Haram aylar

alt

Allahın bəşəriyyətə sonuncu mesajı olan Quran nüzulu ilə hər şeyi öz yerinə qoymuş, insanları əsl, fitrət dininə (həyata) qaytarmışdır. Buna görə də Rəsulullah (s) buyurub:

“Ey insanlar! Şübhəsiz ki, zaman Allahın yaratdığı vəziyyətinə dönməkdədir” (Buxari, Müslim, Əbu Davud).

Zamanı yaratdıqdan sonra onu 12 aya bölən və bu 12 ayın içindən də 4-nü seçərək digər aylardan üstün qılıb hörmətli etməklə onları “haram aylar” adlandıran Allaha həmd olsun!

«Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir…» (ət-Tövbə, 36)

Bu ayədən də məlum olduğu kimi, 1 il 12 qəməri aydan ibarətdir. Allah hər bir şeyi müəyyən bir vəzifəni icra etmək və hər hansı bir rol oynamaq üçün yaratmışdır.

Məxluqatdan olan günəşin vəzifəsi təqvim tərtib etmək üçün deyil işıq, istilik və enerji vermək və s. kimi şeylərdir. Təqvim üçün meyar kimi Allah ayları yaratmışdır.

«Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir.» (əl-Bəqərə, 189)

«Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzilələr müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!» (Yunus, 5)

Allah təala illərin sayı və hesabı üçün aya mənzilələr təqdir etmişdir. Yəni, ayı təqvim üçün xəlq etmişdir. «Bu, doğru dindir…» (ət-Tövbə, 36)

Planet kimi işlədilən “aya ərəb dilində “qəmər” deyildiyi üçün bu təqvimə “qəməri təqvim” deyilir.Qəməri hesablamanın tarixi bəşəriyyətin ilk yaradıldığı zamanlara gedib çıxır. Dini mətnlərdən aydın olur ki, bəşəriyyətin ilkinləri olan Adəm, Həvva və onların övladları zamanı Allahın ölçmə üçün yaratdığı aydan istifadə etməklə hesablayırdılar. Sonralar insanlar çoxalmış, Ərəbistan yarımadası və ətraf ərazilərə yayılmışlar. Bu səbəbdən onların həyatında bəzi dəyişikliklər və bir- birindən fərqlənmələr baş verdi. Ancaq, fitrət və bir çox təməl qayda və ənənələr dəyişməz qaldı. Qəməri təqvim də bu dəyişməz ənənələrdən biri idi.

Adəm (ə) və onun övladlarından sonra Nuh da (ə) bu təqvimdən istifadə etmişdir. Məsələn, rəvayət olunur ki, böyük tufandan sonra Huhun gəmisinin Cudiy dağına enməsi Məhərrəm ayının onuncu gününə (Aşura günü) təsadüf etmiş və hətta Nuh həmin gün şükr əlaməti olaraq oruc tutmuşdur. Məhərrəm ayı isə 12 qəməri aydan biridir.

Sonrakı zamanlarda İbrahim (ə) və onun davamçıları olan oğulları İsmayıl (ə) və İshaq (ə) da bu təqvimə əməl etmişlər. Sonralar İshaqın oğlu İsrail (Yaqub (ə)) və onun 12 oğlu da bu ənənəni davam etdirmişlər. Bu nəsildən (İsrail oğulları) çıxan çoxlu sayda peyğəmbərlərdən biri olan Musanın (ə) şəriətində də qəməri təqvimdən istifadə öz əksini tapmışdır. Məsələn, Allah Musa (ə) və İsrail oğullarını Fironunun zülmündən Məhərrəm ayının 10-cu günü xilas etmişdir. Məhəmməd peyğəmbər (s) Mədinəyə hicrət edərkən onların bu günü (Məhərrəm ayının 10 cu gününü) bayram etdiklərinin şahidi olmuşdu. Həmçinin, Allah yəhudi və xristianlara orucu əmr edərkən onu qəməri aylardan biri olan Ramazanda tutmağı əmr etmişdi. Bu günki yəhudilərin Fələstində qurduqları dövlətin (İsrailin) rəsmi təqvimi qəməridir. Bir şeyi də qeyd edək ki, qəməri təqvim günəş (şəmsi) təqvimindən 10 gün qısa olduğu üçün hər üç aydan bir 30 gün (1 ay) əlavə olunaraq 13 ay təşkil edir.

Nəticə etibarilə demək mümkündür ki, Allah insanların zamanı hesablamaları üçün Qəməri təqvimi tərtib etmişdir. «Bu, doğru dindir…» (ət-Tövbə, 36)

Başda tövhid (Lə iləhə illəllah) olmaqla ibadətlərdən tutmuş ictimai münasibətlərə qədər bütün məsələlərdə insanlar Allahın qoyduğu qaydalardan uzaqlaşmış nəticədə özlərinə zülm etmişlər. Əqidənin, tək şəriksiz məbud prinsipinin pozulması ilə şirkin, Allahdan başqasina boyun əymənin gəlişi ilə hər şey zəncirvarı reaksiyada olduğu kimi fəsada düçar olmağa başlayar. Allahın insanlar üçün təyin etdiyi nizam, tarazılıq, kainat və həyatın ahəngi və bir sözlə hər şey pozular. Nəticədə nurun yerini cəhalət, haqqın yerini batil, gözəlin yerini çirkin tutar.

*Allah gözəl və təmiz olan yeyəcəkləri halal, çirkin və pis olanları isə haram etmişdir. İnsanlar Allahın təmiz və halal yaratdığı inəyə ibadət edir, Onun murdar və haram yaratdığı şeyləri isə yeyirlər.

*Allah nikah yolu ilə halal etdiyi qadınlarla Özünün təsbit etdiyi qaydalar əsasında cinsi münasibət qanunu təyin edir. İnsanlar isə zina, cinsi sapıqlıq və s. iyrənc yollara baş vururlar.

*Allah ölüləri Adəm oğlunun şərəfinə layiq bir şəkildə yuyub, kəfənləməklə yaradıldığı torpağa geri qaytarmağı əmr edir. İnsanlar isə ölüləri mumiyalayır, yandırır, və çaya atırlar.

Allah insanlara namaz, oruc və həcc kimi gözəl ibadət növləri bəxş etmişdir. İnsanlar isə özlərindən əxlaqi sapıqlıqla müşayiət edilən “ibadətlər” icad edirlər.

Allah insanlara hesab üçün ayı yaratdı, insanlar isə günəş təqvimini icad etdilər.

Allahın bəşəriyyətə sonuncu mesajı olan Quran nüzulu ilə hər şeyi öz yerinə qoymuş, insanları əsl, fitrət dininə (həyata) qaytarmışdır. Buna görə də Rəsulullah (s) buyurub: “Ey insanlar! Şübhəsiz ki, zaman Allahın yaratdığı vəziyyətinə dönməkdədir” (Buxari, Müslim, Əbu Davud).

Allah təala təqvim məsələsində ili yalnız aylara bölməklə kifayətlənməmiş, eyni zamanda onların arasından “haram” deyilən ayları da seçmişdir.

«Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir…» (ət-Tövbə, 36)

Bu ayların “haram ” adlandırılmasının səbəbi vardır. Hikmətini yalnız Özünün bildiyi 12 aydan dördünü “haram” elan edən Allah bu ayları aylar arasından seçmiş, digər aylardan üstün qılmaqla şərəfləndirilmişdir.

“Haram” – toxunulmaz, qorunmuş, qadağan olunmuş deməkdir. Yəni, bu ayda digər aylarda halal olan bəzi işlərin görülməsi yol verilməzdir, qadağandır, haramdır. Bu ayların hörməti toxunulmazdır qorunandır.

“Ehtiram”, “hörmət” kimi kəlmələrin törəndiyi bu sözlə bu aylara onların haramlığına sayğı, ehtiram, təzim göstərməklə hörmət etmək nəzərdə tutulur.

Nəticə etibarilə demək mümkündür ki, Allah bu ayları seçməklə onları digər aylardan üstün qılmışdır. Bu səbəbdən də Uca Rəbb insanlardan onlara xüsusi sayğı və ehtiram bəsləməsini istəmişdir. Nəticədə bu aylar haram elan edilmiş, insanlara da bu ayların hörmətini qoruma əmr edilmişdir.

Allah hər hansı bir şeyin hörmətini, əzəmətini, sayğısını bir yöndən təyin edərsə, o şeyə aid əməlin də bu yöndən hörməti və sayğısı olar. Məsələn,

1.Haram ayda işlədilən əməl bir yöndən hörmətli və əzəmətli sayılar. Həmçinin, adi günlərdə haram bölgəsində (Məkkə və onun ətrafı) işlədilən əməl də eyni ilə bu yöndən hörmət və sayğıya malikdir.

2.Həm haram ayda, həm də haram bölgədə işlədilən əməl iki yöndən hörmətli olar.

3.Haram ayda, haram bölgədə və həcc üçün gəldikdə əməl üç yöndən hörmət və əzəmət qazanmış olur.

Bütün bunlar savab əməllər nəticəsində əldə edilən nailiyyətlərdir. Eyni zamanda günahlar da Allahın bu şüarlarına hörmət göstərilməyib törədildikdə ağırlıq “qazanır”.

«Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqə’də, zülhiccə və məhərrəm aylarına), (Kə’bəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-hərama (Kəbəyə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin!…» (əl-Maidə, 2)

Bu səbəbdən Allah təala haram bölgəsində zülm edənlərə digər yerlərdə günah işlədənlərdən fərqli münasibət bildirmişdir.

«Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, mə’bəd) etdiyimiz Məscidül-həramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!» (əl-Həcc, 25)

Alimlərdən Mücahid deyib: “Yaxşılıqlara qat-qat mükafat verildiyi kimi, Məkkədə işlənən günahlara da qat-qat cəza verilər”

İmam Əhməddən “Görülən pis əməllərdən dolayı insana 1-dən çox günah verilir mi?” soruşulduqda o, belə cavab vermişdi: “Xeyir! Ancaq, Məkkə təzim edilən yer olduğu üçün (bundan) müstəsnadır!”

Günah işlətməklə özünə zülm etmək hər zaman üçün eyni olduğu halda, haram aylarda bunların işlədilməsi Allah tərəfindən xüsusi olaraq xatırladılır.

«Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir. Bu aylarda özünüzə zülm etməyin…» (ət-Tövbə, 36)

Əslində, bu, Allahın adil qanunlarından biridir. Biz bunu Rəsulullahın (s) zövcələri -möminlərin analarınin timsalında da görürük. Onlar Allah tərəfindən digər qadınlar arasından seçilərək Peyğəmbərə (s) həyat yoldaşı olmaq şərəfinə nail olmuşdular. Bu səbəblə də onlar Allahın rəsulu ilə şərəfləndirildilər. Və bu səbəblə Allah tərəfindən onlara dair xüsusi hökümlər endirildi:

«Peyğəmbər mö’minlərə onların özlərindən daha yaxındır. Onun övrətləri (mö’minlərin) analarıdır…» (əl-Əhzəb, 6)

«*Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!

*Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik…

*Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz.» (əl-Əhzəb, 30-32)

Haram sayılan aylara hörmət əlaməti olaraq bu ayların bəzi günlərində oruc tutmağın (Zülhiccənin ilk 9 günündə, Məhərrəmin 10-cu günündə (aşura)), saleh əməllərin sayının artırılmasının, qurban kəsilməsinin (Zülhiccənin 10, 11, 12-ci günlərində) şəriətdə öz yeri vardır. Ümumiyyətlə, bu aylara sayğı olaraq saleh əməlləri çoxaldıb, günahlardan uzaq durmaq (ələlxüsus bu ayların bəzi günlərində) gərəkir. Allah bütün islam ümmətinə bu aylardan nəsibini almada yardımçı olsun!

Son olaraq sizlərə qəməri ayları sadalayırıq:

1. Məhərrəm.

2. Səfər

3. Cümədəl-əvvəl

4. Cümədəl-əxir

5. Rəbiəl-əvvəl

6. Rəbiəl-əxir

7. Rəcəb

8. Şaban

9. Ramazan

10. Şəvval

11. Zülqadə

12. Zülhiccə

Dörd haram aylar isə bunlardır: Zülqadə, Zülhiccə, Məhərrəm, Rəcəb.

qeribelik

Şərhlər:

  1. _Cinbala_ dedi ki:
    Allah razi olsun senden girl_ang
  2. gulshan dedi ki:

    Allah razi olsun cox saq ol

  3. KIVANC dedi ki:

    ALLAH RAZI OLSUN.

  4. ayka21 dedi ki:

    ALLAH razi olsun coox sagol

  5. cool girl dedi ki:

    COOOOOOOOOOOOOX MARAQLI IDI….EZIYYETE GORE TWK

  6. BEAUTIFUL_LIFE dedi ki:

    Allah razi olsun…yarisin oxudum

  7. BuBLiK dedi ki:

    Allah razi olsun

  8. New_Moon dedi ki:

    Allah Razi Olsun Sagol

  9. ...::EMERALD::... dedi ki:

    COX SAG OL UREYIM.COX MARAQLIDI

  10. МиниК_Сердце dedi ki:

    Allah razi olsun

  11. DaRk_AnGeL dedi ki:

    tewekkurler canim Allah razi olsun bilmirdim bunlari

  12. RED DEVIL dedi ki:

    ALLAH RAZI OLSUN

  13. qeribelik dedi ki:

    ALLAH SİZLERDEN DE RAZI OLSUN

  14. Бакинка dedi ki:

    Allah razi olsun senden