RAMAZANIN HOKMLERİ

alt

Orucun hökmləri

ORUC TUTAN ŞƏXSƏ MƏKRUH OLAN IŞLƏR

Məsələ 1398: Oruc tutan şəxsə bir neçə iş məkruhdur:

1. Gözə dərman tökmək;

2. Sürmə çəkmək , əgər dadı, iyi boğaza çatarsa;

3. Zəifliyə səbəb olan işləri görmək, qan almaq, hamama getmək kimi;

4. Burunotu çəkmək, əgər boğaza çatacağını bilməsə amma əgər boğaza çatacağını bilsə caiz deyildir;

5. Ətirli bitkiləri iyləmək;

6. Ehtiyata görə, qadının suda oturması;

7. Ehtiyata görə, qeyri-maye şeylərlə imalə etmək ;

8. Bədəndəki paltarları islatmaq;

9. Diş çəkdirmək, ağızdan qanın gəlməsinə və zəifliyə səbəb olan bütün işlər ;

10. Təzə çubuqla dişi fırçalamaq;

11. Məninin çölə gəlməsi qəsdi olmadan həyat yoldaşını öpmək, yaxud şəhvətini təhrik edən hər bir iş görmək. Amma məninin çölə gəlməsi qəsdi ilə olsa, orucu batildir.

Qəza və kəffarə vacib olan yerlər

Məsələ 1399: Orucu batil edən şeyləri bilərəkdən və məlumatlı olan halda yerinə yetirmək orucu batil etməklə yanaşı, qəza və kəffarəyə də səbəb olur. Lakin, məsələni bilmədiyindən olsa, kəffarəsi yoxdur, lakin, ehtiyata əsasən, qəzasını yerinə yetirsin. İnsanın qürubun olub-olmamasında şəkk etməsinin hökmü də belədir.

Məsələ 1400: Əgər bir şəxs məlumatsızlıq və məsələni bilməzlik üzündən, haram bildiyi işi yerinə yetirsə, lakin bu haram işin orucu batil etməsini bilməsə, ehtiyata görə, kəffarə ona vacibdir.

Orucun kəffarəsi

Məsələ 1401: Ramazan ayının orucunun kəffarəsi üç şeydən ibarətdir: 1-Bir qul azad etmək; 2-İki ay oruc tutmaq; – 3-Altımış fəqiri doyurmaq (Onların hər birinə bir müdd (təqribən, 750qm) buğda, arpa və bunlara oxşar qidalardan versə, kafidir). Bu günümüzdə qul azad etmək imkanı yoxdur. Bu baxımdan, iki şeydən birini icra etməyə ixtiyarı var. Həmçinin, buğdanın yerinə bir müdd miqdarında olan çörək də verə bilər.

Məsələ 1402: Əgər bu üç işdən heç birini yerinə yetirmək imkanı olmasa, neçə müddə imkanı çatsa, fəqirə verməlidir. Əgər buna da imkanı çatmazsa, on səkkiz gün oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, neçə günə imkanı çatsa oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, tövbə etməlidir. Qəlbində “Əstəğfirullah” deməsi də kafidir və sonradan imkanı çatdıqda kəffarə verməsi vacib deyil.

Orucun kəffarəsinin hökmləri

Məsələ 1403: Ramazan ayının orucunun kəffarəsi kimi iki ay oruc tutmaq istəyən bir kəs, vacib ehtiyata əsasən, onun 31 gününü ardıcıl tutmalıdır. Lakin, yuxarıda qeyd etdiyimiz 18 günlük orucu ardıcıl olaraq tutması lazım deyil.

Məsələ 1404: Əgər ardıcıl oruc tutmalı olan günlər arasında üzürsüz olaraq fasilə salsa, (orucların) hamısını əvvəldən başlamalıdır. Lakin, heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan getdikdən sonra davam etdirə bilər və yenidən başlaması lazım deyil.

Məsələ 1405: Əgər bir şəxs öz orucunu haram şeylə batil etsə, vacib ehtiyata əsasən, kəffarəsini cəm halda verməlidir. Yəni həm bir qul azad etməli, həm iki ay oruc tutmalı, həm də 60 fəqiri doyuzdurmalıdır (yaxud da onların hər birinə bir müdd-750 qram miqdarında olan yemək verməlidir). Əgər hər üçünü yerinə yetirmək imkanı olmazsa, mümkün olan qədərini yerinə yetirməlidir (İstər bu şey haram olsun şərab, zina kimi və istərsə də öz arvadı ilə heyz halında yaxınlıq etmək kimi olsun).

Məsələ 1406: Əgər oruc tutan şəxs Allah və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in adından yalan danışsa, cəm kəffarəsi deyil, bir kəffarə verməsi kafidir.

Məsələ 1407: Əgər oruc tutan şəxs ramazan ayının bir günündə bir neçə dəfə cima etsə, ona bir kəffarə vacibdir. Əgər onun ciması haram olsa, bir cəm kəffarəsi və həmçinin, əgər bir gündə bir neçə dəfə orucu batil edən başqa işləri yerinə yetirsə, hökmü eynidir.

Məsələ 1408: Əgər oruc tutan şəxs orucunu halal şeylə batil edib, sonra isə orucu batil edən haram bir iş görsə, vacib ehtiyata əsasən, hər biri üçün bir kəffarə verməlidir.

Məsələ 1409: Oruc tutan şəxs gəyirdiyi halda ağzına gələn şeyi udmamalıdır. Əks təqdirdə orucu batil olar, qəza və kəffarəsi var. Lakin, cəm kəffarəsi lazım deyil.

Məsələ 1410: Əgər bir şəxs müəyyən gündə Allah yolunda oruc tutacağını nəzir etsə və həmin günü bilərəkdən oruc tutmasa və yaxud öz orucunu batil etsə, kəffarə verməlidir (Onun kəffarəsi ramazan ayının kəffarəsi kimidir).

Məsələ 1411: Əgər etimadsız bir şəxsin “qürub olmuşdur” deməsi ilə iftar etsə və sonra məlum olsa ki, qürub olmamışdır, ona qəza və kəffarə vacibdir.

Məsələ 1412: Əgər orucunu bilərəkdən batil edib sonra səfərə çıxsa, kəffarə üzərindən götürülmür. Lakin, bilərəkdən orucunu batil etsə və sonradan heyz, nifas və yaxud xəstəlik kimi üzr qarşısına çıxsa, ona kəffarə vacib deyil.

Məsələ 1413: Əgər ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə və sonradan şəban ayının axırı olması məlum olsa, ona kəffarə vacib deyil.

Məsələ 1414: Həmçinin əgər bir şəxs ramazanın axırı, yaxud şəvvalın əvvəli olduğunda şəkk etdiyi halda qəsdən orucunu batil etsə və sonradan bayram günü olduğu məlum olsa, kəffarəsi yoxdur.

Məsələ 1415: Əgər oruc tutan şəxs ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, əgər onu məcbur edibsə, həm özünün, həm də arvadının kəffarəsini verməlidir. Amma əgər o cimaya razı olsa, hər birinə bir kəffarə vacib olur. Əgər orucu batil edən digər şeylərə məcbur etsə, günah etmişdir, amma kəffarə isə heç birinə vacib deyil. Lakin, orucunu yeyən şəxs qəzasını tutmalıdır.

Məsələ 1416: Oruc tutan qadın, oruc tutmuş ərini cimaya məcbur etdiyi halda yalnız bir kəffarə ona vacibdir və ərinin kəffarəsini verməsi lazım deyil.

Məsələ 1417: İlk halda cima etməyə məcbur edilən, lakin cima əsnasında bu işə razı olan qadının əri, vacib ehtiyata əsasən, iki kəffarə verməlidir. Qadına isə yalnız qəza vacib olur.

Məsələ 1418: Səfərdə olmaq və ya xəstəlik səbəbi ilə oruc tutmayan bir şəxs arvadını cimaya məcbur edə bilməz. Amma məcbur etsə günah etmişdir, lakin onun da kəffarəsini verməsi lazım deyil.

Məsələ 1419: Kəffarənin dərhal verilməsi lazım deyil. Lakin, “səhlənkarlıq edir” deyiminə səbəb olmamalıdır.

Məsələ 1420: Kəffarəni ödəməməyin üstündən neçə ilin keçməsinə baxmayaraq heç nə ona əlavə olunmaz.

Məsələ 1421: Orucun kəffarəsi üçün 60 fəqirə yemək verməyi seçən bir şəxs hər birinə bir müdd (təqribən, 750 qm) yemək verməlidir. Bir neçə nəfərə bir müdd- 750 qm (yemək) verə bilməz. Lakin, 60 fəqiri tapmadığı zaman bu işi görə bilər. Həmçinin, fəqirin yeməyi öz ailəsinə aparıb onlarla birlikdə yediyini yəqin etdiyi zaman ona ailə üzvlərinin hər biri üçün, hətta azyaşlı olsalar belə, bir müdd-750 qm yemək verə bilər.

Məsələ 1422: Ramazan ayının orucunun qəzasını tutan bir şəxsin zöhrdən sonra orucunu batil etməsi caiz deyil. Bu işi bilərəkdən gördüyü halda isə 10 fəqirin hər birinə bir müdd – 750 qm yemək verməlidir. Bunu bacarmadığı halda üç gün ardıcıl oruc tutmalıdır.

Orucun yalnız qəzası lazım olan yerlər

Məsələ 1423: Bir neçə halda orucun yalnız qəzası lazım olur, kaffarə isə vacib deyil:

1. Ramazan ayının gecələrinin birində cənabətli olub yatsa və sonra oyansa və sonra yenə də ikinci və yaxud üçüncü dəfə üçün yatıb oyanmadığı halda, vacib ehtiyata görə orucun qəzasını tutmalıdır. Lakin, birinci yuxudan oyanmasa, qəzası yoxdur və orucu da düzgündür.

2. Əgər orucu batil edən əməllərdən yerinə yetirməsə lakin, oruc niyyəti etməsə və ya orucunu yeməsini qəsd etsə və yaxud riyakarlıqla orucunu batil etsə.

3. Vacib ehtiyata əsasən, əgər ramazan ayında cənabət quslunu unudub, o hal ilə bir və ya bir neçə gün oruc tutsa;

4. Ramazan ayında sübhün açılıb-açılmamasında araşdırma aparmadan orucu batil edən bir iş görsə və sonradan sübh olduğu məlum olsa; Habelə əgər araşdırma aparandan sonra sübh olmasını güman və yaxud şəkk etsə. Lakin, araşdırma apardıqdan sonra sübh olmamasına yəqin edib, bir şey yesə və sonra sübh olduğu məlum olsa, qəza vacib deyil.

5. Bir şəxs “sübh olmayıb, hələ vaxta var”, desə və insan onun dediyinə əsasən, orucu batil edən bir iş görsə və sonra sübh olduğu məlum olsa, burda da qəza lazımdır. Lakin, araşdırma apardıqdan sonra sübh olmamasına yəqin edib, bir şey yesə və sonra sübh olması məlum olsa, qəza vacib deyil.

6. Bir şəxs “sübh olmuşdur” desə və insan onun sözünə yəqin etməsə, yaxud zarafat etdiyini güman edərək orucu batil edən işlərdən görsə və sonra sübhün açıldığı məlum olsa;

7. Əgər bir adil şəxs qürub olmasını xəbər versə və onun dediyinə əsasən iftar etsə və sonradan qürubun olmaması məlum olsa;

8. Əgər təmiz havada qaranlıq səbəbi ilə qürub olmasını yəqin edib iftar etsə, sonradan qürub olmaması məlum olsa;

9. Sərinləmək qəsdi ilə və ya heç bir səbəb olmadan suyu ağzında qar-qara etdikdə ixtiyarsız olaraq onu udsa, qəza etməlidir. Amma əgər oruc olduğunu unudub suyu udsa və yaxud dəstəmaz üçün suyu qar-qara edəndə ixtiyarsız olaraq udsa, ona qəza vacib deyil.

10. Bir şəxs öz arvadı ilə mazaqlaşsa və istimna məqsədi olmadan ondan sperma çölə gəlsə. Lakin, əgər bu işlə spermanın gəlməməsinə əmin olub, təsadüfi halda sperma xaric olsa, orucu düzgündür və qəzası da yoxdur.

Qəza lazım olmayan yerlər

Bir neçə halda orucun qəzası lazım deyil:

Məsələ 1424: a) Maye olmayan şeyi ağzına qoyub, ixtiyarsız olaraq udsa və yaxud burnuna su çəkdiyi halda ixtiyarsız olaraq onu udsa;

b) Ramazan ayında araşdırma apardıqdan sonra sübhün olmamasını yəqin edib, bir şey yesə və sonradan sübhün olması məlum olsa;

v) Oruc olduğunu unudaraq suyu udsa;

q) Dəstəmaz aldıqda ağzına su alıb, ixtiyarsız olaraq onu udsa;

ğ) Bir şəxs arvadı ilə mazaqlaşdıqda spermanın gəlməməsinə əmin olduğu halda ondan təsadüfən sperma xaric olsa;

d) Ramazan gecəsində cənabətli olduğu halda yatsa və birinci yuxudan oyanmasa.

Məsələ 1425: Oruc tutan şəxsin çox qar-qara etməsi məkruhdur. Qar-qara etdikdən sonra ağzında olan əlavə suyu boşaltmalıdır. Çox yaxşıdır ki, üç dəfə ağzındakı suyu boşaltsın. Əgər qar-qara etdikdə ixtiyarsız olaraq suyun boğaza getməsini bilsə, qar-qara etməməlidir.

qeribelik

Şərhlər:

  1. gulshan dedi ki:

    cox saq ol super xeberdi Allah razi olsun

  2. BEAUTIFUL_LIFE dedi ki:

    twkler super xeberdi cox sagol

  3. New_Moon dedi ki:

    Allah Razi Olsun Sagol

  4. ATILLA dedi ki:

    ELLERINE SAGLIQ.COX SAGOL OL.TWK

  5. Angelocka dedi ki:
    Cooooox tewekkurler wirinim..Allah savaba yazsin inwAllah…Cox gozel xeber idi..Deyerli melumatlara gore minnetdaram canim..
  6. ADMIRAL-711 dedi ki:

    Allah savabina yazsin.cox sag ol.

  7. Cristi dedi ki:

    Allah Orucunuzu Qebul Etsin!

  8. Leonel-207 dedi ki:
    gece redakte ederken oxumuwam…cox lazimli ve vacibdir…Allah cemi muselmanlarin namaz ve oruclarini qebul etsin…
  9. Ayselka dedi ki:

    cox sagol bilmediklerimizi oyrendik

  10. ayka21 dedi ki:

    coooox sagolun xabara gora applause

  11. xerceng dedi ki:

    berekallah Gunel

  12. Wounded_Heart dedi ki:

    sagol eladi

  13. МиниК_Сердце dedi ki:

    twkler