Bir gün susmağı öyrəndim!

alt

Elə susdum ki, sanki, qiyamətə qədər danışmayacaqdım. Susmağı öyrəndiyim zaman ana və atam da susmağı öyrəndilər. Çünki susmaq mənim kiçik dünyamda atamla yarada biləcəyim münasibət tərzi idi.

Atam gecələr evə yorğun gəlirdi. Mən isə bütün günü evdə darıxır, onun gəlişini sanki həsrətlə gözləyirdim. O, qapıdan daxil olar-olmaz onun boynuna sarılır, onunla oynamaq istəyirdim. Atam da məni qucaqlayıb, öpər sonra da otağıma getməyimi istəyərdi. Yemək hazır olduğu zaman anam məni səsləyər, süfrə başında yenə də atamla birgə olmaq xoşbəxtliyini hiss edirdim. Onlar bir-biriləri ilə danışarkən, mənə də fikir vermələri üçün sözlərini kəsər, səsimi eşitmədikdə, çığırardım. Həmin an atam qəzəblənər “Bu gün insanlarla danışmaqdan başım şişdi, bir də sənin səsini eşitməyim”, – deyə məni hədələyərdi. Anam da “Bütün günü səninlə məşğul oldum. Sakit ol! Bir az da atanla söhbət edək”, – deyə hirslənər və məni otağıma göndərərdilər. Çarəsiz bir şəkildə, boynu bükük otağıma, “həpsxanama” gedərdim.

Hətta atam arxamca “Bizim otağımız belə yox idi. Bunu hər şeyi var, hələ də nə istədiyini bilmirik”, – deyə səslənərdi.

“Kaş ki, mənim də bir otağım olmasaydı. Kaş ki, bizim də evimiz bir otaqlı olsaydı. Belə olsaydı, bəlkə o zaman bir yerə oturub söhbət edər, bir-birimizdən ayrılmazdıq”, – kimi fikirlər keçirdi ürəyimdən.

Yeməkdən sonra atam divanda uzanar, televizorun pultunu əlinə alar, televizora baxardı. Məni yanına çağırıb, bir az söhbət edər, maraqlı bir şey izləyərdisə məni da yanında oturdardı. Əgər yerimdən qalxıb oynamaq, ya da söhbət etmək istədiyim vaxt yenidən “həbsxanaya” göndərilirdim.

Bir gün başa düşdüm ki, susduğum zaman atamla daha yaxşı bir-birimizi başa düşürük. Bir gün susaraq özümçün yeni oyunlar kəşf etməyə başladım. İlk olaraq şəkil çəkməyə başladım. Atam çəkdiyim şəkilləri çox bəyənir “Bax, belə. Sakit-sakit oyna”, – deyirdi.

“Son günlərdə mənim balaca balam özünü çox ağıllı aparır” – deyə anam məni bütün qonşularımıza tərifləyirdi. Çəkdiyim şəkillər çoxaldıqca otağım dağınıq hala düşürdü. Anam “Otağını təmiz saxla!”, – deyə məni otağıma həbs edəndə, hardan başlayacağımı bilmirdim. Heç bir şey edə bilmirdim. Bir gün anam otağıma daxil olub “Bundan sonra sənə şəkil çəkməyə icazə verməyəcəyəm”, – deyə üstümə qışqırdı. “Susmağımı ağıllı olmaq kimi qiymətləndirən valideyinlərim, mənə şəkil çəkməyə də icazə verməsələr onda nə edəcəkdim?”, – deyə öz-özümdə düşünürdüm.

Elə həmin gün bu düşüncələrimlə bir ailə tablosu yaratdım. Atam evə gəlincə münasib bir vaxt təyin etdim. Hər zamankı kimi yemək yedik və otağıma keçdim. Atam divana oturar-oturmaz çəkdiyim şəkli ona göstərdim. Atam şəkilə diqqətlə baxıb, bəyəndiyini söylədi. “Bu adam yəqin ki, mənəm”, – deyə mənə baxdı. Mən də “Yox bu kişi yox, yanındakı uşaq sənsən”, – deyə ona cavab verdim. O, da “Ola bilməz! Bu adam mənəm, bu uşaq sən, yanındakı qızda rəfiqəndir”,-deyə bir daha mənə baxdı.

Mən atama həmin adamın mən olduğumu, o qızla, az yaşlı uşağın da atam və anam olduğunu dedim.

Bu zaman atam onları niyə azyaşlı çəkdiyimi məndən soruşdu.

Mən də həyacanlı şəkildə ona danışmağa başladım:

“Mən böyüyüb ağıllı-başlı adam olacağam. İş tapıb işləyəcəyəm. Siz isə yaşlanacaqsınız. Beliniz büküləcək. Qonşumuz Əhməd dayı və Rəhimə xala kimi kiçik uşağa oxşayacaqsınız. Mən işdən gəldikdə yorğun olacağam. Siz mənimlə danışmaq istədiyinizdə, iş yerində başım şişdiyindən sizinlə danışmağa taqətim belə olmayacaq. Siz mənimlə danışmaq istədiyinizdə mən “Çox xahiş edirəm, otağınıza gedin, dincəlmək istəyirəm”, – deyəcəyəm. Üstəlik “Hər şeylərini alıram. İsti otaqları da var, daha nə istəyirlər”, – deyə əsəbləşəcəyəm. Və… ”

Bunları danışdığım zaman valideyinlərimin gözləri mənə zillənmişdir. Eşitdiklərinə inanmırdılar. Sanki məni qucaqlayıb, bağırlarına elə basmaq istəyirdilər ki, qiyamətə qədər durmadan danışsaydım belə, məni dinləməyə hazır idilər.

qeribelik

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    sag ol cani. mac

  2. fanya_ya dedi ki:

    maraqli idi

  3. qeribelik dedi ki:

    МиниК_Сердце,
    New_Moon,
    ZakonLubvi,
    …::EMERALD::…,
    DaRk_AnGeL,
    BuBLiK,
    BEAUTIFUL_LIFE,
    ayka21,
    hec,
    ADMIRAL-711,
    Angelocka,
    reyler ьзьn saq olun.minnetdaram

  4. Angelocka dedi ki:
    Hmmmmmmmmmmmmm..Bezen olmayan yerlerde susuram..O zaman eseblewiremde ozumee…Tewekkurler omrum ela xeberdii…
  5. ADMIRAL-711 dedi ki:

    cox sag ol eziyyetin ucun.

  6. hec dedi ki:

    TESEKURLER COOOOX MARAQLI VE GOZEL IDII goodgood BU GUL ISE XEBERI YAZANAA gul

  7. ayka21 dedi ki:

    hmm coox sagolun. ama mani mhec kim susdura bilmiree

  8. BEAUTIFUL_LIFE dedi ki:

    MENI SUSDURAN OLSA SEVINECEM MEN DE COX DANIWANLARDANAM EEEEEEEE

  9. BuBLiK dedi ki:

    amma meni hec kim sussirammir=)))))))))))))))))))))))))))))))))) xaxa ogeder danwiram=))))))))) xaxa

    cox sagol baciw hebyre gore=)

  10. DaRk_AnGeL dedi ki:

    oyyyy canim superdi ellerine sagliq

  11. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIQ.MARAQLIDI

  12. ZakonLubvi dedi ki:

    heart cokkkk sag ol

  13. New_Moon dedi ki:

    Maraqli Idi Cox Sagol Eziyyete Gore