EY RAMAZAN!!!

alt

Xoş gəldin, görəsən bizləri xoş gördünmü ey Ramazan?

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Ey Ramazan!

Ey içində min aydan daha xeyirli bir gecənin olduğu mübarək ay!

Ey Qurani-Kərimin doğum ayı, ayların daha çox gül qoxusu verəni!

Xoş gəldin!

On dörd əsirdir hər il gəlirsən. Hər gəldiyində də min-bir ümidi bağrında saxlayaraq bizləri şad edirsən. Hər gəldiyində, gətirdiklərinə qarşılıq tapacağını ümid edərək gəlirsən. Ən əsası, bizim üçün xoş olan şeyləri daha da xoş, pis olan şeyləri də xoş etmək üçün bizləri salamlayırsan.

Kim bilir ki, keçmişdə nə xoş gəlişlərin olmuşdur. Səni başı dik, alnı açıq, əli açıq, üzü ağ, ürəyi dolu, sözü və özü düz möminlər qarşılamışdır!

Sən onlar üçün xoş idin, onları da hər zaman xoş gördün!

Onların əllərində, dillərində və həyatlarının hər sahəsində Quran var idi. Onlar əvvəlcə Quranı öldürüb, daha sonra doğum ayını qeyd etmirdilər. Hər gələn Ramazan, onlar üçün vəhiylə imzalanan bir sövdələşmə idi.

Qurani-Kərim onların təsəvvürlərini, ağıllarını və şəxsiyyətlərini inşa edən bir vasitə idi. O möminlər isə həyatı, həyatın uçulub-dağılmış, xaraba qoyulmuş, təhrif edilimiş sahələrini yenidən quran insanlar idilər.

Sənin xoş gördüyün nəsillər, həyatın hansı tərzdə davam edəcəyini özləri müəyyən edirdilər. Başqalarının təyin etdiyi həyat tərzini bir mənalı olaraq rədd edirdilər.

Onlar həyatın köləsi deyil, bəyləri idilər…

Onlar həyat şərtlərinin uşaqları deyil, onların valideynləri idilər. Çünki həyat şərtlərini onlar özləri müəyyən edib, təsdiqləyirdilər…

Və nəhayət….

11 avqust 2010-cu il… Sən yenə də gəldin… Hər zaman olduğun kimi, xoş gəldin…

Ancaq bu dəfə məni bir sual düşündürür: “Bizlər barədə xoşgümansanmı, ey mübarək Ramazan?”.

Ürəyimdən belə bir fikir keçdi: “Yox, sən bizdən razı deyilsən. Bizi o nəsillər kimi görmədiyin, sənə qarşı laqeyid olduğumuz üçün bizdən razı deyilsən”.

Kim bilir? O gördüyün şərəfli nəsillərdən sonra, möminləri indi bu halda görməyin sənə necə pis təsir edir?

Kim bilir? Necə yaralar və yaralı qəlblər gördün?

Ancaq müsəlmanları bu günkü kimi heç bir zaman görmədin…

Bir milyard yarımlıq bir ailəni belə qəmgin, dağınıq, parçalanmış, ümidsiz, iradəsiz, cansız, ədalətdə görmədin…

Ey Ramzan! Heç möminlərin bu tərzdə əzildiyini, zülmə məruz qaldığını, təhqir edildiyini xatırlayırsanmı?

Bu möminlərə diqqətlə bax, ey Ramazan! Qəlbləri xarab, evləri uçulmuş, kəndləri viran qoylmuş, ən betəri, ağılları və əqidələri əllərindən alınmış möminlər… Səni qarşılamağa nə üzləri var, nə taqətləri!!!

Artıq sənin möminlərin bəşəriyyətin döyünən ürəyi deyil! Onlar artıq dünyaya hakim olmaq, ədaləti yenidən bərpa etmək arzusunda deyillər. Onlar artıq başqa mədəniyyətlərin çaylarında çöpə dönmüş, sağ-sola çırpınaraq axmaqda davam edirlər. Bəziləri isə sənə və sənin təmsil etdiyin dəyərlərə xəyanət etməyi daha ağıllı bir metod kimi qəbul edir.

Bir zamanlar dinsizlərin aç-yalavacların doyuran müsəlmanlar, indi bu insanların bir parça çörəyinə möhtacdırlar. Bir vaxtlar başqalarının yaralarını sarıyanlar, indi öz yaralarını sarımaq üçün məlhəm belə tapa bilmirlər. Bir vaxtlar iman bayrağını addım-addım dünyanın müxtəlif yerlərinə daşıyan müsəlmanlar, indi ürəklərini fəth etməkdə acizdirlər…

Sənin varlıq səbəbin olan Quranla izzətli olmağı bacarmayanlar, bu eyiblərini gizlətmək üçün Qurana rüşvət vermək niyyətindədirlər. Heç düşünə bilirsen ey Ramazan! Quranın doğum ayını qeyd edəcəklər ancaq həyatlarında, əllərində, evlərində, küçələrində Qurandan əsər-əlamət olmayacaq!

Ey Ramazan! Biz belə bir vəziyyətdə ikən, vaxtında gəldin! Xoş gəldin! Ancaq bizi yene de xoş görmədin! Səndən istəyim budur ki, bizdə xoş görmədiyin əməlləri düzəldib sonra bizlə vidalaşasan! Məgər bu sənin gəliş məqsədlərindən biri deyilmi?

Gətirdyini cənnət qoxusu ilə, torpaqlarımızdakı üfunət qoxusunu təmizlə! Səhraya dönmüş ürəklərimizə bir rəhmət küləyi kimi əs…

Qurmuş dodaqlarımıza su dəysin, çöllər gölə çevrilsin…

Möminlərin arasındakı kin, nifrət, düşmənçilik toxumlarını yox et… Onun əvəzinə iman və qardaşlıq toxumlarını ək….

Zilləti izzətə, ətaləti əməyə, məhrumiyyəti sərvətə çevirəcək bir ruh ver bizə….

Öz əllərimizlə adiləşdirdiyimiz Qurani-Kərim, səninlə yenidən həyatımıza hakim olsun. Bizlər dövrün məhv etdiyi simic şəxslər deyil, Quranın yaratdığı mömin insanlar olmalıyıq… Bizə bu gücü yenidən qaytarmağımıza kömək et…

Elə bir şərait yarat ki, bizi öldürməyə gələn, bizdə dirilib geri qayıtsın…

Bilirəm ki, bu duama “amin” deyənlərin başında sən gəlirsən ey Ramazan!

Quranın əlindən tutub yenidən evlərimizə, həyatımıza qonaq gəldin!

Sənin xoş gördüklərin arasında olmağı necə arzulayıram!

qeribelik

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Allah razi olsun…oxudum redaktede…Allah butun oruc tutanlarin orucunu,namaz qilanlarin dua edenlerin dualarini qebul etsin…

  2. dangerous_angel dedi ki:

    ALLAH RAZİ OLSUN=)

  3. Wounded_Heart dedi ki:

    ela xeberdi cox sagol

  4. RED DEVIL dedi ki:

    ALLAH RAZI OLSUN

  5. Ayselka dedi ki:
    COX SAGOL XEBERINE GORE

  6. KIVANC dedi ki:
    heart QERİBELİK heart

    SAG OL XEBERE GORE MİNNETDARAM….ALLAH SENDEN RAZİ OLSUN BELE SUPER XEBERLERE GORE….
  7. ayka21 dedi ki:

    ALLAH razi olsun canikom

  8. El3ktra dedi ki:

    ALLAH imanimiza guc versin.Tesekkurler!

  9. DaRk_AnGeL dedi ki:

    tewekkurler Allah razi olsun

  10. ...::EMERALD::... dedi ki:

    ELLERİNE SAGLİQ

  11. New_Moon dedi ki:

    Allah Razi Olsun

  12. _Cinbala_ dedi ki:

    cox sagol Allah razi olsun

  13. qeribelik dedi ki:

    Wounded_Heart,
    beyenmeniz sevndirdi.

    gulshan
    saq ol gulush

  14. gulshan dedi ki:

    Allah razi olsun …Allah oruc tutanlarin orucunu qebul etsin Amin

  15. Wounded_Heart dedi ki:

    cox sagolun xebere gore eladi applause

  16. qeribelik dedi ki:

    Leonel-207,
    Amin leo.
    Cristi,
    buyur bacıskam

  17. Cristi dedi ki:

    Allah razi olsun canim

  18. МиниК_Сердце dedi ki:

    Allah razi olsun..[right]