Bizləri danışdıran və susduran nədir?

alt

Bizləri danışdıran və susduran nədir?

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)

(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır. (Ali-İmran surəsi, 110)

Bu ayələrdəki sıralamaya heç diqqət etdinizmi?

Qurani-Kərim fərdlərin fəzilətlərini, üstünlüklərini sıralayarkən, onları iman edən, Allaha təslim olan, səmimi-qəlbdən boyun əyən, xüşu sahibi olan, təqvalı, sadiq, həmd edən, şükür edən, Yaradanını zikr edən, səbr edən, namaz qılan, oruc tutan, mallından Allah yolunda xərcləyən, namusunu qoruyan – kimi sifətlərlə vəsf edir. Müsəlman bir fərd Allah qatında bu xüsusiyyətləri ilə dəyər qazanır. İslam mömin bir fərdi yalnız bu sifətlərə sahib olmağa təşviq edir.

Ancaq Allah təala ümmətləri, cəmiyyətləri dəyərləndirərkən, insanları bir camaat halında ələ alarkən onların yaxşılığı əmr edən, pisliklərdən çəkindirən tərəfini daha çox diqqətə alır. Çünki müsəlman bir cəmiyyət üçün bu amillər həyati bir xarakter daşıyır. Hətta həyatda qala bilmələrinin, mövcudluqlarını davam etdirmələrinin yeganə şərti sadalanan iki mühüm amildir.

Həqiqətən də bu ümməti digər ümmətlərdən ayıran ən önəmli fərq hər zaman digərlərinə qarşı diqqətli və müdaxilə edə bilmək qabiliyyətinə malik olmasıdır.

Uca Rəbbimiz İslam ümmətinə sahib olduğu bu üstün dəyərələri qorumaq və ona sahib olmaq gücü nəsib etsin!

qeribelik

Şərhlər:

  1. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  2. МиниК_Сердце dedi ki:

    pup cox sag ol

  3. Angelocka dedi ki:
    heart qeribelik, heart
    Baci senin her bir dini xeberin maraqli cox cox gozel olur..Allah razi olsun..Allah savaba yazsin inwAllah…Deyerli melumatlarini bizimle paylawdigin ucun sonsuz tewekkur edirem sene.. opucuk
  4. qeribelik dedi ki:

    SİZLER DE SAQ OLUN Kİ,VARSINIZ

  5. Cristi dedi ki:

    cox sagol canim

  6. ayka21 dedi ki:

    oxudum baciska cooox sagol. ellarin dard gormasin applause

  7. ADMIRAL-711 dedi ki:

    Allah savabina yazsin.cox sag ol.

  8. Leonel-207 dedi ki:

    Allah razi olsun…cox sag ol…xebere gore…

  9. gulshan dedi ki:

    oxudum baci cox gozel sozlerdi Allah senen razi olsun …cox saq ol dini xeberlerler ucun

  10. _Cinbala_ dedi ki:

    Alalah razi olsun…

  11. RED DEVIL dedi ki:

    OXUDUM DOGURDANDA GOZEL SOZLERI VAR,ALLAH RAZI OLSUN

  12. Ipek dedi ki:

    Allah razi olsunn

  13. BLACK STAR dedi ki:

    coxx saol canim dostikim..elelrine salik…

  14. New_Moon dedi ki:

    Bizləri danışdıran və susduran nədir?
    Mцmin kişilərlə mцmin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər gцrməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qьvvət sahibi, hikmət sahibidir! (Tцvbə surəsi, 71)
    Allah Razi Olsun Sagol

  15. BEAUTIFUL_LIFE dedi ki:

    bu cur gozel xeberler ucun twkler

  16. KIVANC dedi ki:

    ALLAH SENI SAXLASIN BACISOM.ALLAH SENI BU EZIZ GUNDE ISTEKLERIVI QARSIVA CIXARSIN SAG OL.VAR OL.MINNETDARAM.ELLERIN VARIK OLSUN.