarsan ölüm və həyat arasında… Bir gün həyatın harasında yıxılacaqsan, bax onu da bilmirsən…
Və anlayırsan ki, sən çata bilmirsən itirdiklərinə…

meymunka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    spasibo canik za trud, thank_you

  2. meymunka dedi ki:

    utancaq vseqda pojalusta!!!

  3. IzYuMinKa dedi ki:

    meymunka,
    twk ok

  4. meymunka dedi ki:

    Devil_666,
    IzYuMinKa,sposiboki i vam

  5. sevgi yalandir dedi ki:

    ELADI TAK