Günahı tərk etmənin yolu


alt

Bir nəfər İbrahim bin Ədhəmin yanına gələrək deyir: “Ey Əbu İshaq, mən özümə çox zülm edirəm (yəni çox günah edirəm). Bundan qurtaqmağa mənə bir yol göstər.” İbrahim bin Ədhəm ona belə cavab verdi:


“Beş xüsusiyyət var ki, onlara əməl edə bilsən günahlar sənə zərər etməz”. Həmin adam: “buyur, ey Əbu İshaq” – dedi.


İbrahim bin Ədhəm dedi:


“Ən birincisi əgər Allaha üsyan etmək istəsən onun ruzilərindən yemə.” Adam “Nə yeyim? Dünyada nə varsa onun ruzilərindəndir” – dedi. “Bəs səncə birinin çörəyini yeyib sonra ona ağ olmaq bir kişiyə yaraşarmı?” – deyərək ibn Ədhəm cavab verdi. “Yox, ikincisini de”
“İkincisi, əgər Allaha üsyan etmək istəsən onun mülkündə yaşama”. Adam cavab verdi: “Bu daha çətindir. Onun mülkü olmayan yermi var?!” “Bəs səncə birinin çörəyini yeyib, mülkündə yaşayıb özünə də üsyan etmək insana yaraşarmı.” – dedi İbrahim bin Ədhəm. Adam “yox – dedi – digərlərini də de”.
“Üçüncüsü, onun ruzisini yesən də, diyarında gəzsən də (yaşasanda) əgər Allaha günah etmək istəsən elə bir yerdə et ki, səni Allah görməsin.” “Ya İbrahim, bu nə deməkdir. O gizlini də, aşikarı da görəndir.” İbrahim bin Ədhəm dedi: “Bəs onda bu insafdandırmı ki, Onun ruzisini yeyəsən, diyarında gəzəsən, və gözü qarşısında, O görə-görə ona üsyan edəsən.” “Sən haqlısan, dördüncüsünü de” – deyə adam bidirdi.
“Dördüncüsü, ölüm səni aparmağa gəldiyi zaman ona de ki, gözlə günahlarıma tövbə edim, Allah üçün saleh əməllər işləyim sonra gələrsən.” Adam dedi: “Bunu məndən qəbul etməz” “Əgər ölüm gələndə onu tövbə etməyin üçün saxlaya bilməyəcəksənsə nə üzlə sağ ikən günah işlədirsən” – deyən İbrahim bin Ədhəmə həmin adam – “Düz deyirsən, beşincini söylə.” – deyə cavab verdi.
“Beçincisi, zəbanilər (cəhənnəm mələkləri) səni cəhənnəmə aparanda onlarla getmə” Adam dedi “Onların əlindən kim qurtara bilər ki!?” “Elə isə cəhənnəmdən nicat tapmağa gücün yoxdursa nə üçün günah edirsən” Kişi dedi: “ Ya İbrahim, bəsdir. Mən Allaha tövbə edirəm, ondan bağışlanma diləyirəm” Beləcə o şəxs tövbəsinə sadiq qalaraq ibadətə sarıldı və xeyir əməllər sahibi oldu.

qeribelik

Şərhlər:

  1. Cristi dedi ki:

    ALLAH RAZI OLSUN

  2. МиниК_Сердце dedi ki:

    sag ol =)

  3. Angelocka dedi ki:
    heart qeribelik, heart
    Baciii..cox sag ol wirinim..Allah savaba yazsin inwAllah..Allah bizleri yolundna ayirmasin..Bizi gunah sahibi deyil tovbe sahibi olanlardan etsinn..Aminn.. Minnetdaram sonsuzz tewekkurlerrr…
  4. Leonel-207 dedi ki:

    Sitat: qeribelik
    OXUMAGA DEYER.REDAKTE UCUN MİNNETDARLIQ.ALLAH RAZI OLSUN!!!!!!


    bir wey deyil..Allah sendende razi olsun…

  5. Wounded_Heart dedi ki:

    cox sagolun xebere gore

  6. aznetin_gozeli dedi ki:

    bele yazilar meqaleler tez-tez olsun ve cox olsun.insani icden oynadan, uca sesle yaxsi emeller sahibi olmaga, savab isler gormeye cagiran xeberler!

  7. Ayselka dedi ki:

    maraqliydi sagol

  8. Dj_Robot dedi ki:

    Allah razi olsun tewekkur.

  9. BEAUTIFUL_LIFE dedi ki:

    super maraqla oxudum

  10. Melekcik dedi ki:

    cox saol bacim ALLAH razi olsun

  11. qeribelik dedi ki:

    OXUMAGA DEYER.REDAKTE UCUN MİNNETDARLIQ.ALLAH RAZI OLSUN!!!!!!

  12. RED DEVIL dedi ki:

    sagol,maeaqli idi

  13. New_Moon dedi ki:

    Allah Razi Olsun Cox Sagol

  14. qeribelik dedi ki:

    ayka21,
    MEN DE AYKA.
    gulshan,
    BACISKA,ORDA NEVAR Kİ,KOPİ ELEYİRSEN?BALACA METNDİ DE_Cinbala_,
    DEYMEZ

  15. _Cinbala_ dedi ki:

    cooox sagl xebere gore

  16. gulshan dedi ki:

    cox saq ol kop.eledim oxuyacam

  17. ayka21 dedi ki:

    COOOX SAGOL BACISKA. MAC ELADIM

  18. qeribelik dedi ki:

    Sitat: KIVANC
    SAG OL .QAQAS ALLAH SENDEN RAZI OLSUN CHOX SUPPER XEBERDI MINNETDARAM…

    YEGİN BACI YAZMAQ İSTEYİRDİNİZ?!REYİNİZ UCUN TSKLER

  19. KIVANC dedi ki:
    SAG OL .BACI ALLAH SENDEN RAZI OLSUN CHOX SUPPER XEBERDI MINNETDARAM…