Həyat adlı bir oyun

alt

Həyat – qaydasız oyundur. Və sənin yalnız bir dəfə cəhd etməyə şansın var.

Sən seçimində azadsan, çünki həyat – azadlıqdır.

Yalnız sən özünü çərçivəyə salıb, azad həyata əsirlikdən kimi baxa bilərsən.

Həyat oyununda hər kəs üçün fərdi rol ayrılıb, və sən bu oyunun gedişatına cavabdehsən.

Həyat oyunu kralın ölümü ilə bitmir, əksinə davam edir, və hətta qalib gəlir.

Həyat oyunçuları uydurma və yalanlardan qumarbazlardan daha çox istifadə edirlər.

Həyat oyununda nişanlanmış kartlar yoxdur, amma damğalanmış oyunçular var.

Sən hər an həyatını dəyişə bilərsən. Yetər ki, öz daxili güvvəni özün üçün kəşv edəsən. Öz gücünə inanasan və sənə ayrılan zamanı qiymətləndirib həyatını yaxşılığa doğru yönəldəsən.

İnsanın təxəyyülü, arzuları – onun həyatının əsasıdır, binövrəsidir. Bir çox hadisələrin gedişatı bu təməlin möhkəmliyindən asılıdır.

Sənin arzu-istəklərinin pozitiv gücü onları daha tez gerçəkləşdirə bilər.

Calış düzgün nişan al, arzulamaqdan əvvəl “yüz ölç – bir biç”. Ehtiyatlı ol – arzu – reallığa çevrilə bilər. Və sən buna hazır olmalısan!

Hərdən insan illərlə arzuladığını əldə edəndən sonra həyatının mənasını itirir.

Məsələn, bir sxem

“Möcüzə” arzusu “möcüzə” gerçəkləşəndən sonra

1.“Ali məktəbə qəbul olmaq” “Həvəssiz oxuyub, kafi qiymətlərlə bitirmək”

2.“Sevdiyin insanın məhəbbətini qazanmaq” “Hisslərin soyuması, laqeydlik, ayrılıq”

3. “Nişan, toy-düyün” “Adilik, əsəbilik, gərginlik, boşanma”

4. “Ana olmaq” “Məişət problerindən tez yorulma, pərt hall”

5. “Müsabiqədə birincü olmaq” “yalnız dost-tanış arasında tanınan”

Cədvəlin açıqlanması-səbəblər

1. Abituriyent imtahana hazırlaşanda – yaxşı həkim, müəllim, iqtisadçı olmağı arzulamır. O, sadəcə, tələbə olmaq istəyir. Bu səbəbdən, universiteti həvəssiz bitirib özünə uyğun iş tapa bilmir. Axı onun hədəfi “Ali məktəbə qəbul olmaq” idi. Sonrasını düşünmədi – bu da gözəl arzunun nəticəsi…

2. Gənc qızlar, oğlanlar bir-birinin ovsununda yalnız öz məqsədlərini düşünürlər: “O, mənim olmalıdır!”.Qarşılarındakı maniələri, çətinlikləri keçmək onlar uçun oyunun mərhələsi kimidir. Yalnız əldə etdikdən sonra oyanıb yanlarında yad bir insan görürlər. Çünki, məqsədləri o insanı qazanmaq idi, onun yaxından tanımaq yox.

3. Hər bir qız toy günü arzusu ilə yaşayır. Onda belə bir sual yaranır: “Bəs nə üçün boşanmaların sayı çoxalır?” Çünki, xanımlar, ailə həyatının çətinliklərini düşünmürlər. Nə həyat yoldaşlarına, nə də ki, onun qohun-əqrabasına güzəşt etmək istəmirlər. Halbuki, ailənin birinci qanunu – güzəşt etmək bacarığıdır! Bax belə gözəl, heyranedici, cazibədar, füsunkar toy məclisinin səbəbkarları ayrılmaq təhlükəsi ilə rastlaşırlar.

4. Qadın Ana olmaq arzusu ilə yaşayır, 9 ay səbirsiz gözləyir, balasını qucağına alanda – dünyanın xoşbəxti olur… Bəs nə üçün uşaqlar, döyülür, söyülür, uşaq evlərində atılmış uşaqların sayı artır? Çünki, bəzi xanımlar ana olmağı “evcik-evcik” oyununa bənzədirlər. Uşaq onların gəlinciyidir. Bezdirsə – atıb, başqa oyun oynayacaq.

5. Respublikada bir çox müsabiqələr keçirilir. İlk gündən iştirakçılarının arzusu daha böyük yarışmalara qatılmaqdansa – burda 1-ci olmaq olur. Bəs sonra? Məqsədsiz qalıb, bir anda sadə, maraqsız adama çevrilirlər.

Bəzən arzu sahibi “mö’cüzə”nin təsirindən özünü itirir. Bundan sonra necə yaşayacağını bilmir. Axı o, sonrakı addımları hesablamamışdı!

Həyatın bir neçə qanunlarından birini yadda saxla:

– sənin xoşbəxtliyin yalnız sənin əlindədir. Həmçinin uğursuz nəticənin də məhsuliyyətini sən daşıyırsan;

– Həyat naməlum gedişatı ilə gözəldir. Hər şey yaxşılığa doğrudur!

– Hərəkət et! HƏYATININ SULTANI OL!

KIVANC

Şərhlər:

  1. gulshan dedi ki:

    cox marqli menali sozlerdi….her kes oxusun….ellerine saqliq qaqash

  2. МиниК_Сердце dedi ki:

    cox sag ol xebere gore. =)

  3. ayka21 dedi ki:

    cooox sagol xabara gore.

  4. ADMIRAL-711 dedi ki:

    heyat gozeldir yawadiqca dahada gozellewir)).cox sag ol xebere gore.

  5. Leonel-207 dedi ki:

    heyat heqiqeten sadece bir sinaqdir…omrun sonunadek bu sinaqlardan kecirsen…hamiya sinaqlardan uzu ag cixmagi arzulayiram…xebere gore cox sag ol…

  6. Ayselka dedi ki:

    H

    əyat – qaydasız oyundur. Və sənin yalnız bir dəfə cəhd etməyə şansın var.
    Sən seзimində azadsan, зьnki həyat – azadlıqdır.
    COX SAGOL
  7. _Cinbala_ dedi ki:

    cox sagol xebere gore…

  8. RED DEVIL dedi ki:

    COX SAGOL,BASQA YERDE OXUMUSAM

  9. New_Moon dedi ki:

    – Həyat naməlum gedişatı ilə gцzəldir. Hər şey yaxşılığa doğrudur!
    – Hərəkət et! HƏYATININ SULTANI OL!
    Cox Sagol Eladi

  10. BEAUTIFUL_LIFE dedi ki:
    twkler maraqlidi oxudum
  11. KIVANC dedi ki:

    heart gulshan heart ,
    SAG OL CANIM BACIM ELLERIN SENINDE AGRIMASIN

  12. ::HappilY:: dedi ki:

    super xeberdi ellerine saglik cox sagol….