Borcum nə qədərdir?

Borcum n601; q601;d601;rdir?

Soyuq bir qış gecəsində evə dönərkən, sərxoşa bənzəyən bir adam gördüm. Bir sağa bir sola çapalayırdı və yanındakı dirəyə sarılmışdı.

Bir vitrinə baxırmış kimi edərək göz ucuyla onu seyr etdim. Yaşı 30-dan çox olardı. Ona tərəf bir az daha yaxınlaşdım. Üstü-başı son dərəcə təmiz idi. Yanından keçən bəzi kəslər, yüksək səslə danışaraq içki içmənin pisliyindən bəhs edir, bəziləri də lağ edib gülürdülər.

Yavaşca yanına gedib:

– Yaxşısınızmı? -deyə soruşdum. Bir ehtiyacınız varmı?

Dodaqlarından, iniltiyə bənzəyən tək bir söz çıxdı:

– Xəstəyəm!..

Yerə yıxılmaması üçün, bir qolumu belinə dolayaraq taksi gözləməyə başladım. Axşam vaxtlarında kəsilən qar təkrar yağmağa başlamış və yavaş-yavaş buzlanmağa başlayan yollarda, bir-biriylə yarışan küçə itlərinin xaricində bir həyat əlaməti qalmamışdı.

Avtomobil tapmaqdan ümidimi kəsdiyim sırada, yanımda bir taksi dayandı. Sürücüyə vəziyyəti izah edərək tələsməmiz lazım olduğunu söylədim. Xəstəmizi arxa kresloya yatırdaraq xəstəxanaya apardıq və köçürülən sistem qurtarana qədər başında gözlədik.

Növbətçi həkim, xəstəni heç olmasa donmaqdan qurtardığımızı ifadə edir, gənc adam isə, hələ danışa bilmədiyi üçün, bizə baxıb gülümsəməklə kifayətlənirdi. Sürücü də yanımda idi… Xəstəmiz bir müddət sonra özünə gəldi. Onu təkrar avtomobilə mindirib evinə apardıq.

Xəstəmizin yoldaşı, onun tez-tez şəkər komasına girdiyini bildiyindən dəhşətli bir çaxnaşmaya düşmüşdü və oğulunu da götürərək küçəyə çıxmışdı. Bizi görüncə qaçaraq yanımıza gəldilər və böyük bir sevinc içində qucaqlaşdılar.

Saatlarla sürən yorğunluğumuzdan əsər belə qalmamış, bizə necə təşəkkür edəcəyini çaşan o ailənin xoşbəxtliyi qarşısında gözlərəmiz dolmuş idi.

Əllərimizə sarılaraq bizi yola saldıqlarında, sürücüdən “Borcum nə qədərdir?” -soruşdum.

Başını yelləyərək:

– Borclu deyil, Borc verənsən Dostum!.. -dedi. Çünki belə bir yaxşılığa məni də ortaq etdin. Amma bəlkə də iyirmi ildir ağlamaəı unudan bir adama bu gözəl duyğunu xatırlatdığın üçün, borc verən vəziyyətə düşdün.

O mərd adamla qucaqlaşıb ayrılarkən, gecənin ayazını hiss etmir və evimə piyada dönmək istəyirdim.

Kim bilər? Bəlkə də yolumun üzərində, köməyimi gözləyən bir insan daha tapa bilərdim…

Avtosh_227

Şərhlər:

  1. _Cinbala_ dedi ki:

    hekayeye gore sagol

  2. Angelocka dedi ki:
    Hekaye cox ibretamiz ve son derece bezi insanlarimiz ucun ozune musbet netice cixaracaq bir hekaye idi..Belkede indi insanliq, merhemet yox derecesine gelib cixib. Ama her ne olursa olsun unutmayaq!! Insan 5 deqiqeden sonra bile bilmez ki bawina ne gele biler. Her bir insanin ureyinde merhemet hissi, sevgi hissi vardir. Ama bezilerinde bu gozel hissler inkwaf etmeyib. Onun yerine sadece nifret, kin, pis hissler inkwaf edib. Belkede bunda gunahkar ozudu. Insanlar hansi hissleri ozunde daha cox gorurlerse o hissleride ozlerinde inkwaf etdirirler.Menfileri daha cox oz iclerinde ureklerinde besleyirlerse o daha cox inkwaf edecek. Yox eger musbeti secib insna kimi insan olmaq isterlerse oda inkwaf edecek insanin icerisinde. Indi ise bezi insanlarda merhemet hissinin M herifi bele yoxdu. Men bunu duwunende cox teeccublenirem. O nece ola biler bir insanin ureyi ola ola nece olur ki kimese merhemeti rehmi gelmir. Kimese komeklik etmekden pislik edir. Allah hec kimin ureyindeki merhemet ve rehim hissini yox etmesin. Bu insan ucun boyuk bir faciedir..Tewekkurler meymuwum opucuk ..
  3. ...::EMERALD::... dedi ki:

    COX MARAQLIDIR/ELLERINE SAGLIQ

  4. qeribelik dedi ki:

    Dodaqlarından, iniltiyə bənzəyən tək bir sцz зıxdı:
    – Xəstəyəm!..

    SAQ OL SENOSH

  5. BEAUTIFUL_LIFE dedi ki:

    ay da super..indi bele adamlar qalmayib..mawinin tekeri partlayib yolda qalan adama bele duwub komek eden yoxdu indiki dovrde….indiki bezi bezi adamlar pis veziyyetdeki adama sadece gulub kecirler…ama duwunmurlerki onlarda ne vaxtsa o hala duwe bilerler…

  6. Cristi dedi ki:

    coxxxxxxxxx sagol dostik girl_ang

  7. RED DEVIL dedi ki:

    MARAQLI,IDI COX SAGOL

  8. ayka21 dedi ki:

    maraqli hekaye idi. cooox sagolun book

  9. KIVANC dedi ki:
    ЗOX SUPER SAG OL MİNNETDARAM
  10. Ipek dedi ki:

    qewey,xowuma geldi,twk

  11. BLACK STAR dedi ki:

    coxx maraqli idi…..xebere gore saolun

  12. TORANLIQ dedi ki:

    maraqli idi teki bele komek edenler daha cox olsunlar ve edenden sonra bunu reklam etmesinler

  13. Ayselka dedi ki:

    cox super idi maraqliydi sagol

  14. New_Moon dedi ki:

    O mərd adamla qucaqlaşıb ayrılarkən, gecənin ayazını hiss etmir və evimə piyada dцnmək istəyirdim.
    Maraqli Idi Cox Sagol Eziyyete Gore

  15. N_I_C_L_E dedi ki:

    hmm cox maraqli hekayedir…Bugun menimde bashima bele 1 hadise gelib…ne ise…hekayeye gore coox saol

  16. МиниК_Сердце dedi ki:

    hm…. sps