Planetin ən çevik avtomobilləri
Bir-neçə il əvvələ qədər spidometrində 300 rəqəminə rast gəlinən avtomobillərə nadir hallarda rast gəlinirdi.
İndi isə artıq 400 km/saat limitini aşa bilənlər də tapılıb. Bu artım irəliyə doğru getməkdədir. Başqa sözlə, artıq vertolyotdan sürətli avtomobillər mövcuddur.
10-cu yerdə “Jaguar XJ220” qərar tutub. 1993-cü ildən istehsalda olan bu avtomobil 349 km/saat sürətlə liderliyi uzun illər qoruya bilib.
Onun ardınca isə italyan “Ferrari Enzo” gəlir. İstehsalına 2003-cü ildə başlanan bu avtomobil 660 at gücündə V12 mühərriklə təchiz edilib. Rəsmi sürəti 349 km/saat olan bu avtomobilin sınaq zamanı 363 km/saata çatdığı da deyilir.
Bundan sonra isə V8 mühərrikli 886 at gücü ilə “Koenigsegg CCX” gəlir. Bu avtomobil 387 km/saat sürətlə hərəkət edə bilir.
Nəhayət hamının tanıdığı “McLaren F1”. bu avtomobilin də standart sürəti 386 göstərilsə də, sınaqlar zamanı 391 km/saatı keçə bilib.
“Saleen S7 Twin-Turbo”-nun isə 400 km/saata çatmasına cəmi 1 km/saat kifayət etməyib. Bu amerikan modeli 750 at gücü mühərriklə təchiz edilib.
Fransız alman ortaqlığının məhsulu olan !Bugatti Veyron 16.4!–ün iştahası çox böyükdür. Avtomobil tam sürətlə hərəkət edərsə 120 litrlik yanacaq çəni 12 dəqiqəyə tükənir. Avtomobil bu sürətdə 1 dəqiqəyə 45 000 litr hava sərf edir (normal insanın 4 sutkalıq tələbatı). Bu avtomobillə 408 km/saat sürətə çatmaq olar.
9ff GT9. “Porshe”-nin bazasında yaradılan bu avtomobil 8 may 2008-ci ildəki testlərdə 409 km/saat göstəriciyə nail oldu.
“Callaway Sledghammer Corvette”. 898 at gücü mühərrikə malik bu amerikalı almandan cəmi 1 km/saat daha sürətlidir.
“Shelby SuperCars Ultimate Aero TT”. “Bugatti Veyrona” rəqib olaraq hazırlanan bu amerikan modeli 414,31 km/saat sürətlə hərəkət edə bilir.
Nəhayət Top 10-un birinci pilləsində qərar tutan “Bugatti Veyron Supersport”. Bu avtomobil 434,2 km/saat sürətlə hələlik liderliyini qorumaqdadır.
Yenilənib:
dunyanin en suretli avtomobili bugatti veron speed 16.4matordu xebere geldikde ela idi
QESENG AVTOMOBILLERDI
LEONEL-207 burda her bu xebere rey yazana almalisan haaaaaaaa

necedi yaxcudu senuncun?
super… Allah her kese qismet etsin
bır masın vurgunu olaraq tesekkur edırem bu xebere gore
hamisi superdiii
COOOOOOOOX SUPER DIZAYNLARI VAR. HAMISIDA BIR BIRINNAN GOZELDI
Cox sag ol Rusim bu haqqda melumatim variydi..Bizlerle paylawdigin ucun tewekkurler
MENDE BU MASINLARDAN ISTEYIREM
ALLAH HAMIYA QISMET ELESIN
super… Allah her kese qismet etsin
heresinin oz yeri var.ellerin derd gormesin.cox sag ol.
cox sagol hamisi yaxwidi
NO BAD THANKS
Sagol Brat Xebere Gore Minnetdaram Super Mawindi