Hikmətli sözlər…

Hikm601;tli s246;zl601;r...

* Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır.

* Bir qadının üzündəki ifadəsi, əyninə geyindiyi paltardan daha önəmlidir.

* Bir davada birinci sən vur və sərt olsun.

* Biri səni qucaqladığında ilk olaraq onun qollarını boşaltmasını gözlə.

* Kiməsə heç vaxt səni sevirəm demə fürsətini heç vaxt qaçırma.

* Heç vaxt özünüzə yaxşı deməyin, inanmazlar, heç vaxt pis deməyin, şişirdərlər.

* Bu gün həll edə bilmədiyiniz bir problemin səbəbi, dünən onu doğru etmək üçün vaxt ayırmamağınızdır.

* Böcək olmağı qəbul edənlər, əziləndə şikayət etməməlidirlər.

* Böyük xoşbəxtliklər, böyük əziyyətlərin başı üstündədir.

* Çarəsiz qaldığınızda bilin ki yenə tək çarə özünüzsünüz !

* Cəsarət ölməklə yox yaşamaqla ölçülür.

* Cəsur ol. Olmasan da elə görün. Heç kəs aradaki fərqi anlamaz.

* Nəhənglər kimi əsər vermək üçün qarışqalar kimi çalışmaq lazımdır.

* Dinləməyi öyrən. Bəzi fürsətlər qapını yavaşca tıkqıldadar.

* Dostu da sevərəm düşməni da. Çünki dost gücüm, düşmən isə tapşırığımdır.

* Düşmənlərin ən böyüyü düşmənliyini gizlədəndir.

* Düşüncəniz nədirsə, həyatınız da odur, həyatınızın gedişini dəyişdirmək istəyirsinizsə düşüncələrinizi dəyişdirin.

* Düşünmədən öyrənmək vaxt itirməkdir.

* Əgər bir yerdə kiçik insanların böyük kölgələri olursa, orada günəş batır deməkdir.

* Ən tez quruyan şey göz yaşıdır.

* Ən önəmli vəzifəmiz qulaqlarımızı, dediklərimizi eşitməyə öyrətməkdir.

* Çatmaq istədikləri bir hədəfi olmayanlar, çalışmaqdan da zövq almazlar.

* Fəlakətin bir xeyri varsa o da həqiqi dostlarımızı tanıtmasıdır !

* Gerçəyi insanların ölçüləri ilə deyil, insanları gerçəyin ölçüsü ilə tanı.

* Gerçək irəliləmə qabaqcıl olmaqdan deyil, irəliləyir olmaqdan meydana gəlir?

* Keçmişə qayıdıb kaşkilərlə yaşamaqdansa, gələcəyə dönüb bəlkələrlə yaşamağı seçərəm.

* Günəşə baxsan köləgələri görməzsən.

* Hal ve hərəkətlərinə özün qərar ver. Başqalarının səni idarə etməsinə izn vermə.

* Hər zaman doğrunu de nə dədiyini xatırlmaq məcburiyyətində qalmazsan.

* Hər kəsin istədiyini edə biləcəyi bir yerdə heç kəs istədiyini edə bilməz.

* Hər kəsin yanında təriflə, tənqidlərini bir kənara çəkərək de.

* Heç kəs eşitmək istəməyənlər qədər kar ola bilməz.

* İrəlilədiyiniz yolda heç bir çətinliklə qarşılaşmırsınızsa, bilin ki, o yol heç vaxt sizi düzgünlüyə çatdırmaz.

* Ən birinci sən salam de.

* İnsan gəncliyində öyrənər, qocalanda başa düşər.

* İnsan hər zaman qəhrəman olmaz ama hər zaman insan ola bilər.

* İnsan olmayan insanın qədrini bilməz.

* İnsanı heyvandan fərqli edən ağıldır. İnsan ağıldan uzaqlaşdığı vaxtda heyvan ortaya çıxar.

* İnsanlar sizdən tənqid istərlər, ama eşitmək istədikləri tərifdir.

* İnsanlar səhv edə bilər, ancaq böyük insanlar səhvlərini başa düşər.

* İnsanlara üçüncü bir şans vermə ikidə qal.

* Yaxşı olmaq istəyirsinizsə pis olduğunuza inanın.

* Yaxşılığı ancaq yaxşılar başa düşər pisliyi hamı.

* Qaranlıqlardan hamımız bir giley etməkdənsə hamımız bir şam yandırsaq, qaranlıqlar aydınlığa dönərdi.

* Qazanacaqlarına inanlar qazanarlar.

* Kəlimələrin gücünü bilmirsənsə, insanların qüvvətini heç vaxt ağlından belə keçirməzsən.

* Özlərinə yardım etməyən insanlara yardım etmək faydasızdır.

* Danışmaq ehtiyac ola bilər, ancaq susmaq bir sənətdir.

* Kiçik şeylərə gərəyindən çox fikir verənlər, əlindən böyük iş gəlməyənlərdir.

* Kiçik insanların böyük qürurları olur.

* Ola bildiyindən də çox mehriban ol !

* Yetkin bir insanla dost olmaq istəyirsənsə tənqid et, adi bir insanla dost olmaq istəyirsənsə tərif et.

* Barmaq ayı göstərdiyi vaxt, barmağa yox aya baxmaq lazımdır.

* Sənə uzadılmış bir əli daim qəbul et.

* Sevgililər, gözəlliyə zamanla öyrəşib onu gözləri ilə deyil duyğuları ilə görməyə başlayarlar.

* Sevgilinə ilk öncə çiçəkləri yolla, sonra səbəbini axtar.

* Sevgini gücünü heç vaxt kiçik görmə.

* Sevmək bir başqasının həyatını yaşamaqdır.

* Silginiz qələminizdən tez qurtarırsa, səhviniz çoxdur deməkdir.

* Tanıdığın ən müsbət və coşğun insan özün ol.

* Mübahisəni bilməyənlər dava edər.

* Təcrübələr ən yaxşı müəllimlərdir. Yalnız xərcləri bir az çoxdur.

* Ümidini itirmiş insanın başqa itirəcək heç bir şeyi yoxdur.

* Unutma ki ağzında bal olan arının quyruğunda da iynəsi vardır.

* Sabah tamam başqa biri olacağam deyirsən. Bəs niyə bugündən başlamırsan?

* Yeni dostların olsun ama köhnələrinin də qədrini bil.

* Sözü yerində deməyi bacaran, üzr istəmək məcburiyyətində qalmaz.

* İldə heç olmazsa bir dəfə günəşin doğuşunu izlə.

* Yüksəlmənin ən alçaq forması, zəifləri minərək yüksəlməkdir.

KIVANC

Şərhlər:

  1. cool girl dedi ki:

    halaldi sene …belee sozlere gore twk

  2. _Cinbala_ dedi ki:

    cox cox coc cooooooox sagolll

    cox cox coc cooooooox sagolll

  3. New_Moon dedi ki:

    * Bir dьşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır.
    Super Sozlerdi Cox Sagol Xebere Gore

  4. qeribelik dedi ki:

    superdi.saq ol qaqasi

  5. dangerous_angel dedi ki:

    tesekkurlerrrrr

  6. DaRk_AnGeL dedi ki:

    teьekkurler heqiqetende hikmetli sozlerdi

  7. RED DEVIL dedi ki:

    POSIBKI,MARAQLIDI

  8. МиниК_Сердце dedi ki:

    * Ьmidini itirmiş insanın başqa itirəcək heз bir şeyi yoxdur. applause

  9. fanya_ya dedi ki:

    men bunlarin hamisini oxumuwam thanks

  10. ...::EMERALD::... dedi ki:

    SUPER CUMLELERE GORE THANKS

  11. BEAUTIFUL_LIFE dedi ki:

    prosta suppper en qewengi de:bocek olmağı qəbul edənlər, əziləndə şikayət etməməlidirlər.

  12. _Prens dedi ki:

    4ox sagol Behlul.. bezilerini bilirdim..

  13. gulshan dedi ki:

    sozler nu prosto super…hamisini calishacam oxuyum=) …cox saq ol qaqash

  14. ayka21 dedi ki:

    cooooooooox sagolun xabara gore.

  15. _Nur_ dedi ki:

    Gцzəl sцzlərə gцrə minnətdaram…..

  16. Cristi dedi ki:

    cox sagol dostik gozel sozler ucun

  17. taliya dedi ki:

    * Heз vaxt цzьnьzə yaxşı deməyin, inanmazlar, heз vaxt pis deməyin, şişirdərlər. TESEKKUR

  18. TORANLIQ dedi ki:

    hmm coox sag olun

  19. BuBLiK dedi ki:

    cox sagol gagaw elaaaaaaaa hamsi howuma geldi yarsin ohirradim=)

  20. merry-girl dedi ki:

    cox sagol dostik gozel sozler ucun