Arıq xanımlar öz eyiblərini necə gizlətməli?

alt

Boyca ucaboy və bədəncə arıq xanımlar paltar seçərkən xüsusilə diqqətli olmalıdırlar. Məsələn, belə görkəmə malik xanımlar dar-dütdək, qısa və yarıq ətək geyinəndə bədən quruluşlarında olan əyər-əskikləri daha da qabartmış olurlar. Məsləhətimiz məhz bu barədədir.

Çox enli geyimlər geyinməyin: arıq bədən quruluşu və formasız enli paltarlar arasındakı kontrast sizin arıqlığınızı daha da qabarıq göstərəcək.

Çox dar geyinməyin: dar vodolaz və şalvarlardan imtina edin. Bədənə kip oturmayan paltarlara üstünlük verin.

Qara rəngdə həddi aşmayın: qara şalvar və ya qısa qara don arıq və ucaboy xanımlara yaraşa bilər. Ancaq qara şalvarla dar qara toxunma yun köynək geyinsəniz – bu qara rəngin “ağını çıxarmaq” olar. Topuğa qədər dar şalvarları və losinləri qarderobunuzdan çıxardın. Onlar arıq ayaqları daha çox nəzərə çarpdırır. “İsti” rəngli klas şalvarlar və açıq rəngli cinslər geyinin, cəlbedici kəmərlər taxın.

Sizə açıq rəngli, sürtlümüş cinslər, ağ və ya klas şalvarlar yaraşar.

Müxtəlif obrazlar yaradın: köynək və ya jaket, vodolazka, pencək və şarf, don və pencək. Həmin obrazlara detallar da əlavə etmək olar– kəmər, asma bəzəklər, şarf, yaylıq.

Əgər öz formanızı bir qədər girdə göstərmək istəyirsinizsə, eninə zolaqlı cemperlər, büzməli, sinəsində naxış və ya cib olan jaket və ya bluzlar, uzunluğu dizdən olan büzməli və ya qırçınlı ətəklər, düz klas şalvarlar geyinin. Diaqonal damalı, iri xallı və ya iri toxunuşlu parçalara (bukle, tvid) üstünlük verin.

Yarıqlı dar uzun ətək, vertikal zolaqlı parçalar, dar şalvarlar, streyç, dərin kəsimli və topuğa qədər uzun paltarlar sizi daha arıq göstərə bilər.

İncə klas ayaqqabılar geyinin, “platforma” tipli və ya iri ayaqqabılardan qətiyyən istifadə etməyin. Çox həcmli saç düzümlərindən də çəkinin ki, nazik boynunuzda zəncirotu çiçəyi kimi görsənməsin.

Yazı «Cazibədar görünmək üçün necə geyinməli?» kitabından götürülüb.

KIVANC

Şərhlər:

  1. El3ktra dedi ki:

    Eshi hec dexli var?
    Neyemse oyam da.Kimese yalvariram mene baxsin?
    Kompleksim yoxdu.
    Tesekkurler!

  2. МиниК_Сердце dedi ki:

    pf.. mda uj,..

  3. gulare zeynal dedi ki:

    men o qeder de ariq deyilemm…ona gore de bele problemlerim yoxduu…ewwiii…vabwe kompleks neye lazimdi eee…?

  4. aznetin_gozeli dedi ki:

    Ne cox ariq ne cox kok olmaq lazimdir, caliwmaq laizmdir ki, ilk iwimiz mehz ele formada qalmaq olsun,yox eger bu alinmirsa, ya heeden artiq ariq, ya hedden artiq kokukse onda bize teklif edilen meslehetlere goz atmaliyiq.
    Amma wukur mende bele bir problem yoxdur,
    tewekkurler Kivanc

  5. Ayselka dedi ki:

    ariq deyilem normalam paltarimda super qalir cox sagol

  6. Cristi dedi ki:

    cox sagol dostik girl_ang

  7. RED DEVIL dedi ki:

    HM MARAQLI XEBER IDI COX SAGOL

  8. KIVANC dedi ki:

    SİZDE SAG OLUN DEYESEN BEYENEN OLMADİ HEC

  9. qeribelik dedi ki:

    ALLAH İNSANI NECE YARADIBSA,O DA GOZ QABAGINDADIR.AMMA BEZEN ELE İNSANLAR ELE GEYİMLERDEN İSTİFADE EDİRLER Kİ,………
    XBRE TSKLER.MARAQLI İDİ

  10. Badi_Seba dedi ki:

    men eybimi gizletmirem neyemse buyam :))

  11. Melekcik dedi ki:

    Ariq ya kok esan insanin sevdiyi geyim ona yarawsa ariq olsun kok olsun qeweng gorunecey ama elede kok olmag lazim deyil normal olcu yaxwidi..birdeki ALLAH ne olcu verib bize ona wukur etmek lazimdi nawukir olmayaq..tewekkurler

  12. Avtosh_227 dedi ki:
    twk xebere gore.deyesen sehv xebere girmiwem ee happy
  13. BEAUTIFUL_LIFE dedi ki:

    duzdu,insan gerek ozune yarawani geyinsin menim heddinden artiq ariq olanlardan o qeder de xowum gelmir ama bu o demek de deyilki insan gerek kok olsun.yox,sadece normal olsun da insan normal olcude olanda onun giyindiyi herwey yarawacaq xebere gore twkler

  14. taliya dedi ki:

    Elbetdeki insan ele geyinmelidirki geyim ona yarassin, amma hami bunu fikirlesmeyib bu debdedir deyib yarasdi yarasmadi hemin geyimi geyinir .bu duzgun deyil mence . nono

  15. ayka21 dedi ki:

    man arigam va hec bir eyibim da yoxdu. bunun ucun coooox sukur ediram har gun ALLAHA.

  16. _Cinbala_ dedi ki:

    camaat ariqlasir ariq niye ozunu gizletmelidiki…xanimlar ele ariq olmalidi…