Hanı o baxışlar?

alt

Çox düşündüm…

Sən mənə “artıq sevmirəm mən səni” dediyin gün çox fikirləşdim olanları…Hələ indi fərqinə çatdım ki,sən əslində heç sevməmisən.Hər gün gözlərinin içinə baxarkən onların içində mənə olan sevgini gördüyümü sanmışam.

Dünən anladım ki,mən əslində çox böyük bir səhv etmişəm.

Yanılmışam…

Yanılmışam sevgidə.

Yanıltmısan sevgidə…

Çox uzaq deyil,dünəni gətirirəm gözümün önünə.O kəlməni,sevmirəm sözünü dediyin günü…

Hər zamankı həvəslə səninlə görüşdüyüm və olacaqlardan xəbərsiz olduğum günü…

Heç nə anlamadım əvvəlcə.Heç gözlərindəki işığın tədricən söndüyünü də görmədim.Yalançı bir sevginin ağuşuna atırdım yenə özümü.Yenə özümü aldatmaqçün gəlmişdim yanına.

Aldadıldığımı bilmədən özümü aldatmaqçün…

Axı nə biləydim ki,bu günə qədər mənə dediyin Səni Sevirəm-in içindəkilərdən biri yalandı?

Ya məni sevməmisən,ya da ki heç sevməmisən…

Artıq buna qarşı çıxa bilmərəm.Çünki sevməyəni necə sevdirim?

Sevgini anlamayana necə izah edəsən bu sevginin sehrini?

Bu əvəzolunmazlığı hər daşürəkli necə başa düşə bilər axı?

Sevgidən bilə-bilə özünü məhrum edənə kim nə deyə bilər?

O gün ilk bu sualı verdim özümə…

İlk dəfə sənin gözlərinə bu qədər diqqətlə baxandan sonra,–hanı o gözlərindəki mən?—deyə sənə sual verdim…

Nə biləydim ki,mən o gözlərdə heç olmamışam.

Bəs necə dözdün bu yalançı eşqə?

Necə hər gün mənə o iki sözü qoşalaşdırıb dedin?

Ağlaya bilmirəm.Beynim də donub sanki.

Heç nə düşünə bilmirəm,məni anlamırsan ki?

Görə bilmirsən axı nə çəkirəm bu dəqiqə,

Əzab verir bu an mənə,tikan sanki gözlərindəki…

Bilirsən indi hardayam?Gəl deyim sən də bil!

Qaranlıq otaq,ümidlər qəbiristanlığı,

Puç olmuş,yarıda qalmış sevgilərin məzarlığı,

Səadəti göz oxşayan,amma qara qəpik qiymıtsiz,

Budur anladım mən bu gün sevənin nadanlığı,

Borc qoyulub boynuma bu gündən aramsız göz yaşları…

Get indi…

Amma unutma ki,bu ümidlər qəbiristanlığında,bu sevgi məzarlığında hər gün sənin yolunu gözləyəcəyəm…

Hər gün tükənməyən ümidlə gözləyəcəyəm…

gulshan

Şərhlər:

  1. Ipek dedi ki:

    ilk rey mennen,ellerin agrimasin canim

  2. Wounded_Heart dedi ki:

    super xeberdi tesekkurler applause

    cox sagolun xebere gore

  3. gulshan dedi ki:

    rey yazan elleriniz var olsun

  4. taliya dedi ki:

    tesekkur cox insanin diline getirmediyi sozlerdir applause

  5. Cristi dedi ki:

    cox sagol baciw

  6. Leonel-207 dedi ki:

    eziyyetin ucun cox sag ol…

  7. BEAUTIFUL_LIFE dedi ki:

    super oxudum twkler baciw wirin opucuk

  8. New_Moon dedi ki:

    Get indi…

    Amma unutma ki,bu ьmidlər qəbiristanlığında,bu sevgi məzarlığında hər gьn sənin yolunu gцzləyəcəyəm…

    Hər gьn tьkənməyən ьmidlə gцzləyəcəyəm…

  9. ayka21 dedi ki:

    coooox sagol baciska

  10. Angelocka dedi ki:
    heart gulshan, heart
    Tewekkurler baciw..Cox mena dolu sozler idi ellerine sagliq opucuk

    Gozler qelbin aynasidir..Ve onlar bezen cox soz deyir..Ele bele sozler yox dogru sozler...Onu derinliyindeki cazibeye qapilib baxan insan anlaya biler…Sevgi dolu gozel her zaman derin olar..Icerisindne cixmaq qeyri mumkundur…

  11. _Cinbala_ dedi ki:

    cooox sagol

  12. gulshan dedi ki:

    Ipek,
    ilk rey mennen

    tebrikler =))))) greeting

  13. МиниК_Сердце dedi ki:

    tewekkurler