FƏRDA QƏDİROV ÖLÜMDƏN SONRAKI ŞƏKLİ – FOTO

F399;RDA Q399;D304;ROV 214;L220;MD399;N SONRAKI 350;399;KL304; - FOTO

“Ans-Press”-dən aldığımız məlumata görə bu, onun ölümündən sonra çəkilmiş şəklidir.

Xatırladaq ki, F. Qədirovun Gürcüstan vətəndaşı olduğu təsdiqlənib. Marneuli rayonunun Daştəpə kənd icra nümayəndəsi Vidadi Həsənov verdiyi açıqlamada bildirib ki, o, bir ay əvvəl Rusiyadan Daştəpə kəndinə gəlib və bu müddət ərzində evdən bayıra çıxmayıb.

“Fərda Qədirov Marneuli rayonunun Daştəpə kəndində doğulub. Orta təhsillidir. Təxminən 15 il valideynləri ilə birlikdə Rusiyada yaşayıb. Hal-hazırda biz onların evinin yanındayıq. Evləri bağlıdır. Təxminən bir neçə ay bundan əvvəl camaatı görmək və ya evlərinə baş çəkmək üçün Rusiyadan kəndə gəlib və Azərbaycana gedib. Deyilənlərə görə, kimsə onu iş düzəldəcəyinə dair söz verib”.

İcra nümayəndəsi onun ziyalı ailəsində böyüdüyünü qeyd edib. “Atası müəllim, anası evdar qadın olub. Hazırda valideynləri Rusiyanın Podolsk şəhərindədirlər. Onun kənddə heç kimi yoxdur. Demək olar ki, əmisi, dayısı hamısı Rusiyadadırlar”. Vidadi Həsənovun sözlərinə görə, F.Qədirovun əmisi xeyriyyəçidir və kənddə məscid tikdirib. “Yaxşı tanınmış kökdəndirlər. Bibisi kənddə yaşayır. Amma onunla əlaqələri yoxdur. Yəni o qadından da elə bir şey öyrənmək mümkün deyil. Gürcüstan vətəndaşıdır. Hal hazırda bizdə qeydiyyatı var. Bu uşaq həmişə ev şəraitində olub. Başqaları kimi çölə bayıra çıxmaz, heç kimə qarışmaz, futbol və s. oynamaz, insanlarla söhbət etməzdi. Onun xarakterində qəribəlik vardı. Bütün günü, sadəcə çörək almağa çıxıb sonra evdə oturmaq mükün deyil axı. Bir ay burda olub, sadəcə çörək almaq üçün bayıra çıxıb. Biz hal hazırda şəklini əldə etməyə çalışırıq. Bu hələlik mümkün olmayıb. Artıq orta məktəb yoldaşları ilə əlaqə yaradıb şəklini əldə etməyə çalışacağıq”.

Xatırladaq ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü öldürüb.

Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir

HosT (aLLiAnCe)

Şərhlər:

  1. HosT (aLLiAnCe) dedi ki:

    13 YUOX HELE MENIM YANIMDA 17 MEYID APARDILAR
    TERRORA YOXXXXXXXXXXXXXXXXXXXX

  2. meymunka dedi ki:

    Yeri cehennemlik olsun!Amin!

  3. VeFaSiz_Giz dedi ki:

    Sitat: HosT (aLLiAnCe)
    13 YUOX HELE MENIM YANIMDA 17 MEYID APARDILAR

    Senin yanindan ??? smiles

  4. Nergiz088 dedi ki:

    ALLAH butun olenlere rehmet elesin ferda qedirovdan bawqa.

  5. IzYuMinKa dedi ki:

    Allah rehmet elesin!!!!

  6. HosT (aLLiAnCe) dedi ki:

    men hemin universitetin yaxinliqginda idim hadise vaxti ve men orda olanda hele 17 meyid apardilar

  7. Devil_666 dedi ki:

    yaxwiki olub canin qutarib yoxsa

  8. R_O_S_H_K_A dedi ki:
    Ne Ise Orda Qohumumuz OLmuwdu Ayaz!!!
  9. Avtosh_227 dedi ki:

    kas ki,o ferda olmeyeydi.zor olardi ee.onu bagliyaydilar azinin qapisina camaat heresi gelib oz istediyini edeydi ona.ele werefsizle ele etmek lazimdir