EŞQ hekayəsi…

EŞQ  hekayəsi…
EŞQ  hekayəsi…


Bir zamanlar, bütün duyğuların üzərində yaşadığı bir ada varmış: Xoşbəxtlik, Kədər, Ağıl və bütün digərləri, Eşq daxil.

Bir gün, adanın batmaqda olduğu, duyğulara xəbər verilmiş. Bunun üzərinə hamısı adanı tərk etmək üçün qayıqlarını hazırlamışlar. Eşq, adada ən sona qalan duyğu olmuş çünki mümkün olan ən son ana qədər gözləmək istəmiş. Ada az qala batdığı zaman, Eşq kömək istəməyə qərar vermiş. Zənginlik, çox böyük bir gəminin içində, keçməkdəymiş. Eşq, “Zənginlik, məni də yanına götürərsənmi?” deyə soruşmuş. Zənginlik, “Xeyr, götürə bilmərəm. Gəmimdə çox çox qızıl və gümüş var, sənin üçün yer yox.” demiş. Eşq, çox gözəl bir yelkənlinin içindəki Qürurdan kömək istəmiş. “Qürur, lütfən mənə kömək et!”, Qürur “Sənə kömək edə bilməm, Eşq. İslaqsan və yelkənlimi məhv edə bilərsən.” deyə cavab vermiş. Kədər yaxınlardaymış və Eşq kömək istəmiş: “Kədər, səninlə gəlim.” Kədər “Of, Eşq, o qədər təəssüf edirəm ki, tək qalmağa ehtiyacım var.” Xoşbəxtlik də Eşqin yanından keçmiş; amma o qədər xoşbəxtmiş ki Eşqin çağırışını eşitməmiş. Eşq, birdən bir səs eşitmiş. “Gəl Eşq! Səni özümlə aparacam”Bu Eşqdən daha yaşlıca biriymiş. Eşq o qədər şanslı və xoşbəxt hiss etmiş ki, onu yanına götürənin kim olduğunu öyrənməyi ağıl edə bilməmiş. Yeni bir adaya vardıqlarında, Eşqə kömək edən yoluna davam etmiş. Ona nə qədər borclu olduğunu anlayan Eşq, Ağildan soruşmuş: “Mənə kömək edən kim idi?” Ağıl “O, Zaman idi” deyə cavab vermiş. “Zamanmı? Niyə mənə kömək etdi ki?” deyə soruşmuş Eşq.
Ağıl isə gülümsəmiş:

“Çünki yalnız Zaman Eşqin nə qədər böyük olduğunu anlaya bilər”

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Admin dedi ki:

    Heyat cox qeribe ve yawadiqca anlamli olan bir weydir.Insan bazen heyatda ne ucun yawadiginin farkina bele varmir.Amma bazen uzuntu ve keder insana bu hissleri geri qaytarir

  2. meymunka dedi ki:

    meymun super muper soz tapa bilmiram!heqiqetende zaman her bir derdin dermanidir! goodgood

  3. VeFaSiz_Giz dedi ki:

    Admin,

    Spasibo za trud,

  4. MILAQROS dedi ki:

    DUZDU ZAMAN HER BIR DERDIN DERMANIDIR AMMA SINAN UREYIN DERMANI OLMUR

  5. Admin dedi ki:

    MILAQROS,
    Heyatda Olumden bawqa her weye care var unutma

  6. MILAQROS dedi ki:

    Admin,

    Olan oldu kecen kecdi amma sinan ureyin dermeni yoxdur nece ki olume care yoxdur

  7. e_s_k_a dedi ki:

    Admin,
    спс

  8. IzYuMinKa dedi ki:

    Admin,
    dostikkk super oxudummm ti prosta malacinaaa ok

  9. emrah dedi ki:

    xebere gore tsk