Dilmanc Mətnlərin səsləndirilməsi sistemi
Dilmanc layihəsinin rəsmi saytında Azərbaycan dili üçün ilk mətnin
səsləndirilməsi proqramının demonstrasiya variantı yerləşdirilib. Bu proqram vasitəsilə istifadəçilər məktublara, xəbərlərə,
kitablara və digər informasiyaya gözləri yormadan və işdən ayrılmadan
qulaq asa biləcəklər. Gələcəkdə bu proqram mətnin oxunuşunu həmçinin mp3
formatında yadda saxlamağa imkan verəcək ki, bununla da lazımlı
informasiyaya pleyerdə, telefonda, avtomobildə gedərkən və s. hallarda
qulaq asmaq mümkün olacaq. Qeyd edək ki, nümayiş etdirilən proqram ilk
versiyadır və keyfiyyətinin artırılması üzərində işlər gedir.
Layihə rəhbəri t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, bu proqram
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə yaradılacaq
telefon-tərcüməçi sisteminin komponentlərindən biridir.
Telefon-tərcüməçi sistemilə telefon danışığının bir dildən başqa dilə
avtomatik tərcüməsi həyata keçiriləcək və beləliklə, əcnəbilərlə
telefonda danışmaq çox asan olacaq. Layihə çərçivəsində həmçinin Dilmanc
tərcümə sisteminin keyfiyyətinin artırılması və Azərbaycan dili üçün
ilk nitqin tanınması sisteminin (mikrofona deyilən şifahi nitqi yazıya
çevirən proqram) yaradılması üzərində işlər davam etdirilir.
Proqramın online demo versiyasına baxmaq ucun saytımızda şəkildə gördüyünüz işərəyə tıklayın:
Yenilənib:
lazimlidi tewekkurler China
Cristi,

yuklemekcun burda sen deyenden yoxdu
NECƏ YЬKLƏYİM?
menlik deyil
cox sag ol maraqli melumatdi
Eziyyete Gore Cox Sagol
Maraqli layihedi.Tesekkurler!
posibki,ELADIIIIIIIIIIIIIII,ELLERINE SAGLIK
hmmm maraqlidi.nezere alacam coox saol
cox sagol dostik
vauu superdiki bu coox sag ol
ELA , DILMANCIN SOZ VERILEN LAYIHELERI ISTIFADECILERE TEQDIM OLUNSA DILMANC EVEZ OLUNMAZ BIR PROQRAMA CEVRILECEKDIR
HEMDE EXCLUSİV OLARAQ OZ SAYTİMİZDA DİNLEYE BİLERSİZ))))))))