Azad Sevgi

alt

Qız:

– Mən səninlə azad deyiləm,amma əsil məhəbbət azad olmalıdır.

Oğlan dərindən nəfəs alaraq dedi:

– O ipi mənə ver. İpi götürür, bir ucunu öz ayağına, digər ucunu qızın ayağına bağlayır-gəl kiçik bir oyun oynayaq!

– Oynayaq!

– Bax bu kiçik ip bizim sevgimizdir, təsəvvür elə ki, mən sənə azadlıq verirəm, get.

Qız 1-2 metr gedir, ip qurtarır.

– Mən gedə bilmirəm, sənin sevgin mənə mane olur.

– Bizim sevgimiz!-oğlan sakitcə dedi-sən bir də cəhd elə.

Qız ayağını çəkdikcə ip ayağını kəsir.

– Məni incidir, ağrıdır axı.

Oğlan pambıq götürür,qızın ayağına əvvəl pambığı dolayır, sonra yenidən iplə sarıyır.

– İndi get.

Qız indi daha möhkəm çəkir ipi, oğlanın sifəti ağrıdan qırışır.

– İndi məni incitmir, amma yenə səndən uzaqlaşa bilmirəm, ip mane olur.

– Onda qalx axşam yeməyi hazırla.

Qız yemək hazırlamağa başlayır, ip ona sərbəst hərəkət etməyə imkan vermir.

– Yenə mənə mane olur.

– Onda gəl birlikdə hazırlayaq! -yaxınlaşır, qızın üzündən öpür, -birlikdə.

Onlar birlikdə yemək hazırlayır, stolun ətrafında oturanda oğlan soruşur:

– Sən unutmamısan? Biz hələ də bir-birimizə bağlıyıq.

– Oy, tamam unutmuşam.

Oğlan ipi açır və soruşur:

– Sən nəsə başa düşdün?

– Nəyi başa düşməliydim ki?

– Sən mənim canımsan!-oğlan dərindən nəfəs alır.

Yalnız gecənin sakitliyində oğlan öz-özünə danışırmış kimi deyir:

– Sən başa düşməliydin ki, həm çətin günündə, həm də xoş günündə məni tərk etmək istəsən hiss edəcəksən ki nəsə sənə mane olur. Sənə sevgimiz mane olacaq. Amma nə qədər ki birlikdəyik sən bu maneəni hiss etməyəcəksən.

– Bəs niyə sən bizim ayaqlarımızı bağladın?

– Çünki real həyatda bizim ürəklərimiz bir-birinə bağlıdır.

– Bəs niyə mənim ayağıma pambıq bağladın, öz ayağına yox?

– Pambıqsız sən ağrını hiss edirdin. Pambıq sənin kobudlaşmış duyğularındı. Amma bu o demək deyil ki, əgər sən ağrı hiss etmirsənsə mənə də ağrılı deyil. Sən unutmamısan ki bizim ayağımız yox, ürəklərimiz bağlıdır?

Qız susdu, fikrə getdi.

Oğlan isə hələ ürəyində davam eləyəcək ki, bunun çox asan çıxış yolu var-qayçı və ya bıçaq. Amma o bunu heç vaxt qıza deməyəcək, çünki onu itirmək istəmir,çünki ona görə bütün ağrı-acılara dözməyə hazırdır,çünki onun həmişə yanında olmağını arzulayır.

Çünki onu sevir…

_Cinbala_

Şərhlər:

  1. Ayselka dedi ki:

    UYDA NE GOZEL IDI SAGOL BACIW COX SUPER IDIYE

  2. WHITE STAR dedi ki:

    gozeldi……………….

  3. _Cinbala_ dedi ki:

    qoymayin xeberlerimi nono

  4. KIVANC dedi ki:

    AZAD SEVGİ YOXDU HER HACANSA HARDASA İLİSECEK NE İSE SAG OL

  5. gulshan dedi ki:

    mmm cox cox super…ellerine saqliq

  6. ayka21 dedi ki:

    hmm coox gozel……… coooox sagol book

  7. BEAUTIFUL_LIFE dedi ki:

    cox super heqiqeten mohtewem ………..cox beyendim cox twkler wirin

  8. Wounded_Heart dedi ki:

    ela xeberdi cox sagol applause

  9. ADMIRAL-711 dedi ki:

    cox sag ol eladir

  10. Cristi dedi ki:

    cox sagol xowuma geldi

  11. DaRk_AnGeL dedi ki:

    tewekkurler wekerka cox gozel idi

  12. New_Moon dedi ki:

    Зьnki onu sevir…
    Maraqli Idi Cox Sagol TWK

  13. ...::EMERALD::... dedi ki:

    SUPER.THANKS

    applause

  14. МиниК_Сердце dedi ki:

    SPASIBO…….

  15. VERY_SHY dedi ki:

    oxumuwam bunu,maraglidi